Elmar Hussein's Blog, page 12

March 18, 2020

Feminizm, terrorizm və sivilizasiyaların toqquşması

3-cü dalğa feminizmin (1990-lardan etibarən) əsas ideoloji şüarlarından biri olan qadının öz vücudu və həyatı üzərində müstəsna dərəcədə seçim etmək hüququnun qabardılması son nəticə olaraq bioloji növ olaraq insanların gələcəyini risk altına qoyur, sosial müstəvidə isə sivilizasiyalararası toqquşmalara qədər nəticələnə bilər. 3-cü dalğanın ideoloji əsasını qoyan ən mühüm fiqurlardan biri olan Rebecca Walker yuxarıda qeyd olunan hüququ tanımayan kişilərlə heç bir halda seksual, emosional və bu qəbildən olan digər kontakta girməmək üzərinə çağırışlar edirdi. Nəticə etibarilə qadınların analıq funksiyasını arxa plana sıxışaraq əhalinin say artımı risk altında qalmağa başlayır. Bu gün statiskaya baxarsaq, Avropa cəmiyyətlərində əhali artımı ya mənfi tendensiya üzrə gedir (əhali azalması baş verir), ya 1%-i keçmir. Müsəlman Şərqində və Afrikada isə əksinə əhali daha sürətlə artır, statistik göstəricilər 2-4% arasında dəyişir. (Təbii əhalinin artım dinamikası yalnız və yalnız bir faktora bağlı deyil, amma müasir feminizm son nəticə olaraq buna təsir göstərə biləcək bir ideoloji baza formalaşdırır.) Yer kürəsinin bir nöqtəsində əhalinin daha yüksək artım nəticəsi olaraq sıxlaşması, digər nöqtəsində isə əks tendensiyanın nəticəsi olaraq seyrəkləşməsi mümkün deyil. Yer kürəsində əhali “orta sıxlıq” göstəricisinə doğru hərəkət edəcək, yəni daha sıx olan cəmiyyətlərdən (müsəlman Şərqindən və Afrikadan) daha seyrək olan cəmiyyətlərə (Avropaya və s.) miqrasiya edəcəklər. Prinsip etibarilə bu prosesin qarşısını almaq mümkün deyildir. Bu isə artıq mədəni dəyərlər konteksində sivilizasiyaların toqquşması ilə nəticə bilər (ehtimal yüksəkdir). Biz bunun müəyyən izlərini məsələn, 15 mart 2019-cu ildə Yeni Zeylandiya Al Noor məscidində terror hadisəsində müşahidə edə bilərik.





Məlum terror hadisəsinin cinayət tərkibini və s. bir kənara qoysaq, onun öz ideoloji hazırlıq səviyyəsinə görə diqqəti çəkdiyini qeyd etmək olar. Belə ki, terrorist Brenton Tarrant özünün 74 səhifəlik manifestini paylaşıb və onun terrora sövq edən ideoloji səbəblərdən bəhs edib. Düşüncələr hər nə qədər irrasional və “xəstə” olsa da hər halda bir insanın beynində kök saldığından onun səbəbləri üzərində düşünməyə, onları analiz etməyə dəyər. Manifestin “Böyük yerdəyişmə” adlanır, yəni birbaşa olaraq öz adında yuxarıda qeyd etdiyimiz miqrasiya ideyasına qarşı yönəlmiş bir əks ideoloji məzmun daşıdığını ifadə edir. Manifest ingilis şair Dilon Tomasın “Qaranlığa heç getməyin” şeirilə başlayır və qaranlığı Avropa dəyərlərinin məhvi kimi izah edir. Bunun səbəbləri kimi aşağıdakıları qeyd edir:





“Qərb uçuruma gedir, zəifləyir və kiçilir. Buna səbəb yeni işğaldır. Doğum işğalı, mədəni işğal. Bizdə doğum yox olur, onlar isə həm buralara kütləvi köçməklə, həm də çoxlu doğmaqla artdıqca artır. Miqrantları ucuz işçi və istehlakçı kimi çağıranlar nəticədə Avropanın özünü məhv edəcəklər. Ona görə də hazırda ağ irqin soyqırımını yaşayırıq. Gələcəkdə də elə güclü olacaqlar ki, səs vermə ilə istədikləri sistemi də hakimiyyətə gətirə biləcəklər”





“Avropa qısa zamanda xristian millətçiliyinə qayıtmasa nə irqi, nə milləti, nə mədəniyyəti qalacaq. Avropa olmayacaq.”





Ümumiyyətlə heç bir düşüncə, ideologiya heç bir halda bəşəriyyətə qarşı cinayətə bəraət qazandıra bilməz, bu birbaşa olaraq humanizm prinsiplərinə ziddir, mənəvi-əxlaqi müstəvidə insanlığın məhvi deməkdir. Amma tip düşüncələr əsasında müəyyən zaman sonrası gələcəkdə qlobal dünyada müxtəlif lokal sivilizasiyaların, mədəniyyətlərin toqquşması ehtimalını yaratması səbəbindən feminizm (3-cü dalğa) ciddi ideoloji risk mənbəyidir. Biz bir alt sistem olaraq qadın azadlığı konteksində düşüncələrimizi formalaşdıraraq daha üst sistemə qalxarkən bunun demoqrafik problemlər, bir qədər daha üst sistemdə isə lokal sivilizasiyalararası toqquşmaların yarana bilmə ehtimalını adətən nəzərdən qaçırırıq.

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 18, 2020 09:02

March 16, 2020

Qadın və kişi beyni: mif, yoxsa reallıq?

İnsan bioloji növ olaraq 30 min genin daşıyıcısıdır, amma bu genlərdən yalnız 1%-dən daha azı gender-based fərqlər yaradır. Başqa sözlə, 99%+ kişilər və qadınlar belə fərq yaratmayan genlərə sahibdirlər. Amma bu kiçicik fərq insan vücudunda mövcud olan 37,2 trilyon hüceyrənin hər birində əks olunur, o cümlədən beyinə siqnal ötürən sensor sistemin və həmin siqnalları interpretasiya edən baş beyin sisteminin hər bir hüceyrəsində mövcuddur. Nəticə olaraq gender-based fərqlərdən asılı olaraq iki reallıq yaranır — qadın beyni üçün mövcud olan reallıq və kişi beyni üçün mövcud olan reallıq. Başqa sözlə, mövcud reallıq qadın və kişi beyni tərəfindən eyni şəkildə qavranılmır. Hər iki beyinə ötürülən eyni qıcıq (stimulus) tam fərqli şəkildə qavranılıb interpretasiya oluna bilər. Məsələn, tamamilə neytral şəraitdə qadın və kişi arasında baş tutan söhbət adətən hər iki beyin tərəfindən öz gender-based fərq quruluşları əsasında fərqli qavranılır və həmin insanlar tərəfindən fərqli nəticələr çıxarıla bilir. Qadın beynində kommunikasiya mərkəzi daha böyük və aktivdir. Sadə desək, qadınlar adətən danışmaqdan, özü də çoxlu-danışmaqdan zövq alırlar. Qarşı tərəfin kişi olması onlar üçün adətən belə neytral situasiyada az əhəmiyyətli olur. Əsas söhbətdir və ondan alınan zövqdür. Kişi beynində isə əksinə sexual drive mərkəzi daha böyük və aktivdir. Sadə desək, kişilər adətən sexual fantaziyalardan (hətta real olmasa belə) zövq alırlar. Qarşı tərəfin qadın olması onlar üçün mühüm əhəmiyyət kəsb edir, söhbətin özü isə yalnız və yalnız bu fantaziyaların fonunda maraq və əhəmiyyət kəsb edir. Nəticə etibarilə kişi düşüncəsi daha da irəli gedərək qadının onun ilə olan səmimi ünsiyyətini bəzən (heç də az olmayan hallarda) qarşılıqlı sexual interest kimi “yoza” bilir, halbuki bu qadın üçün yalnız və yalnız səmimi söhbətdən başqa bir şey olmaya bilər.









 •  0 comments  •  flag
Share on Twitter
Published on March 16, 2020 08:53

March 14, 2020

Seksual fantaziya, neyropsixologiya və gender fərqi

Stabil ailə münasibətləri çərçivəsində illər keçdikcə kişi düşüncəsi adətən “mərkəzdənqaçma” impulsu üzərində qurulur — hətta romantik münasibətlər əsasında nigaha daxil olarsa belə — qadın isə əksinə adətən daha stabilləşdirici funksiyanı daşıyır (xüsusən əgər keçmiş xatirələr dərin romantik hisslər üzərində qurulubsa). Bu mənada adətən bir-birinə əks istiqamətə yönəlmiş iki element/qüvvə eyni sosial sistemi paylaşır. Səbəblər müxtəlif olsa da adətən son nəticə olaraq hər şey kişi və qadın beyinlərinin gender-based xarakterli quruluş fərqləri üzərində cəmləşir. Kişi beynində sexual instinkləri tənzimləyən mərkəz daha aktiv və böyükdür — nəticədə kişi düşüncəsi adətən gün ərzində dəfələrlə sexual fantaziyaların əsirinə çevrilir. Halbuki, qadınlarda belə fantaziyaların təkrarlanma sayı gündə bir dəfə, yalnız bəzi günlərdə 3-4 dəfə olur. Seksual fantaziyaların kişi düşüncəsi üçün hərəkətverici qüvvəsi çox böyükdür, qadın düşüncəsi üçün bu yalnız qismən qeybətdən (gossip) qazanılan həzz ilə müqayisə edilə bilər. Qadın beyni müəyyən zaman sonrası təbii olaraq “ana beyni” funksiyasını önə çıxardığından bütün digər funksiyaları arxa plana sıxışdırır, əsas diqqət övladın qorunması və tərbiyəsi üzərində cəmləşir. Bu mənada kişi beyni tamamilə “ata beyninə” çevrilə bilmir — övlad dünyaya gəldikdən sonra yalnız qısa müddət olaraq sexual drive və fantaziyaları arxa plana sıxışdıra bilir (özü də qismən), amma bioloji ölüm anına kimi adətən bu qəbildən olan fantaziyaların əsarətində qalır. Kişi və qadın beyni arasında tədricən yaranan bu qəbildən olan funksional uyğunsuzluq uzun müddətli planda kişilər tərəfindən ailə daxili xəyanətlərə olan güclü meylin əsasında duran ən mühüm amillərdən birinə çevrilə bilir. 

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 14, 2020 08:00

March 13, 2020

İctimai əmək bölgüsü, ailə institutu və neyropsixologiya

Global sivilizasiyanın formalaşmasının əsasında dayanan faktorlardan biri də ictimai əmək bölgüsüdür. Yəni insan qrupları tarixi inkişafın gedişində müxtəlif məşğuliyyət sahələri üzrə “ixtisaslaşırlar”, məsələn, qlobal miqyasda ilk əmək bölgüsü olaraq əkinçilik ilə məşğul olan insan qrupları (tayfalar) maldarlıqla məşğul olanlardan ayrılır, birincilər oturaq həyata keçir, ikincilər köçəri həyatı davam etdirirlər. Daha sonra ikinci ictimai əmək bölgüsünün nəticəsi olaraq sənətkarlar əkinçilərdən ayrılır. Nəticə etibarilə belə insan qrupları arasında mübadilə (ticarət) yaranmağa başlayır və s. Tədricən sivilizasiyanın (barbar həyat tərzindən fərqli mədəni həyatın) ilkin elementləri formalaşır.





Global sivilizasiyanın tarixində ailə instittunun da möhkəmlənməsi, qalıcı və uzun müddətli olması cinslər (kişi və qadın) arasındakı əmək bölgüsünün nəticəsi olaraq meydana çıxır. Biz bu ailə modelini bu gün patriarxal ailə adlandırırıq. Belə ki, ailədə həmin əmək bölgüsünün nəticəsi olaraq kişi (ata) qoruyucu (xarici təhlükələrə qarşı), idarəedici, qadın (ana) isə himayəedici (daxili emosional mühiti), tabe olan tərəf kimi çıxış edir. Qarşılıqlı anlaşma və məsləhətləşmə olarsa belə yenə də patriarxal ailədə son söz kişiyə (ataya) məxsusdur. Sivilizasiya müasir dönəmdə nə qədər inkişaf etsə də müəyyən modifikasiya (şəkil dəyişmələri) ilə bu prinsip əsas etibarilə dəyişilməzdir.





Ailə daxili icitmai əmək bölgüsü olmadan ailə mödeli mövcud ola bilərmi? Yəni həm qadın, həm də kişi qoruyucu, himayəedici və idarəedici kimi çıxış edə bilərmi? Qlobal sivilizasiyanın daha erkən inkişaf tarixində belə model mövcud olub. Biz indi belə ailə modelini matriarxal ailə adlandırırıq. Belə ailə modelini zaman-zaman qəbilə-tayfa quruluşunu müasir dönəmdə qoruyub saxlamış bəzi insan qruplarında da müşahidə etmək mümkün olub. Matriarxal ailənin davam etmə müddəti (eyni qadın və kişi arasında) çox qısa davam edib sadəcə 2-3 il hesablanır. Əsas funksiya reproduktiv (nəsilartırma) və seksual instinktlər (istəklər) ilə məhdudlaşır. Adətən matriarxal sistemdə “nigaha” daxil olmaq istəyən kişi qadınının mənsub olduğu icmanın yaşlı üzvləri ilə görüşür, nigah rəmzi olaraq simvolik hədiyyələr tədqim edir. Övlad dünyaya gəldikdən bir müddət sonra sonra həmin nigah daxili münasibətlər sona çatır. Övlad ana xətti ilə müəyyənləşir, atası “naməlum” (əhəmiyyətsiz) qalır. Həmin ailə (icma) daxilində bu tam normal hesab edilir. Məsələn, Amerikanın yerli əhalisi olan hinduların bir çox qəbilə-tayfa birlikləri bu prinsip üzərində qurulur. Ana öz övladları ilə onların atalarının himayəsi və dəstəyi olmadan yaşayır.





Bunun əksi mümkün deyildirmi, yəni qadının kişinin himayəsinə və dəstəyinə ehtiyacı olmadan həmin ailənin uzunmüddətli davam etməsi (patriarxal ailədə olduğu kimi) olmazmı? İstisnalar xaric prinsipcə mümkün deyil. Onun himayəsinə və dəstəyinə ehtiyac mövcud olmasa bir kişini qadının yanında uzun illər saxlamaq mümkün deyil və əksinə belə himayə və dəstək xaricində də qadının da kişiyə nəzərən davranış modeli oxşardır. Dolayısı ilə müasir sivilizasiyanın şərtləndirdiyi iqtisadi cəhətdən azad qadın modeli və dövlət/vətəndaş cəmiyyəti tərəfindən nigah sonrası qadın və onun övlad(lar)ının sosial müdafiəsi gücləndikcə ailə modelinin davam etmə müddəti azalmağa başlayır. Bu iki tendensiya arasında tərs mütənasiblik mövcuddur.





Səbəb? Qadının kişi tərəfindən himayə və dəstəyi aradan qaldırarkən yerdə sadəcə seksual münabətlər və əsas etibarilə bu münasibətlərin üzərində qurulan emosional münasibətlər qalır. Seksual münasibətlərin əsas funksiyası insanın gündəlik yaşam tərzində qazandığı stress və emosional yorğunluğu aradan qaldırmağa yönəlir. Seks zamanı insan beyni Endofinlər adlanan bio-kimyəvi birləşmələrin təsirinə məruz qalır. Bu kimyəvi birləşmələri beyin üçün təsir effekti Morfin (narkotik) birləşmələrinin yaratdığı çox oxşar təsir effektidir, çünki kimyəvi quruluş etibarilə kiçicik fərqə malikdirlər. Amma Morfindən fərqli olaraq Endofinlər təbii “ağrıkəsici” funksiyasını daşıyır, insanın sağlam emosional mühitini təmin edir. Amma bir mühüm məsələ Endofinlərin insanın bio- və psixo-sisteminə təsir dinamikasını sadəcə sex (cinsi akt) deyil, orqazm (belə aktdan yaşanan həzzin pik səviyyəsi) müəyyən edir. Eyni seksual partnyor ilə davamlı yaşanan seksual təcrübə nəticəsində artıq insan beyini buradan yaşanan həzzə “vərdiş” edir, seksual həzz səviyyəsi aşağı düşməyə başlayır. Nəticə etibarilə Morfin (narkotik) təcrübəsində insanın bir müddət sonra əvvəlki həzzi yaşamaq üçün daha güclü narkotik tərkibə ehtiyacı yarandığı kimi Endofin təcrübəsində də insan öz seksual partnyorunu dəyişməyə meylli olur. Qadın və kişini isə bir ailə daxilində əsas etibarilə seksual münasibətlər üzərində qurulmuş “sevgi” birləşdirərsə, artıq bu nigahı davam etdirməyə ehtiyac qalmır.





Belə davranış modeli insanların şüurlu seçimidirmi? Xeyr. Bu insanın genetik informasiyasına əsaslanır, tarixi primatlar dəstəsinə gedib çıxır. Müasir dönəmdə insanlara ən yaxın olan primat növləri adi şimpanze və bonobo növləridir. Adi şimpanzelərin yaşam tərzi “patriarxal”dır. Dəstənin başında güclü erkək fərd dayanır. Aqressivdirlər, ciddi toqquşmalara girirlər. Yad dəstədən “icma”ya erkək fərd daxil etməzlər, hətta yad fərd dəstənin yaxınlığında görünərsə, dərhal hücum edib onu döyər və ya öldürərlər. Dişi fərd heç bir halda dəstəni tərk edə bilməz. Ölən sevgilisinin, ailə üzvünün yasını tutmaq, ölümün nə olduğunu anlamaq kimi hisslərə malikdir.





Bonobolar matriarxal sistemdə yaşayırlar. Münasibətlərində adi şimpanzelərə nəzərən şiddətdən az istifadə edirlər. Fərqləndirici xüsusiyyətlərdən biri də odurki, bonobolarda qrup başçısı dişi olur. Erkəklərin və dişilərin arasında təcavüzkar toqquşmalar nadirdir və erkək öz statusunu anasının statusundan alır. Cinsiyyət əlaqələrinin yüksək tezliyinə baxmayaraq artım zəifdi. Dişi 5-6 il intervalla bir bala doğur. Yad dəstədən gələnlərə qarşı qonaqpərvərdirlər. Dişi fərdlər “azad”dırlar, sərbəst şəkildə yad dəstədən gələn fərdlər ilə seksual münasibətlərə daxil olurlar, müəyyən yaş sonrası dəstəni tərk edib digər bir dəstəyə qoşulub orada yaşayırlar.





Mühüm olan nədir? İnsan psixologiyasını və davranış modelini anlamadan cəmiyyəti anlamaq və izah etmək mümkün deyildir. İnsan psixologiyasına və davranış modellərinə yol isə bio-elmlərdən keçir, yalnız və yalnız sosial-humanitar elmələr çərçivəsiində cəmiyyətin analizi elmdən daha çox ideologiyadır (müxtəlif qəbildən olan subyektiv insan istəklərinin, maraqlarının həlledici olduğu düşüncə sahəsidir).

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 13, 2020 09:12

March 12, 2020

Əgər “ölənəcən sevmək” mülahizəsi doğrudursa, bu daha çox qadın beynini ifadə edir…

Qadın beynində dediyimiz kimi yaddaşın formalaşmasında mühüm rola malik Hippocampus adlanan mərkəz daha böyük və daha aktiv olduğundan adətən onlar həyatlarında baş vermiş olan hadisələri unutmur, incə detallara qədər bütün mühüm informasiyanı yadda saxlayırlar. Bu səbəbdən onların zərif qəlbini sındıracaq nöqsanlara yol versəniz, onlar hətta sizi bağışlasalar belə sizin bu nöqsanlarınızdan qazanılan acı təəssüratlar bir ömür boyu onların yaddaşında yaşayacaq. Amma qadın beyninin hadiə və yaşantılara qarşı belə həssaslığının sizin üçün üstün tərəfləri də mövcuddur. Qadınlar onların qəlbini sındırarkən yaşanılan acı təcrübəni unuda bilmədikləri kimi həyatlarında yaşadıqları romantik münasibətləri və sevgini də adətən unuda bilmir, onun da bütün incə detallarını əbədi olaraq yaddaşlarına həkk edirlər. Əgər “ölənəcən sevmək” fikri düzgündürsə, bu daha çox qadın beyni üçün nəzərdə tutulub. Kişi beyni uzun zaman kəsiyində bu baxımdan daha çox unutqanlıq və sadəqətsizlik vəd edir. Qadınlar unutmağı bacarmasalar da onların etibarını və etimadını qazanmaq bəzən an məsələsi olur. Bunun üçün sadəcə onu bərk-bərk qucaqlayıb bir-iki dəqiqə özünə yaxın etmək kifayət edir — dərhal qadının bütün şübhələrinin dağılması və yenidən sizə inanması üçün bu kifayət edir. Bioloji olaraq bu həmin bir-iki dəqiqə ərzində yaxın təmas nəticəsində qadın beynində Oxytocin adlanan kimyəvi substansiyanın həcminin artması ilə izah edilir. Oxytocin sosial bağlılıq və sevgi kimi ülvi hisslərin yaranmasının bio-kimyəvi əsası (və ya mühüm əsaslarından biri) hesab edilir, dəri vasitəsilə təmas nəticəsində beyinə ötürülən siqnallar nəticəsində onun ifrazı artır. Həm də genetik olaraq qadın beyni həmin Oxytocin‘ i qəbul edəcək daha çox reseptorlara malikdir. Bu isə öz növbəsində adətən qadınların genetik olaraq sosial bağlantıya və sevgiyə kişilərdən daha sadiq olmasına gətirib çıxaran səbəblərdən biridir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 12, 2020 09:44

Əgər "ölənəcən sevmək" mülahizəsi doğrudursa, bu daha çox qadın beynini ifadə edir…

Qadın beynində dediyimiz kimi yaddaşın formalaşmasında mühüm rola malik Hippocampus adlanan mərkəz daha böyük və daha aktiv olduğundan adətən onlar həyatlarında baş vermiş olan hadisələri unutmur, incə detallara qədər bütün mühüm informasiyanı yadda saxlayırlar. Bu səbəbdən onların zərif qəlbini sındıracaq nöqsanlara yol versəniz, onlar hətta sizi bağışlasalar belə sizin bu nöqsanlarınızdan qazanılan acı təəssüratlar bir ömür boyu onların yaddaşında yaşayacaq. Amma qadın beyninin hadiə və yaşantılara qarşı belə həssaslığının sizin üçün üstün tərəfləri də mövcuddur. Qadınlar onların qəlbini sındırarkən yaşanılan acı təcrübəni unuda bilmədikləri kimi həyatlarında yaşadıqları romantik münasibətləri və sevgini də adətən unuda bilmir, onun da bütün incə detallarını əbədi olaraq yaddaşlarına həkk edirlər. Əgər “ölənəcən sevmək” fikri düzgündürsə, bu daha çox qadın beyni üçün nəzərdə tutulub. Kişi beyni uzun zaman kəsiyində bu baxımdan daha çox unutqanlıq və sadəqətsizlik vəd edir. Qadınlar unutmağı bacarmasalar da onların etibarını və etimadını qazanmaq bəzən an məsələsi olur. Bunun üçün sadəcə onu bərk-bərk qucaqlayıb bir-iki dəqiqə özünə yaxın etmək kifayət edir — dərhal qadının bütün şübhələrinin dağılması və yenidən sizə inanması üçün bu kifayət edir. Bioloji olaraq bu həmin bir-iki dəqiqə ərzində yaxın təmas nəticəsində qadın beynində Oxytocin adlanan kimyəvi substansiyanın həcminin artması ilə izah edilir. Oxytocin sosial bağlılıq və sevgi kimi ülvi hisslərin yaranmasının bio-kimyəvi əsası (və ya mühüm əsaslarından biri) hesab edilir, dəri vasitəsilə təmas nəticəsində beyinə ötürülən siqnallar nəticəsində onun ifrazı artır. Həm də genetik olaraq qadın beyni həmin Oxytocin‘ i qəbul edəcək daha çox reseptorlara malikdir. Bu isə öz növbəsində adətən qadınların genetik olaraq sosial bağlantıya və sevgiyə kişilərdən daha sadiq olmasına gətirib çıxaran səbəblərdən biridir.

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 12, 2020 09:44

March 10, 2020

Feminizmin tarixi: birinci, ikinci və üçüncü dalğa feminist hərəkatlar

Tarixilik müstəvisində bəşəriyyət bu gün əsası 90-larda qoyulmuş feminizmin 3-cü dalğasını yaşayır. Bəzən artıq 2010-lardan etibarən feminizmin 4-cü dalğasını da fərqləndirirlər, amma mahiyyət etibarilə 3-cüdən fərqli olaraq 4-də ciddi fəlsəfə baza (foundation) mövcud deyildir. Qadınların seçki, təhsil, reproduktiv (abortion-right), işləmək və sosial həyata inteqrasiya etmək və bu qəbildən olan digər hüquqları uğrunda mübarizə feminizmin 1-ci və 2-ci dalğasının əsas məqsədi idi. Bu mənada qadınlar uzun mübarizə yolu keçiblər və mahiyyət etibarilə artıq feminist mübarizənin keyfiyyətində də ciddi dəyişikliklər mövcuddur. Məsələn, 1-ci dalğanın yaranmasına təkan verən qığılcımlardan biri cəmiyyətdə alkoqol tərkibli içkilərin sürətli istehsalı və yayılması, nəticə etibarilə isə bu içkilərdən istifadə edən kişilərin sağlamlıqlarının, normal həyat vərdişlərinin sürətlə pozulması, məhv olması idi. Bu mənada qadınlar mübarizə edərək seçki hüququna sahib olmaqla seçkili orqanlarda, qanunverici hakimiyyətdə təmsil olunmaq, öz ərlərinin, oğlanlarının sağlamlığını spirtli içkilərin zərərli təsirlərindən qorumaq üçün onun istehsalını məhdudlaşdırmaq istəyirdilər. Bir qədər daha sonra bu mübarizə ümumiyyətlə seçki hüququ əldə etmək üzərində formalaşır və s.





Müasir dövrü diqqət mərkəzində saxlasaq, 2-ci və 3-cü dalğa arasındakı fundamental fərqlərdən biri son məqsəd olaraq kişi ilə qadın arasındakı psixoloji fərqlərin silinməsi üzərində cəmləşib. Yəni düşüncə və davranış modelləri baxımından ənənəvi olaraq bir-birindən fərqləndirilən maskulin və feminin tiplərin eyniləşdirilməsi üzərinə gedib çıxır. Məsələn, ümumi olaraq 2-ci dalğa feminin xüsusiyyəti müəyyənləşdirən əlamətlərin mövcudluğunu, reallığını qəbul edirdi. Halbuki 3-cü dalğa bu feminin xüsusiyyətlərin düşüncədə yananan obrazını əsas etibarilə ağ irqdən olan və yuxarı orta təbəqəyə (upper middle-class white women) uyğun gəldiyini qeyd edərək burada bir irqi (bəzən həm də sosial) diskriminasiya elementləri axtararaq anlayışın özünün mövcudluğunu inkar edirlər. Məsələn, ağ irqdə təmsil olunmayan və sosial mənşə etibarilə daha aşağı təbəqədə qərarlaşan feministlər adətən feminin anlayışını qəbul etmirlər. Nəticə etibarilə ənənəvi olaraq maskulin və feminin tiplərin yaranmasını tarixən mövcud olmuş sosial (mədəni) şərtlərin təsir səbəbi ilə izah etməyə çalışırlar. Bu mənada 3-cü dalğa feminist ədəbiyyatı sex anlayışı (bio-sistemdən gələn səbəblər) ilə gender anlayışının (sosial sistemdən gələn səbəblər) bir-birindən fərqli olması üzərində güclü arqumentasiya qururlar. Başqa sözlər feminin və maskulin stereotiplərinin formalaşmasının və bu formalaşma səbəbindən ənənəvi qadın və kişi psixologiyasının, davranış modellərinin fərqləndirilməsi bio-sistemdən gələn deyil, sosial sistemdən (cəmiyyətdən) gələn səbəblər üzərində qurulmasını qəbul edir. Əgər sosial sistemdən ələn səbəbləri aradan qaldırsaq, bütün bu fərqlər də aradan qalxacaq. Feminist ideologiya çərçivəsində bütün düşüncələr, təbliğatlar, şüarlar nəticə etibarilə bu istiqamətə köklənir. Bu mənada feminist hərəkatlar sosial hərəkatlara xas olan ümumi cizgiləri daşıyır.





Sosial hərəkatları ən ümumi cizgisi insan anadan olarkən “ağ vərəq” (blank sheet) şəklində olan düşüncəyə sahib olmasına olan inamdır. Hər şey insanın yaşadığı müddətdə qazandığı təcrübə əsasında bu “vərəq”ə hansı informasiyanın yazılmasından asılıdır. K.Marksın aşağıdakı düşüncəsi bu istiqamətdə olan düşüncə xətləri (cümlədən feministlər) üçün qızıl prinsip kimi səslənə bilər. “Bir halda ki insan cəmiyyətdə formalaşır, deməli, cəmiyyətdəki ictimai münasibətlər sistemini insanın adına layiq formalaşdırmaq lazımdır.”





Amma sosial hərəkatların əsasında duran bu məqsədi (inancı) müxtəlif bio-elmlərin üzərinə gətirərkən artıq ziddiyyətə daxil olmağa başlayırıq. Genetika, bio-psixologiya, davranış nevrologiyası və s. insan düşüncəsinin anadan gəlmə “blank-sheet” olmasını qəbul etmir, insanın beyin quruluşunun, fiziologiyasının, bio-kimyəvi sisteminin də aktiv surətdə insanın psixologiyasının və davranış modellərinin formalaşmasına aktiv surətdə (bəzən isə həlledici) təsir göstərməsini qəbul edir. Əslində bu gün “hard science” adlandıra biləcəyimiz (yəni subyektiv insan dəyərini əhəmiyyətli dərəcədə elmi tədqiqat sistemində məhdudlaşdırmağa imkan verən) elm sahələri ümumi olaraq bu qəbildən olan prinsiplərin üzərində formalaşır. Bu prinsiplərdən çıxış edərək isə 3-cü dalğa feminizmin əsas fundamental arqumentlərindən biri olan bio- və sosio-sistemdən gələn səbəblər arasında qəti səddin çəkilməsi yolu ilə yalnız sosial sistemi dəyişməklə insan psixologiyasını və davranış modellərini dəyişdirə olan inam aradan qalxmış olur.





Təsadüfi deyildir ki, feminist düşüncənin daşıyıcı olan intellektualların, ideoloqların mütləq əksəriyyəti background təhsil etibarilə bio-elmlər sistemindən kənarda sosial-humanitar elmlər (hüquq, tarix, ədəbiyyat, incəsənət və s.) üzərində ixtisaslaşan insanlardır. Feminist düşüncəni (3-cü dalğa) paylaşan psixoloqlar isə yenə background olaraq “soft psychology” (yəni psixologiyanın bio-elmlər ilə xeyli dərəcədə zəif əlaqəsi olan sahələri üzrə) ixtisaslaşan intellektuallardır.





Bio-elmlər üzrə ixtisaslaşan və feminist olan (3-cü dalğa) intellektuallar mövcud deyildir? Mövcuddur, amma çox nadir. Bio-elmlərdən psixologiyaya keçidin ana xəttini təşkil fundamental prinsiplərdən biri insanın beyin vəziyyətinin (brain states) onun psixi durumunu (mental states) şərtləndirməsidir. Əgər psixi durumda dəyişik yaranırsa, bu mütləq beyin vəziyyətində öz əksini tapmalıdır. Məsələn, yeni biliklərin, bacarıqların, vərdişlərin öyrənilməsi tədricən insanın beyin quruluşunda dəyişiklər yaradır. Daha mürəkkəb terminologiyaya müraciət etmədən qeyd edək ki, yeni bir ideyanın öyrənilməsi insan beynində neyronlar arası yeni bir konfiqurasiya yaradır, əgər bu istiqamətdə ideya davamlı olarsa, onda həmin konfiqurasiya da davamlı xarakter almağa başlayacaq, neyronlar arası əlaqənin (neyro-dinamik aktivliyin) “yaddaşına” keçəcək, bir müddət sonra həmin aktivlik avtomatik xarakter alacaq. Nəticə etibarilə insan psixikasında müəyyən keyfiyyət dəyişikliyi baş verəcək. Nevrologiyada bunu neyro-plastiklik adlandırırlar. Feminist nevroloqların fikrincə, məhz bu neyro-plastiklik üzərində sosial mühitdə gender rollarına dair daxil olan informasiyanı dəyişdirməklə insanın psixasında bio-səbəblərdən gələn bütün təsir effektlərini aradan qaldırmaq mümkün olar. Bio-sistem baxımından kişi və qadın beyni deyil, unisex beyin sistemi mövcud ola bilər. Amma bu istiqamətdə olan düşüncənin özü artıq ardında bir çox mübahisəli məqamları buraxır. Məsələn, hər bir insanın genetik informasiyası onun neyro-plastik sistemə malik olmasını təmin edə biləcək qədər zəngindirmi, əgər bio-kimyəvi sistem (məsələn, harmonal sistem) kişi və qadın vücudunda fərqlidirsə, onda bu sistemin neyro-dinamik aktivliyə təsir şərtləri altında unisex beyin anlayışı nə dərəcədə realdır, 100 minillər ərzində insanın əcdadlarında, milyon illər ərzində yaxın bio-sistemdən (təkamül psixologiyası üzrə primatlardan) gələn və gizlənən genetik informasiyanı sosial sistemdən gələn informasiya ilə əhəmiyyətli dərəcədə “sıxışdırmaq” mümkündürmü və s.? Bu səbəbdən bio-elmlərdən, nevrologiyadan gələn intellektual arasında feministlərin (3-cü dalğa) sayı çox nadirdir.





Mövzu çox genişdir. Məsələn, feminizmin 2-ci dalğası strukturalizm, 3-cü dalğası post-strukturalizm adlanan fəlsəfi cərəyanlar üzərində qurulur. Bu fəlsəfi cərəyanlar son nəticə etibarilə bir tərəfdən də bu gün sosial sistemdən bizə gələn “political correctness” adlandırdığımız (yəni mövcud liberal siyasi sistemi tarazlıqdan çıxarmamaq və onun bəzi fundamental anlayışları ilə ziddiyyətə girməmək üçün bəzi elmi (“hard science”) nəticələrin üzərindən sükutla keçmək) bir məqamın üzərində gedib çıxır. Məsələn, azad iradə (‘free will’) liberal siyasi müstəvidə bir, bio-elmlər müstəvisində tam fərqli digər qiymət alır və s. Yəni feminizmin (3-cü dalğa) anlayışlar sistemi də o qəbildən. 

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 10, 2020 09:13

March 5, 2020

8 Mart Beynəlxalq Qadınlar Gününün Tarixi

8 Mart Beynəlxalq Qadınlar Gününün tarixi 28 fevral 1909-cu ilə gedib çıxır. Həmin tarixdə Amerika Sosialist Partiyası tərəfindən sosial aktivist Tereza Malkielin təklifi ilə Nyu York şəhərində Qadınlar Günü təsis edildikdən sonra, Alman sosialisti Luiza Zietz və alman inqilabçısı Klara Zetkin 1910-cu il Beynəlxalq Sosialist Qadınların Konfransında 8 mart tarixinin fəhlə qadınların şərəfinə hər il qeyd edilməsini təklif edir. İlkin vaxtlarda 8 mart daha çox Belnəlxalq Fəhlə Qadınlar Günü kimi qeyd edildiyindən və sosial həyatda qadınlara bərabər hüquqlar, o cümlədən seçki hüququ tələb etdiyindən əsasən sosialist hərəkatlar və kommunist ölkələr tərəfindən qeyd edilirdi. 1967-cı ildə ikinci dalğa feminist hərəkatı da bu günü qeyd etməyə başlayandan sonra Beynəlxalq Qadınlar Günü kimi daha sürətlə yayılmağa başlayır.





Niyə məhz 8 mart? Belə güman edilir ki, həmin gün 1857-ci ildə Nyu Yorkda qadınlar qeyri-insani həyat şəraitə, aşağı maaşlara və uşaqların əmək istismarına etiraz olaraq kütləvi nümayişlərə qalxmış, polislə toqquşmalar və iğtişaşlar baş vermişdir. Nəticədə ilk qadın əmək ittifaqları yaranır və növbəti illərdə sosial mübarizəni davam etdirirlər.





Bu və ya digər şəkildə 8 mart gününün təsis edilməsində adı keçən şəxslər kimdir?





Tereza Malkiel (1874-1949) rus mənşəli amerikan sosial aktivist olub fabrikdən sosialist partiyanın rəhbərliyinə kimi yüksəlmiş ilk qadındır. Həyatını daha çox fəhlə qadınların təhsilinə (adult education) həsr edib. Sosialist  Leon A. Malkiel ilə ailə qurub, bu nigahdan dünyaya gələn Henrietta Poynter (1901-1968) jurnalist və media sahəsində businesswoman olub.





Luiza Zietz (1865-1922) alman sosialist və feministi kimi Almaniya tarixində mövcud olan siyasi partiyalardan birinin rəhbəri olan ilk qadındır. Həmçinin 1919-cu ildə fəaliyyətə başlamış yeni Reyxstaqda (qanunverici ali orqanda) təmsil olunan ilk qadın millət vəkillərindən biri olub. Şəxsi həyatı barəsində məlumat azdır, amma Reyxstaqın iclaslarından birində iclas öncəsi beyninə qan sızmasından dünyasını dəyişib. Həssas olduğundan həmin gərgin və qarşılıqlı ittihamlar əsasında keçən iclasların onun səhhətinə pis təsir göstərdiyi güman edilir.





Klara Zetkin (1857-1933) alman marksist nəzəriyyəçisi və inqilabçısı olub. 1920-33-cü illərdə Reyxstaqda Almaniya Kommunist Partiyasını təmsil edib. Adolf Hitlerin (1889-1945) rəhbərliyi ilə Nazi Partiyası hakimiyyətə gəldikdən və Almaniya Kommunist Partiyası qadağan edildikdən sonra Almaniyadan SSRİ-yə sürgün edilir, elə burada da vəfat edir. Həmçinin qeyri-adi şəxsi həyatı olub. Heç bir zaman rəsmi nigahda olmasa da vətəndaş nigahında yaşadığı rus-alman inqilabçısı Osip Zetkinin (1850-1889) soyadını götürüb. 40 yaşında özündən 18 yaş kiçik rəssam-tələbə Georg Zundel (1875-1948) ilə ailə həyatı qurur. Amma 1914-cü il Birinci Dünya Müharibəsinin başlanması onların birgə yaşayışına son qoyur. Belə ki, Klara imperialist müharibənin əleyhinə aktiv təbliğata başlasa da Zundel könüllü cəbhəyə yollanır. Amma yalnız 1928-ci ildə Zundel ilə rəsmi şəkildə boşanmağa razı olur və onun bu gün məşhur Bosch elektro-texnika kompaniyasının banisi Robert Boşun (1861-1942) qızı ilə evlənməsinə imkan verir. Həmçinin Klaranın 22 yaşlı oğlu onun 36 yaşlı rəfiqəsi və əqidə yoldaşı olan digər məşhur alman marksist-inqilabçısı Roza Luksemburqun (1871-1919) sevgilisi olandan sonra bir müddət bu yaxın rəfiqələr və əqidə yoldaşları küsülü qalmalı olur.

 •  0 comments  •  flag
Share on Twitter
Published on March 05, 2020 11:45

February 21, 2020

Biosferadakı erkən canlı həyat formaları (prokariotlar) oksigen olmadan yaşamağı bacarıblar …

Məlumat üçün təbiətdə biosfera (canlı həyat) qatının sadədən (bir hüceyrəli canlılardan) daha mürəkkəb, o cümlədən insana kimi ümumi inkişaf mexanizmi belədir: Biosferadakı erkən canlı həyat formaları (prokariotlar) oksigen olmadan yaşamağı bacarıblar. Qədim prokariotlar bakteriya və arxeyalar adlanan bir hüceyrəli orqanizmlərdən ibarət olublar. Bəzi prokariotlarda tədricən fotosintez adlanan proses – işıq enerjisinin kimyəvi enerjiyə çevrilməsi prosesi inkişaf etməyə başlayır. Nəticədə həmin kimyəvi enerji şəkər adlanan karbohidrat molekulları şəklində canlı orqanizmdə toplanıb qalır. Şəkər isə öz növbəsində canlı orqanizmin ətraf mühitdən qəbul etdiyi su (H_2O) və karbon qazının (CO_2) sintezindən ibarətdir, bu sintez prosesinin də gedişində biosferdə daha mürəkkəb quruluşa malik olan çox hüceyrəli canlıların mövcud olması üçün zəruri olan oksigen (O) ayrılır. Belə fotosintetik orqanizmlərin sayı artdıqca tədricən biosfera da dəyişməyə və inkişaf etməyə başlayır. Uzun müddətli dəyişlik və inkişaf ərzində atmosfera yeni canlı həyat formalarının inkişaf etməsi üçün zəruri olan oksigen və digər qazlarla zənginləşir, nəticədə milyonlarla fərqli bitki və digər fotosintetik növlər inkişaf etməyə başlayır, bitkilər (və digər heyvanlarla) qidalanan heyvanlar təkamül etməyə başlayır. Bakteriyalar və digər orqanizmlər ölmüş heyvan və bitki qalıqlarını parçalayır və son nəticə olaraq yenidən ekosistemdə dövriyyəyə daxil olması üçün hazır vəziyyətə gətirirlər.

 •  0 comments  •  flag
Share on Twitter
Published on February 21, 2020 07:57

February 20, 2020

Gözlər sözlərdən daha önəmli …

Ana bətnində beynin inkişaf prosesi zamanı baş beynin formalaşmasında iştirak edən ilkin hüceyrə qrupu həm də göz sisteminin formalaşmasına gətirib çıxarır. Bu səbəbdən insanın gözü baş beyin sistemi ilə birbaşa əlaqəlidir. Məsələn, göz kürəsinin arxa divarını örtən və görmə hüceyrələrindən ibarət ağ təbəqə-torlu qişa olan Retinanı xüsusi cihazlar vasitəsilə müşahidə edərkən əslində insan beyin sisteminin bir hissəsini əyani olaraq müşahidə etmiş olursan. Bu səbəbdən beyindən ayrılan siqnallar birbaşa olaraq daha qısa məsafə qət edərək insanın gözlərində öz dərin ifadəsini tapmış olur. Əgər insanın gözlərini “oxuya” biliriksə bu insanın beynində cərəyan edən ən “gizli” fikirlərin oxunması deməkdir. Bu zaman alınan nəticələr insanın sözlərinin analizi nəticəsində alınan nəticələrdən daha doğru və mötəbər olur. Başqa sözlə, insanın gözlərinə sözlərindən daha çox etibar etmək mümkündür.

 •  0 comments  •  flag
Share on Twitter
Published on February 20, 2020 08:24