Elmar Hussein's Blog, page 7
July 9, 2020
“Analitik tarix fəlsəfəsi”: qlobal tarix və patriotizm
Dünyada adambaşına düşən torpaq sahəsini nəzərə alsaq, tarix boyu insanların torpaq səbəbindən bir-birlərini qətl edib qanlarını axıtmasına ciddi bir səbəb görünmür. Xüsusilə dünya əhaləsinin sayının az olduğu sənaye mərhələsindən əvvəlki dövrdə insanların rahat şəkildə yanaşı yaşamağı üçün kifayət qədər torpaq sahəsi mövcud olub. Torpaq özü-özlüyündə heç kim üçün münaqişəyə səbəb olacaq maraq kəsb etməyib, əsas maraq torpağın gətirəcəyi gəlir olub. Sənayeləşmədən öncəki mərhələ üçün kimin əlində daha çox torpaq sahəsi (və onu əkib becərəcək kəndli) cəmləşərdisə, həmin şəxs bir o qədər çox var-dövlət sahibi olardı. Sözün birbaşa mənasında gəlir torpaqdan (daha doğrusu torpağı əkib becərən kəndlinin istismarından) əldə olunurdu. Bu səbəbdən hökmdarlar taxta çıxıb güc əldə edən kimi birinci olaraq işğallara başlayırdı. Sənayeləşməyə qədərki mərhələdə tarix sadəcə güc və var-dövlət əldə etmək istəyən hökmdarların, şahların, kralların arasıkəsilməz müharibələr tarixidir. Gücü olan heç bir hökmdar bu savaşdan kənarda qalmayıb. Mahiyyət etibarilə insan oğlu işğalçıdır, istismarçıdır, qan tökəndir, sadəcə bəzən buna şərait yaranıb, bəzən yox. Əzab çəkən, düşmən tapdağından ən çox əziyyət çəkən torpağı min bir əziyyətlə əkib becərən və onsuz da öz hökmdarı, feodalı, varlı zümrəsi tərəfindən istismar olunan kəndlilər olub. Bir-biri ilə güc və gəlir savaşı edən hökmdarların, feodalların arasıkəsilməz savaşının ortasında qalıb. Əhalinin bəzi zümrəsi üçün hökmdarların təşkil etdiyi müharibələrdə iştirak sadəcə yaşamaq vasitəsi idi, xidmət müqabilində istismar etmək üçün kəndlilər ilə birlikdə pay torpağı əldə edirdi, qullara sahib olurdu, qarətlərdən pay sahibi olurdu. Müharibələr praktik məqsədlər üzərində qurulub, burada heç bir romantika yoxdur, qan var, qəddarlıq var, kütləvi insan təlafatı var. Orta əsrlərdə Azərbaycanın indiki sərhədləri daxilində olan torpaqlara yiyələnmək üçün ərəblər ilə xəzərlər 3 dəfə üz-üzə gəlib. Bu savaşların yalnız birində hər iki tərəf ayrılıqda 100 min insan itirib. Ən müqəddəs ideya və humanizm prinsiplərini ortaya qoyan dinlər də özlərini işğallardan, qan tökməkdən kənarda saxlaya bilməyib. Öz müqəddəs dinlərini yaymaq və insanları o biri dünyada cəhənnəm əzabından xilas etmək üçün bu dünyanı cəhənnəmə çeviriblər. Xristianlar bir tərəfdən Vatikanın rəhbərliyi ilə xaç yürüşlərinə başlayıblar, müsəlmanlar da digər tərəfdən işğallar nəticəsində xilafət qurub hakimiyyəti din xadimlərinə ötürüblər. Əldə olunan gəlirin və torpaq sahələrinin böyük hissəsi, işğal olunmuş ərazilərdən yığılan vergilər müqəddəs din xadimlərinin əziyyətinin müqabilində onlara çatan “mükafat” olub. ….
Sənayeləşmə mərhələsindən sonra torpaq birbaşa gəlir obyekti olmaqdan kənarlaşır, əsas maraq sənaye obyektlərinin əlverişli coğrafi mühitdə yerləşməsi, onun fəaliyyəti üçün lazım olan xammal mənbələrinə nəzarət və orada işləyəcək ucuz işçi qüvvəsinə sahib olmaq üzərində cəmləşir. Artıq geniş əraziləri əhatə edən imperiyalar saxlamağa ehtiyac qalmır, müxtəlif xalqlara, etnik qruplara azadlıq, müstəqillik vermək olardı. Əsas olan iqtisadi asılılığı qoruyub saxlamaq, həmin ərazilərdə maksimum gəlir götürməyə imkan verən şərtlər daxilində sənaye obyektlərinin işləməsinə nail olmaq, geniş satış bazarlarına yiyələnmək və bu qəbildən olan digər iqtisadi maraqları reallaşdırmaqdır. Sənayeləşmə mərhələsinə ilkin qədəm qoymuş qərb məmləkətləri arasında ümumən torpaq uğrunda ciddi savaşlara və ya rəqabətə rast gəlmək demək olar ki, mümkünsüz olur, əsas rəqabət iqtisadi əhəmiyyət kəsb edən konkret məkanlar üzərində cəmləşir. Torpaq üstündə mümkün ziddiyyət və rəqabəti yenicə sənayeləşmə mərhələsinə qədəm qoyan üçüncü dünya ölkələrinə ötürürlər. Məsələn, elə edirlər ki, bir ərazi üstündə Hindistan və Pakistan 3 dəfə ciddi savaşa çıxır, 100 minlərlə insanın həyatını qurban verir, iqtisadiyyat geriləyir, terrorizm üçün əlaverişli mühit yaranır və s. Ziddiyyət və müharibə onları idarə etmək və onlardan yararlanmaq üçün ən əlverişli üsuldur. Burada silah biznesinin öz marağı var, beynəlxalq bank şəbəkəsinin öz marağı var və s.
Müasir post-sənaye mərhələsinin əsas gəlir mənbəyi informasiyadır, elm və texnikadır, gündəlik istifadə etdiymiz və düşüncə və emosional durumumuzu paylaşdığımız bu sosial şəbəkələrdir. Burada hər bir like, hər bir share, hər bir comment, hər bir status konkret kimlər üçünsə konkret iqtisadi maraq kəsb edir. Əsas gəlir “beyin ixracı” üzərində qurulur. Kim bu ixracı düzgün tənzimləyə bilirsə, o da daha çox gəlir əldə edir. Ən güclü beyinlər ABŞ-a, Avropaya köç edir və ya dünyanın istənilən nöqtəsində transmilli korporasiyalarda işə düzəlirlər.
İrrasional romantika üçüncü dünya ölkələrinin düşüncəsi üçündür, rasional qərb düşüncəsində romantika yoxdur, konkret hədəflər və maraqlar var.
“Analitik tarix fəlsəfəsi”: Qlobal Tarix və Patriotizm

July 8, 2020
Kütlə psixologiyası və insan davranışı
İnsanlar öz kədər və sevinclərində nə qədər səmimi olsalar da, əksər hallarda tipik kütlə psixologiyası səviyyəsində davranırlar. Orta statistik insan beyni sosial mühitdə populyar olan (trendə çevrilmiş) davranış modellərini avtomatik təqlid etmək mexanizmi üzərində qurulub. Yaxşı və ya pis fərq etməz, ətrafdakı bir neçə insan eyni davranış və düşüncə tərzi nümayiş etdirən kimi başqa insan da çox düşünmədən qeyri-ixtiyari onlara qoşulmağa başlayır. Sosial psixologiyada maraqlı sosial eksperiment var. Liftə gizli kamera quraşdırılır və 4-5 nəfər insan “adi vətəndaş” qismində əvvəlcədən orada yerləşdirilir. Amma təlimata uyğun olaraq bu 4-5 nəfərin hamısı eyni cür davranır, məsələn, hamı sağa baxır və ya arxası liftin qapısına dayanır və ya hamısı qolları çarpazlayır. Hər dəfə də təsadüfi olaraq özləri də bilmədən eksperimentin iştirakçısına çevrilən 1-2 insan onlarla birlikdə lift ilə qalxır/düşür. Eksperimentin hədəfi məhz təsadüfi olaraq orada iştirak edən həmin 1-2 nəfərin davranışını müşahidə etməkdir. Demək olar ki, bütün hallarda liftə daxil olan insan ani təəccüblə sağına soluna baxır, hamısını konkret bir pozada olduğunu görən kimi onlar kimi davranmağa başlayır — onlar kimi üzünü sağa (və ya sola) çevirir, və ya arxası qapıya dayanır və ya əlini sinəsinin üzərində çarpazlayır. … Ümumi planda sosial həyat belə sosial təqlidin üzərində qurulub — hansısa hadisəni (və ya ideyanı) KİV (və ya sosial şəbəkələr) vasitəsilə kütləvi tirajlamağa başlayan kimi əksəriyyət ümumi axına qoşulur, eyni şəkildə düşünməyə, reaksiya göstərməyə və davranmağa başlayır. İndividualizm fəlsəfəsini əksəriyyət kağız üzərindən real həyata elə də uğurla köçürə bilmir.
İnsanlar nə qədər səmimi olsalar da, əksər hallarda tipik kütlə psixologiyası səviyyəsində davranırlar …

July 5, 2020
“Gözəl və Bədheybət” və ya Stokholm Sindromu
“Gözəl və bədheybət” ( “Beauty and the Beast”) nağılının məzmunundan çox güman ki, hamı xəbərdardır. Bu barədə cizgi filmi də çəkiblər, film də ekranlaşdırıblar. Amma nağılın əsas süjet xətti — qadının onu əsir alan, qorxudan, əzab verən birinə vurulması sadəcə insan təxəyyülünün məhsulu deyil. Tarixdə buna bənzər hadisələr qeydə alınıb. Belə ki, 1973-cü ildə öz dostunu həbsxanadan azad etmək üçün Jan-Erik Olsson adlı biri İsveçin paytaxtında yerləşən ən böyük bankın 4 nəfər əməkdaşını (3 qadın və 1 kişi) girov götürür, 6 gün ərzində onları asmaqla və dinamitlə partlatmaqla hədələyir. Amma azad edilən girovlardan heç biri sonradan məhkəmədə onun əleyhinə ifadə vermirlər, hətta onun azad olunması üçün maliyyə yardımı göstərirlər. Qeyri-rəsmi məlumatda hətta girov qadınlardan birinin öz sevgilisindən ayrılıb həbsxanadan çıxana qədər onun yolunu gözlədiyi deyilir.
Britaniyalı jurnalist Yvonne Ridley 2001-ci ildə 11 gün Əfqanıstanda Talibanın əlində girov qaldıqdan və azad olunduqdan dərhal sonra islam dinini qəbul edir, konservativ islam həyat tərzini seçir və s.
Psixologiyada bu emosional vəziyyət Stokholm sindromu adlanır. Bu sindroma əsasən biri digərini döyən, incidən, qorxudan, əzab verən iki insan arasında tədricən güclü emosional bağlar inkişaf etməyə başlayır. Adətən burada təzyiq edən tərəf kişi və təzyiqə məruz qalan tərəf isə qadın olur, amma onlar arasında yaranan hisslər, xüsusən qadınlar tərəfindən səmimi xarakter daşıyıb saxtakarlıqdan uzaq olur. İlk baxışda paradox təsiri bağışlayan belə qadın hissləri və davranışı — məntiqə görə qadın belə insandan qorxmalı və ona nifrət etməlidir — həm də ailə daxili zorakılıqda da müşahidə olunur. Başqa sözlə qadının onu incidən və zorakılıq tətbiq edən ərinə qarşı nifrət hissləri həmişə mövcud olmur, bəzən əksinə onun qəlbində ona qarşı güclü sentimental hisslər də yaşaya bilər. Eksperimental yolla Stokholm sindromunun izahı mövcud deyil, sadəcə məlum olan tabe edən, təzyiq edən, qorxudan tərəf (adətən kişi) ilə tabe olan, təzyiqə məruz qalan, qorxudulan tərəf (adətən qadın) arasında yaranan sentimental hisslər səmimi xarakter daşıyır, xeyli dərəcədə möhkəm olur, riyakarlıqdan uzaq olur. Təkamül psixologiyasının verdiyi mümkün izahlardan birinə görə qadın beyni avtomatik olaraq (alt şüur “proqram” təminatı olaraq) dərhal təhlükə yaradan tərəfin (kişinin) mərhəmətini qazanmaqla, onun qəlbində özünə qarşı sentimental hisslər oyandırmaqla özünün təhlükəsizliyini təmin etməyə çalışır. (Qadının şüurüstü olan vəziyyətinə görə bu hisslər dediyimiz kimi səmimi xarakter daşıyır, riyakarlıqdan uzaqdır, qarşı tərəfi sevdiyinə özü də inanır. Amma şüuraltı olaraq bunun sadəcə özünümüdafiə mexanizmi olması ehtimalı böyükdür.) Kişi beyni isə genetik olaraq ondan asılı olanı qorumaq, himayə etmək üzrə proqramlaşdırılıb. Kişi beynində isə adətən dominantlıq xeyli dərəcədə mərhəmət hissi ilə paralel fəaliyyət göstərir. Bu səbəbdən ondan asılı olan, dominantlığını qəbul edən qadına qarşı sentimal hisslər ilə bağlanmaq Stokholm sindromu kontekstində kişi beyni üçün normal sayıla bilər.
July 2, 2020
Virtual Gerçəklik və Simulasiya: Gerçəklik ilə illuziya arasındakı sərhədi necə müəyyənləşdirməli?
Heç olmasa nəzəri olaraq insanın heç bir vücudu olmadan və ya tam fərqli vücuda sahib olaraq mövcud olması ehtimalı var. İnsanın bütün mental sistemi — hisslərindən tutmuş şəxsiyyət tipinə kimi hər bir şey ümumi sxem üzrə — beyinə daxil olan siqnallar (1), həmin siqnalların beyin tərəfindən interpretasiya olunması (2) və interpretasiyanın nəticəsi olaraq beynin insan vücuduna göndərdiyi siqnallar (3) əsasında reallaşır. İnsan həyatında hər şey ən ümumi planda bu qapalı sxem üzrə cərəyan edir; 3-cü mərhələdə beyindən ayrılan siqnallar əsasında bütün seçimlərimiz, istəklərimiz, düşüncələrimiz və bu qəbildən olan hər şey təzahür edir. Əgər sadəcə insanın beyni — 200 qram çəkisində olan orqanik maddə — hər hansı boş fiziki cismə (məsələn, müvafiq həcmdə boşqaba) yerləşdirilərsə və ora ətraf sinir sistemindən gəlməli olan siqnalların əvəzinə sadəcə hər hansı Subyekt (Allah, Şeytan, daha üst inkişaf mərhələsində olan kənar sivilizasiya və ya başqa insanlar) bu beyinə siqnallar ötürərsə, insanın əslində stimulyasiya altında olduğundan və “yaşadığı” həyatın həmin Subyekt tərəfindən yaradılmış illuziya (və ya komputer proqramı) olmasından xəbərdar olması mümkün deyil. Nəzəri olaraq insanın şəxsiyyət (və ya “Mən”) kimi mövcudluğu üçün onun kəllə qusunun içərisində gəzdirdiyi beyni kifayət edir. Əgər bu beyni onun kəllə qutusunun içərisindən çıxarıb hər hansı müvafiq boş qabda lazımi şərtlər altında yerləşdirsək və ora gələn siqnalları öz istədiyimiz kimi idarə etsək, hər bir insana istənilən həyatı “yaşatmaq” olar və heç bir insanın əslində laboratoriya şəraitində 200 q çəkisində boş qabda axan amorf beyindən başqa heç nəyə sahib olmamasından xəbərdar olması prinsipcə mümkün deyil. Fəlsəfi cəhətdən reallıq ilə illuziya aləmi biri digərinin içərisində itib yoxa çıxır.
June 18, 2020
İnsan və yaxud Ali Heyvan neyro-fəlsəfi analiz kontekstində
İnsanı insan edən və onu heyvandan fərqləndirən əslində yalnız bir mühüm şey mövcuddur. Heyvandan fərqli olaraq insan beyni sağ və sol yarımkürələr üzrə dəfələrlə daha çox həcmə malik beyin qabığına malikdir. Bu beyin qabığı əslində bütün insan beyin həcminin təqribən 80%-ni təşkil edir. İnsanın rasional düşüncəsi, məntiqi arqumentasiyası, şüuru, əxlaqi qiymətləndirməsi və s. məhz heyvanlar ilə müqayisədə qat-qat geniş həcmə malik olan beyin qabığının sayəsində təzahür edir. İnsanlar ilə heyvanların beyin qabığı arasındakı həcm fərqini aradan götürsək, bizi onlardan heç nə fərqləndirməyəcək. Üst beyin (beyin qabığı) səviyyəsindən bir pillə aşağıda orta və aşağı beyin mərkəzlərində bizim ilə onlar arasındakı fərq əhəmiyyətli surətdə gözdən itir. Burada həm bizi, həm də heyvanları əsasən iki həzz prinsipi idarə edir — qida əldə etmək və seks. Sadəcə heyvanlarda qeyd etdiyimiz kimi üst beyin mərkəzi daha sadə və bəsit olduğundan onlar öz istəklərini asanlıqla heç bir maneə olmadan reallığa ötürürlər. Amma insanlarda hər şey fərqlidir. İnsanın üst beyni aşağıdan gələn siqnalları reallığa ötürməzdən əvvəl onları rasional qiymət süzgəcindən keçirir, reallığın şərtlərini nəzərə alaraq onları əxlaqi cəhətdən qiymətləndirir, məqbul olmayan siqnalları bloklayıb gizlədir, məqbul olanları ilə müxtəlif maskalar altında cəmiyyətə ötürür. Amma mahiyyətcə bütün istək və arzular son nəticədə elə heyvanlarda olduğu kimi qida və ehtiras üzərində dayanır, sadəcə daha mürəkkəb və dolanbac təzahür formasında. Məsələn, heyvanlar qida əldə etmək üçün fiziki gücə sahib olub rəqiblərini sıradan çıxarmağa çalışır, insanlar eyni vəzifənin öhdəsindən çoxlu pula və yüksək vəzifəyə sahib olmaqla gəlməyə çalışırlar, heyvanlar qida təhlükəsizliyini təmin etmək üçün müəyyən ərazini özününküləşdirib onun uğrunda savaşırlar, insanlar bu ərazini vətən adlandırıb onun uğrunda savaşı vətənpərvərlik propaqandası altında aparırlar, heyvanlar vaxtaşırı seksual instinktlərinin tələblərinə uyğun davranış nümayiş etdirirlər, insanlar öz ehtiraslarını sevgi adı altında gizlədərək öz gerçək istəklərini hər vəchlə maskalamağa çalışırlar. İnsanların üst beyin mərkəzinin yüksək inkişafından meydana çıxan hər şey — rasional qiymətləndirmədən tutmuş əxlaqi dəyərlərə qədər hər şey yalnız insanın gerçəkliyə uyğunlaşması və rəqibləri ilə mübarizədən sağ çıxmasına hesablanıb. Ali heyvan adlandırdığımız insanın əsl mahiyyətinin kökündə demək olar ki bütün heyvanat aləminə xas olan eyni xüsusiyyətlər və davranış motivləri dayanır, sadəcə insan bunu məharətlə maskalamağı bacarır.
June 15, 2020
Global tarixdə heç bir etnik qrup keçmişdə yaşayan qəhrəman insanların genetik davamçıları deyil …
Global tarixdə heç bir etnik qrup (çoxluq etibarilə) keçmişdə yaşayan qəhrəman, çılğın, döyüşkən insanların genetik davamçıları deyil. Əgər məntiqi-rasional yolla analiz etsək, müasir insan nəsli uzaq keçmişin nisbətən daha qorxaq və cəsarətsiz insanlarının genetik informasiyasını özündə daşıyır. Məlum olduğu kimi, qədim və orta əsrlər fasiləsiz olaraq hərbi yürüş və konfliktlər tarixidir. Müharibə meydanında isə adətən hərbi toqquşma öncəsi qoşuna baxış keçirilər, hərbi təlimlər zamanı əsgərlər psixoloji hazırlıq səviyyəsi öyrənilər, daha cəsarətli və qəhrəman olan döyüşçülər daha qorxaq və cəsarətsiz olanlardan fərqləndirilərdi. Bu məqsədlə müxtəlif psixoloji “testlər”dən istifadə edilirdi. Məsələn, hərbi təlimlər zamanı müxtəlif bəhanələrlə təzə döyüşçülər danlaq və qınaq obyektinə çevrilər, onlara qarşı xoş olmayan sözlər ünvanlanardı. Bu zaman daha çox qızğınlıq və aqressivlik göstərənlər, onlara qarşı xoş olmayan münasibəti “həzm” edə bilməyənlər xüsusi olaraq seçilib müharibə meydanında qoşunun ən ön cərgələrinə yerləşdirilərdi. Onlar döyüş əmri səslənən, şeypurlar çalınan kimi dərhal böyük qızğınlıq, cəsarət ilə döyüş meydanına atılar və qoşunun daha arxa cərgələrini — daha cəsarətsiz və qorxaq olanları da öz arxalarınca aparar, onlar üçün nümunə olardılar. Amma döyüş meydanının ən qızğın, amansız və təhlükəli nöqtələrinə atıldığından adətən müharibədə ən çox ölənlər də məhz onlar olardı. Ordunun nisbətən daha arxa cərgələrdə qərarlaşan, nisbətən daha qorxaq və cəsarətsiz olanlar isə döyüşdə belə nöqtələrdən nisbətən uzaq olduqlarından, qoşun məğlub olarkən isə geriyə qaçış zamanı qabağa düşdüklərindən müharibədə nisbətən daha az hallarda həlak olar, nisbətən daha çox hallarda sağ-salamat geri qayıdar, ailə qurub övlad sahibi olar, öz genetik informasiyasını növbəti nəsilə ötürərdilər.
June 14, 2020
Lilit: Kainatda ilk qısqanc qadın qüvvə. Adəm-Şeytan ziddiyyətinin kökü
İbrahim dinlərinin mifologiyasının ana xəttini Şeytanın Adəm övladının düşməni olması, onu yoldan çıxarmağa, günah işlətməyə sövq etməsi dayanır. Bu xəttin üzərində İbrahim dinlərində Xeyir/Allah ilə Şərin/Şeytanın mübarizəsi (metafizik dualizm), insanın öz nəfsi ilə mübarizəsi və s. qurulur. Əslində hər cür ən mürəkkəb və mücərrəd metafizik konstruksiyaların kökü əksər hallarda belə sadə dini-mifoloji inanclara gedib çıxır. Bu qəbildən olan inanclar Şeytanın Adəm övladına olan kininin, düşmənçiliyinin səbəbi kimi adətən yaradılışdan sonra Allahın bütün mələklərə Adəmə səcdə etməsini əmr etməsi, yalnız özünün oddan xəlq edildiyini əsas gətirərək Şeytanın torpaqdan yaradılmış Adəmə səcdə etməkdən imtina edərək Allahın əmrinə qarşı çıxmasını göstərir. (Yeri gəlmişkən bu mənada Şeytan kainatda ilk alternativ düşüncənin sahibi, fikrini arqumentləşdirən ilk aqnostik sayıla bilər. )
Amma İbrahim dinlərinin əsasında dayanan dini-mifoloji görüşlərin kökünü bu dinlərin meydana çıxmasından daha öncə mövcud olmuş semit (yəhudi-ərəb) inanc sistemində axtarıb tapmaq mümkündür. (Axırıncı inanc sistemi isə öz başlanğıcını tarixin daha qədim dövrlərində mövcud olmuş Mesopotamiya, Misir və s. kimi qədim sivilizasiyaların müvafiq inanc sistemlərindən götürür.) Sadəcə olaraq İbrahim dinləri ilkin semit inanc sisteminin hamısını öz tərkibinə daxil etmədiyindən bir çox hallarda nisbətən natamam bir dini-mifoloji mənzərə formalaşdırır. Bu isə öz növbəsində bir sıra məntiqi uyğunsuzluğun yaranmasına səbəb olur. Məsələn, İbrahim dinlərinə əsasən əgər Adəm yer üzündə yaradılan ilk insandırsa (kişidirsə), Həvva isə yaradılan ilk qadındırsa, o zaman insan nəslinin davamı üçün ikinci nəsildə artıq qardaş və bacılar (Adəm ilə Həvvanın övladları) seksual əlaqəyə daxil olmalı və üçüncü nəsil insan övladlarına başlanğıc verməli idilər. Bu məntiqsiz, eləcə də (müasir) əxlaqa zidd uyğunsuzluqdan xilas olmaq üçün İbrahim dinləri çərçivəsində müxtəlif spekulyasiyalara cəhd edilsə də, məsələn, ilkin dövrdə əxlaq kodeksləri müasir əxlaq kodekslərindən fərqli idi, Adəm övladları öz bacıları (qardaşları) ilə deyil səmadan endirilən mələklər ilə seksual əlaqəyə daxil olmuş, növbəti nəsil üçün insan artımına başlanğıc vermişlər və s., hər halda məntiqi ziddiyyətdən tamamilə xilas olmaq mümkün deyildir. Məsələn, hansı səbəbdən Allah bütün incəlikləri nəzərə alarkən əxlaq kodeksləri arasında bu qədər ziddiyyət yaratmışdır, insan övladının “genetik” informasiya sistemində qeyri-insani başlanğıcın (mələk) özünə yer alması niyə müqəddəs kitablarda (məsələn, Quranda) açıq şəkildə özünə yer almayıb və s.
Amma ənənəvi yəhudi mifologiyasında daha mərkəzi mistik fiqur da mövcuddur — Lilit (ali şeytani-qadın, Şeytanın 4 qadınlarından biri və birincisi). Ərəb düşüncəsində (hədislərdə) və Quranda bu ada rast gəlinməsə də yəhudi dini dünyagörüşündə və yəhudi mistisizmində (Kabbalah) bu ada rast gəlmək mümkündür. İbrahim dinlərinin əsas personajlarının əksəriyyəti kimi ali şeytani-qadın fiqur da daha erkən Yaxın və Orta Şərq sivilizasiyalarının (Şumer, Akkad, Babil) dini-mifoloji dünyagörüşündən götürülüb. Yəhudi mifologiyasına görə Adəm torpaqdan yaradılmış yeganə insan deyil və onun qabırğasından yaradılan Həvva da onun birinci qadını deyil. Allah Adəmi torpaqdan yaratdıqdan sonra onun tənha olmaması üçün eyni yol ilə torpaqdan ona qadın yaradır və onu Lilit adlandırır. Amma Lilit hər ikisinin eyni şəkildə yaradıldığını əsas gətirərək Adəmə tabe olmaqdan imtina edir və Cənnəti tərk edir. (Bu mənada Lilit kainatda ilk feminist hesab oluna bilər. ) Daha sonrakı yaradılışda artıq Allah Adəm üçün onun ikinci qadınını onun qabırğasından yaradır və onu Həvva adlandırır. Amma mifologiyada və mistisizmdə Lilitin Həvvanı qısqanması və məhz onun ilan cildinə girərək əvvəlcə Həvvanı və onun vasitəsilə Adəmi qadağan olunmuş meyvədən yeməyə təhrik edir. (Bu mənada Lilit həm də kainatda ilk qısqanc qadın qüvvədir. ) Adəmi və Cənnəti tərk edən Lilit Şeytan ilə birləşir, onun qadını olur və beləliklə, Adəm ilə Şeytan arasındakı barışmaz ziddiyyətin kökündə həm də qadın dayanır. Lilit sözü qədim yəhudi dilindən tərcümədə “gecə cadugəri” anlamına gəlir, ərəbcədən Layl (Leyla) sözü ilə eyni mənşəlidir — hər iki söz “gecə” anlamını verən L-Y-L qədim semit söz kökünə malikdir. Qədim yunan mifologiyasında isə Lilit adı Lamia (Lamiyə) kimi işlənir.
June 10, 2020
İbrahim dinlərinin şər qüvvəsi: Set-Şetan-Şeytan
İbrahim dinlərinin, xüsusilə yəhudiliyin və islamın qlobal tarixin daha erkən dövrlərində mövcud olmuş Mesopotamiya və Misir sivilizasiyalarının dini-mifoloji dünyagörüş formalarından qaynaqlanması bu dinin əsasında dayanan demək olar ki, bütün anlayışların (hətta Allah və Rabb anlayışları belə) “yaranma mənşəyini” analiz edərkən daha aydın şəkildə diqqəti cəlb edir. (Xristianlıq ilə Buddizm arasında müəyyən paralellərin aparılması mümkündür və xristianlığın da buddizm fəlsəfəsinin “təhrif edilmiş” bir variantı olması ehtimalı mövcuddur.)
İndi isə İbrahim dinlərinin mərkəzində duran anlayışlardan biri olan “Şeytan” barəsində. Şeytan anlayışı ənənəvi ərəb dini inanc sisteminə onlarla eyni etnik qrupu (semit) paylaşan yəhudilərin dini inanc sistemindən keçid alıb. Qədim yəhudi dilində bu anlayış “Şatan” kimi oxunur. Xristianlığın təşəkkül tapdığı Roma imperiyasında bu söz “Satana“, daha sonralar ərəblərdə isə “Şeytan” kimi tələffüz edilmişdir.
Yəhudi dini inanc sisteminə isə bu anlayış qədim Misir dini inanc sistemindən daxil olub. Başqa sözlə, Şatan anlayışı qədim Misir allahları arasında şər qüvvəni təmsil edən “Set” allahının yəhudi variantıdır. (Set İbrahim dinlərində təşəkkül tapan Şatan (Şeytan) anlayışının protoobrazıdır.) Sadəcə qədim yəhudi dilinin qanunauyğunluqlarına müvafiq şəkildə “S” hərfinin “Ş” ilə əvəzlənməsi və sözün sonuna “-an” şəkilçisinin artırılması baş verib. Nəticədə “Set” anlayışı “Şetan” (“Şatan”) anlayışına çevrilib.
Eyni əvəzləmə yolu ilə qədim Misir allahları arasında əsas xeyir fövqəlqüvvə hesab olunan günəş allahı “Ra” yəhudi dilində “Ra(h)man” şəklində işlənməyə başlayıb. Qədim Misir politeizmində Ra–Set (işığı və qaranlığı təmsil edən qüvvərin) qarşıdurması İbrahim dinlərində Rahman (Allah) – Şatan (Şeytan) ziddiyyəti kimi ifadə olunmağa başlayır. (İslamda Rahman Allahın adlarından biridir.)
Bu qanunauyğunluğu İbrahim dinlərinin digər anlayış sistemində də məsələn, Amon-Amen-Amin “üçlüyündə” də izləyə bilərsiniz.