Elmar Hussein's Blog, page 6
August 6, 2020
Fəlsəfə, qadın və sevgi
Qərb coğrafiyası üçün az saylı qadın filosofların arasında bütün dövrlər üçün ən məşhur ad Hypatia (4-5-ci əsrlər) hesab oluna bilər. Atası Theon kimi riyaziyyat və fəlsəfə ilə məşğul olan Hypatia bilik və düşüncələrində atasını da qabaqlamış, zahirən gözəl görünüşə malik olmuş, amma buna rəğmən ömrünün sonuna kimi seksual xarakterli heç bir ünsiyyət yaratmamışdır. Tarixçilər onun qəlbini ələ almaq məqsədilə onun mühazirələrində iştirak edən gəncin istəklərinə Hypatia’ın musiqi alətində ifa etməklə qarşılıq verdiyini yazır. Bununla o, gəncin ehtirasını aradan qaldırıb diqqətini özünün düşüncələrinin gözəlliyinə yönəltməyə cəhd edirmiş. Amma öz seksual istəklərindən əl çəkməkdən imtina edən gəncə “sən seksual münasibətlərin gözəlliyini sevirsən, amma gözəlliyin özünü sevmirsən” deyə rədd cavabı verib. Əslində Hypatia’ın gözəllik barəsindəki düşüncələri Platonun ideyalar və dünyəvi həyatda bu ideyaların təzahürü fəlsəfəsinə gedib çıxırdı; Hypatia özü də neoplatonist idi. Yəni əsl həqiqət ideyada gizlənib və bu həqiqət dəyişməzdir. Dəyişən bu ideyanın konkret situasiyalarda təzahür formasıdır, məsələn, gözəllik ideyası dəyişməzdir, amma gözəl qadın, gözəl şeir, gözəl nə isə insandan insana zamandan zamana məkandan məkana dəyişə bilər. Dərin fəlsəfədir, mistik xarakterləri ola bilər, bir sözlə adi dünyəvi insanın düşüncə tərzinə görə deyil. Halbuki Hypatia ona sevgisini ifadə edən bir gənc ilə onun başa düşmədiyi dildə danışır, ondan onun başa düşmədiyi bir şeyi istəyir. Qadının intellekti onun cazibəsini artırsa da görünür həddindən artıq abstrakt intellektual düşüncə tərzinə yüklənən qadın əksinə bütün cazibə qüvvəsindən məhrum olur, qadın kimi bütün maraqlar dünyasından kənarda qalır. Bilik və fəlsəfə isə düşünmək üçün maraqlı ola bilər, amma yaşamaq üçün effektiv olmaya bilər. Elə Hypatia’ın özünün də həyatının sonu faciə ilə yekunlaşıb. Dini dünyagörüşü etbarilə bütpərəst olan Hypatia xristianlar siyasi hakimiyyəti ələ keçirdikdən sonra onlar tərəfindən 45 və ya 65 yaşlarında (doğum tarixinin müxtəlif olması səbəbindən) daş-qalaq edilərək öldürülmüşdür.
Fəlsəfə, qadın və sevgi barəsində …

August 4, 2020
Aqrar cəmiyyət ailə institutunda uşaqların funksiyaları
Aqrar cəmiyyətlərdə ailə institutunda uşaqların funksiyası birbaşa olaraq ailənin iqtisadi təminatı ilə bağlı idi. Uşaqların təlim-tərbiyəsi müasir cəmiyyətlərdə olduğu kimi mürəkkəb mexanizmlər tələb etmir və maddi cəhətdən baha başa gəlmirdi. Təhsil yox, mədəni-intellektual inkişaf üçün əlavə xərc tələb edəcək mərkəzlər yox, müasir dəbə uyğun geyim xərci yox, hər şey olduqca təbii və sadə idi. Əvəzində uşaqlar, xüsusilə oğlanlar ailədə işçi qüvvəsi idi — torpağı əkib-becərir və münaqişələr zamanı ailənin sarsılmaz dirəyi olurdular. Qızlar ilə vəziyyət bir qədər fərqli idi. Onların olmasının ailə üçün elə bir iqtisadi önəmi yox idi, saylarının çox olması isə əsl “böhran” sayıla bilərdi — qızlar işçi qüvvəsi kimi oğlanları tam əvəz edə bilməzdilər; nəsil oğlan xətti ilə davam etdirilir, qızlar ailədə həmişə nə vaxtsa çıxıb gedəcək “qonaq” (həm də bu kontekstdə müəyyən mənada ailə büdcəsini havayı yerə sərf edən adam statusuna sahib idilər), münaqişələr zamanı qızlar əlavə müdafiə və himayə tələb edirlər, belə konfliktlər zamanı əsir düşərkən ailə şərəfinin ləkələnməsi riski artır və s. Bu səbəbdən aqrar cəmiyyətlərdə qızları mümkün qədər tez başqa ailəyə gəlin köçürüb onlardan “xilas” olmağa çalışırdılar. Əvəzində isə həmin ailədən müəyyən miqdarda maddi təzminat (“başlıq”) alırdılar, çünki qız ailəni tərk edərkən hər necə olsa ailə öz işçi qüvvəsini itirirdi, qızı alan ailə isə bunun müqabilində maddi təzminat ödəməklə həmin qızı öz ailəsinin “mülkiyyəti” (işçi qüvvəsi) edirdi. Romantika qəbildən olan bütün emosional bağlılıq hamısı dediyim kimi istisnalar adətən ədəbiyyatlarda mövcud olub, amma real həyat real iqtisadi qanunlar üzərində bərqərar olub. Aqrar cəmiyyət modelinin sənaye cəmiyyət modeli ilə əvəzlənməsindən sonra artıq ailədə çox uşağın daha güclü iqtisadi təminat olması kimi baxışlar artıq dəyərdən düşməyə başlayır. Sənaye cəmiyyətində digər tərəfdən daha uğurlu işçi qüvvəsi olmaq üçün aqrar cəmiyyətdən fərqli olaraq xüsusi təlim-təhsil almağa ehtiyac yaranır ki, bu zaman da əksinə çox uşaq ailəni iqtisadi cəhətdən daha çox gücə salmağa başlayır. Halbuki dediyimiz kimi aqrar cəmiyyət modelində zəruri olan bilik və bacarıqlar ailə daxilində atadan oğula ötürülürdü. Bu konteksdə oğlanlar ailədə daha çox nəsil xəttini davam etdirmə funksiyasını qoruyub saxlayırlar və bir müddət hələ də oğlan uşaqlarına qızlara nisbətən daha çox önəm verməyə başlayırlar. Sənaye cəmiyyəti də özünəməxsus inkişaf yolu keçir, bəzi məkanlarda artıq növbəti — post-sənaye (informasiya) cəmiyyətinə keçməyə başlayır, insanlar daha çox individuallaşır, fərdiləşir, ailə, nəsil bağları zəifləməyə, qopmağa başlayır. Artıq nəsil xəttinin davam etdirilməsi düşüncəsi insanları əvvəlki kimi narahat etmir (bu mənada oğlan və ya qız övladının ciddi bir fərqi qalmır), digər tərəfdən qızların sosial müdafiəsini xeyli dərəcədə dövlət öz üzərinə götürməyə başlayır. …. Bu gün humanizm, feminizm, müasir, az amma yaxşı təlim-tərbiyə görmüş övladlara sahib ailə modeli və s. — tarixin təkərini geriyə aqrar cəmiyyət modelinə döndərsək (məs, mümkün apokalipsis fərziyyələrindən birinin reallaşması səbəbindən müasir qlobal sivilizasiyasının məhv olması səbəbindən) hamısı tüstü kimi səmada qeybə çəkiləcək.
Aqrar cəmiyyətin ailə institutunda uşaqların funksiyaları: niyə oğlan(lar) qız(lar)a nisbətən daha üstün qiymətləndirilirdi?

August 3, 2020
Post-pandemiya dövrünün PALİTRASI… – Filosof izah edir
Nə qədər mübarizə aparsaq da, çalışsaq da, Çinin Uhan şəhərində yayılmağa başlayan, sonradan isə kilometrlə yol qət edərək planetin dörd bir yanını “işğal edən” koronavirus pandemiyasına müqavimət göstərə bilmədik. Düzdür, fiziki cəhətdən özlərini qoruyanlar az olmadı. Çoxları heç yoluxmadı da. Amma nə tibbi maska, nədə sosial məsafəni qorumağımız koronavirus cənablarının arzusuna mane olmadı. O, diktələr edir, gələcəyin tələblərini müəyyənləşdirir.
BDU-nun Sosial elmlər və psixologiya fakültəsinin Fəlsəfə kafedrasının müəllimi, gənc filosof Elmar Hüseynov “Sherg.az”a açıqlamasında koronavirusun “vəd”lərindən danışıb. Onun fikrincə, bundan da böyük fəlakətlər istisna deyil:
Ilk dəfə 2019-cu ilin dekabrında Çində qeydə alınan Covid-19 qısa zaman ərzində sürətlə yayılaraq qlobal sivilizasiyanın normal həyat axınını iflic edən təhlükəli bir pandemiyaya çevrilib. 2020-ci ilin iyul ayının sonlarına kimi virus artıq dünyanın 188 ölkəsinə yayılıb, 14,8 milyondan daha çox insanı yoluxdurub, 613 mindən daha çox insanın həyatına son qoyub. Həkimlər, virusoloqlar payız ayından etibarən artıq ikinci dalğanın sürətlə yayıla bilmə ehtimalını irəli sürürlər. Bildiyimiz kimi, pandemiyanın qarşısını tam şəkildə ala biləcək, qlobal sivilizasiyada onun kökünü kəsə biləcək müxtəlif dərman preparatlarının, vaksinlərin sınaqdan keçirilib kütləvi istehsalının da istənilən effekt verə biləcəyinə skeptik yanaşan mütəxəsislər mövcuddur. Ümumiyyətlə, bu növ infeksion xəstəlikləri yaradan viruslar qısa müdddət ərzində modikikasiya edə, şəkil dəyişdirə bildikləri üçün istənilən vaksin bir müddət sonra artıq onlara təsir etmə gücündən məhrum olur. Görünən odur ki, qlobal sivilizasiya öz tarixi inkişafı yolunda yeni bir mərhələyə qədəm qoyub. Əgər qlobal istiləşmə əleyhdarlarının təkidlə iddia etdikləri kimi, Yer kürəsində orta temperaturun yüksəlməsi nəticəsində buzlaqların əriməsi minillər ərzində orada “gizlin” qalmış, həm elm, həm də insanın immun sistemi üçün hələ naməlum qalan müxtəlif virus, bakteriya, çoxhüceyrəli parazitlər aktivləşməyə, yer üzündə yayılmağa başlayarsa, gələcəkdə qlobal sivilizasiya indiki Covid-19 ilə müqayisədə qat-qat daha artıq təhlükə ilə üzləşmiş olacaq. Çox böyük ehtimalla qlobal sivilizasiya bu gün üzləşdiyi Covid-19 ilə müqayisədə daha çox ölüm riskini özündə daşıyan naməlum qaranlıq yolun başlanğıcındadır. Bütün bu təhlükələri aradan qaldırmaq, riskləri azaltmaq üçün qlobal ictimai şüurun formalaşması zəruridir. Siyasi-ideoloji idarəetmə sistemindən, dini inanc sistemindən, etnik mənsubiyyətindən və bu kimi digər amillərdən asılı olmayaraq bütün insanlar ilk növbədə qlobal sivilizasiyaya mənsub olduqlarını, “qlobal kəndin” sakinləri olduqlarını dərk etmələri, yalnız öz dövlətlərinin, cəmiyyətlərinin maraqları çərçivəsində düşüncələrdən əl çəkməli, bütün təhlükə və risklərə qarşı birgə, kollektiv mübarizənin aparılmasına imkan verməyən siyasi-hərbi konfliktləri arxa plana sıxışdırmalıdırlar, əks halda yalnız bir dövlətin, bir cəmiyyətin deyil, bütövlükdə bioloji növ (Homo Sapiens) olaraq insanın yer üzündən silinməsi, yox olması ehtimalı artmağa başlayacaq.
Covid-19 pandemiyasından daha öncə bildiyimiz kimi, bəşəriyyət artıq bir neçə dəfə ciddi fəlakətlər yaradan, kütləvi insan həyatına son qoyan pandemiya və epidemiyalarla üzləşib. Əgər yaxın keçmişin “H1N1 Donuz Qripi”ni (2009-2010), “Qərbi Afrika Ebola Epidemiyası”nı (2014-2016) və s. kimi kütləvi infeksion xəstəlikləri nəzərə almasaq, qlobal sivilizasiya sonuncu dəfə bu qəbildən olan kütləvi infeksion xəstəlik ilə 1918-1920-ci illərdə yayılan, təqribən 500 milyon insanı yoluxduran və onlardan 17-50 milyonunun həyatına son qoyan “İspan Qripi” zamanı qarşılaşıb. Əgər tarix fəlsəfəsi kontekstində qlobal sivilizasiyanın inkişaf dinamikasını izləsək, 20-ci əsrin əvvəllərində sivilizasiya əsas etibarilə özünün sənaye mərhələsini yaşayırdı. İndi 21-ci əsrin əvvəllərində isə qlobal sivilizasiya artıq əsas etibarilə özünün post-sənaye mərhələsi üzrə inkişaf edir. Bu səbəbdən biz Covid-19-u qlobal sivilizasiyasının özünün post-sənaye mərhələsində qarşılaşdığı ilk ciddi “bioloji sınaq” kimi qiymətləndirə bilərik. Bu səbəbdən post-sənaye mərhələsində təzahür edən Covid-19 öz təsir dinamikası baxımından sənaye mərhələsində və ondan daha əvvəl meydana çıxan digər pandemiya və epidemiyalarla eyniyyət təşkil edə bilməz. Bildiyimiz kimi, post-sənaye mərhələsi əsas etibarilə informasiya cəmiyyəti modeli üzərində qurulduğundan burada əhəmiyyət kəsb edən amil informasiyanın necə toplanılması, emal edilməsi və idarə edilməsidir. Bütün bu amillər isə öz növbəsində sürətli internet resursları, dimanik sosial informasiya şəbəkələri vasitələri ilə idarə edildiyindən onsuz da əvvəlki anlamda dövlətlər, cəmiyyət arasında mövcud olan sərhədlər artıq itməyə, sosial davranış nümunələri tədricən daha çox lokal sosial gerçəklikdən vahid “qlobal kəndin” bütün sakinlərini əhatə edən qlobal virtual gerçəkliyə doğru keçid almağa başlamışdı. Biz bunu gündəlik həyatımızda tədricən daha geniş sahəni əhatə edən elektron xidmətlər, elektron ticarət, elektron hökümət və s. şəklində hiss edirdik. Covid-19 sadəcə olaraq qlobal sivilizasiyanın post-sənaye mərhələsi üçün xarakterik olan bu tendensiyanıın inkişafını daha da sürətləndirməyə başlayıb, qlobal sivilizasiya çox güman ki, artıq geriyə dönüşü olmayan növbəti inkişaf yoluna qədəm qoyub. Biz məsələn, bunu artıq çox nüfuzlu universitetlərin əhəmiyyətli dərəcədə inteqrasiya etdiyi distant təhsil modelinin tətbiqinə verilən üstünlükdə müşahidə edə bilirik. Bildiyimiz kimi, ABŞ-ın məşhur Harvard Universiteti mövcud şərait ilə əlaqədar olaraq 2020-2021-ci tədris ilində bütünlüklə distant təhsil modelini tətbiq edəcəyini bəyan edib. Eyni addımı daha öncə Böyük Britaniyanın da bir neçə nüfuzlu universiteti atmışdı. Hələlik bu addımlar sadəcə Covid-19 təhlükəsi ilə əlaqələndirilsə də çox güman ki, post-koronavirus mərhələsində də artıq ənənəvi təhsil modelinə doğru tam şəkildə qayıdış olmayacaq, “qlobal kəndin” bütün sakinləri yaşadıqları sosial məkandan asılı olmadan hətta ən nüfuzlu universitetlərin belə təklif etdiyi Phd, MA/MS, BA/BS və s. kimi proqramlara qoşulmaq, onun üstünlüklərindən yararlanmaq imkanına malik olacaqlar. Halbuki, indi Harvard tipli nüfuzlu universitetlər Phd elmi dərəcəsi üzrə distant təhsil proqramları demək olar ki, təqdim etmirlər, MA/MS və BA/BS proqramlarının sayı isə məhdud saydadır.
Qlobal ictimai şüurun formalaşdırılması göründüyü kimi sadə bir proses deyildir. Müxtəlif mədəni, tarixi keçmişə malik olan, dini inanc sistemini özündə əks etdirən, bir çox hallarda bir-birlərinə qarşı illərlə davam edən açıq və ya qapalı siyasi, iqtisadi və s. ziddiyyətlərin içərisində yaşayan müxtəlif dövlətlərin, cəmiyyətlərin özlərinni ilk növbədə “qlobal kəndə” mənsub olan sosial sistem kimi qavranılmasına nail olmaq çox mürəkkəb bir proses ola bilər. Belə ictimai şüurun formalaşdırılmasında əsas ağırlıq mərkəzi çox güman ki, siyasi-fəlsəfi ideologiyaların üzərinə düşəcək, onların bir qismi daha ön plana çıxmalı olacaq, bir qismi öz məzmununu qismən dəyişdirilməli olacaq. Məsələn ön plana çıxmalı olan ideologiyalardan biri heç şübhəsiz ki, ekologizm ideologiyası olmalıdır. Halbuki, biz indiyə qədər müxtəlif cəmiyyətlərdə ictimai şüura hakim kəsilən liberalizm, konservatizm, sosializm kimi ideologiyalar ilə müqayisədə onun ikinci plana sıxışdırılmasının şahidi oluruq. Ekologizm ideologiyasına görə ən mühüm olan liberalizm ideologiyasının hesab etdiyi kimi individual insanın hüquq və azadlıqları, konservatizm ideologiyasının hesab etdiyi kimi tarixi keçmişdən gələn və adət-ənənələr əsasında formalaşan mənəvi-əxlaqi dəyərlər sistemi, sosializm ideologiyasının hesab etdiyi kimi mümkün qədər iqtisadi bərabərliyə can atmaq deyil. Ekologizm ideologiyasına görə ən mühüm olan insan ilə təbiət, ətraf mühit arasında harmonik münasibətlərin qurulması və bərabərtərəfli əməkdaşlığın yaradılmasıdır. Əgər təbii sistem, ətraf mühitin çirklənməsi öz böhran həddinə çatarsa, onda nə insanın hüquq və azadlıqlarını təmin etmək olar, nə mənəvi-əxlaqi dəyərlər sistemini qorumaq olar, nə iqtisadi bərabərliyə nail olmaq olar. Biz bu ideologiyanı xüsusilə 1990-cı illərdən etibarən tədricən genişlənməkdə olan və artıq Skandinaviya ölkələri, Latviya, Avstraliya, Yeni Zeylandiya kimi dövlətlərin siyasi sistemində müəyyən uğurlar qazanmış Yaşıllar partiyasının (hərəkatının) siyasi fəaliyyətində müşahidə edə bilirik. Covid-19-un bizi bir daha xəbərdar etdiyi və qlobal istiləşmə, çirklənmə şəraitində minillər sonra yenidən aktivləşməsi ehtimal olunan müxtəlif virus, bakteriya, çoxhüceyrəli parazitlər yaratdığı təhlükə və risklər məhz ekologizm ideologiyasının əleyhinə mübarizə apardığı ən mühüm hədəflərdən biridir.
Post-koranavirus mərhələsində məzmununun yenidən nəzərdən keçirilməsinə və müəyyən məzmun dəyişikliklərinin edilməsinə ehtiyac olacaq siyasi ideologiyalardan biri çox güman ki, liberalizm olacaq. Qlobal sivilizasiya müxtəlif pandemiya və epidemiya ilə qarşılaşaraq öz böhran həddinə qədəm qoyarkən, artıq klassik liberalizmin əsas anlayışlar sistemindən biri olan eqoistik individualizm, yəni insanın müstəqil fərd olaraq birinci növbədə özünün individual maraq və məqsədlərindən çıxış etməsi, öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurması ideyası öz əvvəlki cazibədarlığını itirməyə başlayır. Belə böhran şəraitində, risk və təhlükələr anında mənəvi-əxlaqi individualizm, yəni insanın müstəqil fərd olaraq birinci növbədə içərisinə daxil olduğu sosial sistemin, cəmiyyətin, “qlobal kəndin” təhlükəsizliyini qoruyacaq maraq və məqsədlərdən çıxış etməsi, öz fəaliyyətini məhz bu prinsiplər əsasında qurması ideyası daha çox diqqəti cəlb etməyə başlayır. İndividual insanın heç bir məcburiyyət olmadan özünün individual maraqlarından deyil, qlobal təhlükəsizlik maraqlarından çıxış etməsi şübhəsiz ki, insanlarda yeni, daha tam və mükəmməl qlobal ictimai şüurun formalaşmasını tələb edir.
Post-koronavirus mərhələsində məzmununun yenidən nəzərdən keçirilməsinə ehtiyac olacaq siyasi ideologiyalardan biri çox güman ki, yalnız liberalizm deyil, həm də konservatizm olacaq. Əslində fərdin böhran şəraitində ilk növbədə sakini olduğu “qlobal kəndin” təhlükəsizlik maraqlarından çıxış etməli olması ideyası konservatizm ideologiyasının mühüm anlayışların biri olan orqanik sosial sistem anlayışı ilə daha çox uzlaşır. Konservatizm orqanik sosial sistem deyərkən cəmiyyətin onu təşkil edən fərdlərin mexniki cəmi olmadığı kimi cəmiyyətdən kənarda fərdin heç bir xüsusi əhəmiyyət kəsb etmədiyini nəzərdə tutur; hər insan fərd olaraq cəmiyyətin ayrılmaz bir tərkib hissəsi kimi çıxış edərkən əhəmiyyət kəsb edir. Post-koronavirus mərhələsində qlobal sivilizasiya cavab tapmalı olacağı mühüm praktik suallardan biri bütün individual insanların heç bir məcburiyyət olmadan özlərinin individual maraqlarından deyil, qlobal təhlükəsizlik maraqlarından çıxış etməyə qadir olub olmaması, qlobal ictimai şüurun hər kəsdə formalaşıb formalaşmaması olacaq. Əgər bütün insanlar qlobal təhlükəsizlik maraqlarından çıxış etməyə qadir olmasa, hər kəsdə qlobal ictimai şüur formalaşmasa, onda nə etməliyik? Bu konteksdə konservatizm ideologiyasının digər mühüm anlayışı olan təbii ierarxiya anlayışı diqqət mərkəzinə gəlib çıxır. Təbii ierarxiya ideyasına görə bütün insanlar liberalizm ideologiyasının heç etdiyi kimi bərabər ola bilməzlər və bu bərabərsizlik sosial sistemin ədalətsizliyinin deyil, təbii sistemin (təbiətin) “ədalətsizliyinin” nəticəsi olaraq meydana çıxır. Belə ki, bütün insanlar genetik və digər bioloji səbəblər etibarilə eyni dərəcədə rasional seçim və davranış nümayiş etdirə bilməzlər, psixoloji cəhətdən eyni dərəcədə sağlam ola bilməzlər və eyni dərəcədə yüksək əxlaqi ideallara sadiq ola bilməzlər. Belə olduğu təqdirdə cəmiyyətdə artıq təbii iderarxiyanın formalaşmasından qaçmaq mümkün deyil və ya belə ierarxiyanı formalaşdırmaq lazımdır. Daha rasional, psixoloji cəhətdən daha sağlam və əxlaqi ideallara daha sadiq olan insanlar sosial piramidanın daha üst pillələrində, daha irrasional, müxtəlif psixoloji çətinliklərdən və fobiyalardan daha çox əziyyət çəkən və eqoistik, cılız əxlaqi dəyərlərə daha çox meyl edən insanlar isə sosial piramidanın daha aşağı pillələrində qərarlaşmalıdırlar. Daha yuxarı pillədə qərarlaşanlar daha aşağıda qərarlaşanların seçim və davranış nümunələrinin dəyişdirilməsinə, idarə edilməsinə dolayı yolla təsir göstərməli, aşağı pillədə qərarlaşanların təqlid edə biləcəkləri bir nümunə formalaşdırmalıdırlar. Qlobal ictimai şüurun formalaşmasının praktik yollarından biri çox güman ki, məhz belə təbii ierarxiya sisteminin formalaşmasından keçəcək.
Həmsöhbət oldu: Kənan Novruzov
” ŞƏRQ Qəzeti” 21 iyul, 2020-ci il
July 20, 2020
İnsan “beyninin” proqramlaşdırılması
“Allahu Əkbər” sədaları altında adətən insanların güclü aqressiya nümayiş etdirdiklərinin şahidi oluruq. Çox sakit və gülərüz tərzdə bu kəlməni insanlardan eşitmək çətindir. Özü-özlüyündə bu kəlmədə insanları aqressiyaya təhrik edəcək heç bir şey gizlənmir. Tərcümədə (metafizik anlamda) Allah böyükdür, yəni ən ədalətli, hər şeyi bilən və hər şeyə qadir olan yalnız Allahdır. Bəs nə üçün insanlar aqressiya nümayiş etdirən zaman biz daha çox “Allahu Əkbər” sözlərini eşidirk? Elmi cəhətdən mümkün izahlardan biri belədir: Əgər bir müddət daimi olaraq hər hansı neytral musiqinin sədaları altında sizə xoşladığınız yeməyi təqdim etsələr, bir müddətdən sonra yalnız musiqi səsini eşidən zaman hətta yeməyi görməsəniz belə sizdə həmin şəraitdə adət etdiyiniz proseslər baş qaldıracaq — iştahanız açılacaq, xoş hisslər yaşayacaq, hətta ağız suyu ifraz olunmağa başlayacaq. Əgər həmin musiqinin sədaları altında sizə daim zəhləniz getdiyi yemək təqdim edərlərsə, bu zaman tam əks proseslərin avtomatik olaraq cərəyan etməsi üçün yenə də bir müddətdən sonra musiqinin səsi kifayət edəcək. Bu elmi eksperimentlər vasitəsilə hələ keçən əsrin əvvəllərində təstiq edilib (Ivan Petrovich Pavlov). Oxşar mexanizm din psixologiyasında da işləyir. Dini icmalarda “Allahu Əkbər” sədaları altında adətən dindən xoş məqamlar paylaşmırlar, əksinə gizli məna islamın “düşmələrinin” aqressiv tənqidi və onlara qarşı kəskin mübarizə üzərində cəmləşir. Bir müddətdən sonra artıq insanların düşüncəsində “Allahu Əkbər” frazası metafizik anlamdan çıxıb daha çox aqressiya və mübarizə hissləri ilə assosiasiya olunmağa başlayır. Tamamilə neytral dini şəraitdə kütləvi şəkildə bu sözləri səsləndirən insanlarda artıq hətta real səbəb və düşmən olmasa belə aqressiya və mübarizə hissləri baş qaldırır, belə emosional vəziyyətdə olan kütlə üçün istənilən insanın düşmən obrazını yaratmaq çox asan olur. Sadəcə kimlərinsə ucadan “Allahu Əkbər” qışqırması kütlənin avtomatik olaraq xaotik fəaliyyətə başlaması üçün kifayət edir. Dini icmaların bu və ya digər təsir dairəsində olan təhsil sistemləri də oxşar mexanizmlərlə fəaliyyət göstərir. Çox gözəl təhsil, mükəmməl sistem, amma həssas nöqtələrdə müəyyən istiqamətlərdə insan beyninin “proqramlaşdırılması”.
İnsan “beyninin” proqramlaşdırılması: güclü aqressiya nümayiş etdirən müsəlmanlar niyə adətən “Allahu Əkbər” sözlərini işlədirlər?

July 16, 2020
Genetik genealogiya
Müxtəlif etnik mənsubiyyət, ərazi iddiası və etnik qrupların miqrasiyası kimi tarixi mövzular ətrafında mübahisələr adətən səngimir, əksinə zaman-zaman daha da kəskin hal alır. Bu zaman əsasən qorunub saxlanılan yazılı mənbələrdə aparılan qeydlər, insan/etnik qrup və coğrafi obyektlər (ya tarixən mövcud olmuş dövlət qurumları) arasında müqayisəli təhlillərdən istifadə olunur. Müəyyən əhəmiyyət kəsb etsələr də bu üsullar əsasən spekulyativ xarakter daşıyır və tədqiqatlar əvvəlcədən bu və ya digər siyasi, milli və bu qəbildən olan subyektiv maraqlardan çıxış edirlər. Ətrafında spekulyasiya edilməsi və əvvəlcədən subyektiv maraqlardan çıxış edilməsi imkanları mümkün olmayan (və ya az olan) ən müasir üsullardan biri genetik (DNK) genealogiyadır. Kifayət qədər ciddi və mürəkkəb tədqiqat sahəsidir, xüsusilə biokimya sahəsində dərin biliklər tələb olunur, amma sadə şəkildə izah etməli olsaq, bu bu gün müəyyən coğrafi ərazidə yaşayan və özünü müəyyən etnik qrupa aid edən istənilən insan ilə müxtəlif zaman kəsiklərində həmin ərazidə və ya dünyanın istənilən nöqtəsində yaşamış olan etnik qruplar arasında genetik bağlılığı araşdırır. Əgər hər hansı ərazidə yaşayan etnik qrupun genetik kodu ilə bir neçə əsr/minillik əvvəl həmin ərazidə yaşamış, orada dəfn olunmuş və sümük qalıqları həmin ərazidən tapılmış insanların genetik kodu çox oxşar olarsa, deməli, həmin etnik qrupun həmin əraziyə tarixi iddiası doğrudur. Və ya hər hansı coğrafi ərazidə yaşayan insanların genetik kodu ilə onların özlərini eynilşdirdikləri etnik qrupun genetik kodu çox oxşardırsa, onların özlərini həmin etnik qrupa mənsub etmələri fikri doğrudur. Kifayət qədər bahalı tədqiqat sahəsidir, yalnız bir insanın genetik kodu üzərində aparılan tədqiqat 4,000 dollar qiymətləndirilir. Bu sahəyə ən çox maraq göstərənlər yəhudilərdir. Tarixən çox müxtəlif əraziyə səpələnmiş olan yəhudilərin doğrudanmı hamısının yəhudi olub-olmaması onları maraqlandırır. Məsələn, Musa peyğəmbərin böyük qardaşı və yəhudi tarixində ilk dini xadim/dini lider hesab olunan Aaronun indiki nəsillərinin 30%-nin genetik kodu fərqlidir. Başqa sözlə özünün Aaronun birbaşa nəslindən gəldiyini düşünən yəhudilərin 30%-nin əslində onlarla heç bir bağlılığı yoxdur. Ümumən hər hansı ərazi çox müxtəlif etnik qrupların işğalı altında qalıbsa və ora zaman-zaman çox müxtəlif etnik qruplar köç edib qaynayıb qarışıbsa orada 100%-lik etnik mənsubiyyət axtarmaq olmaz. Əksəriyyətin genetik informasiyası bir neçə etnik informasiyasını özündə saxlamış olacaq və hansı informasiyanın dominant olması baxımından bir-birindən fərqlənəcək. Burada mühüm məqam müxtəlif etnik qruplar arasındakı nigah məsələsidir. Əgər tarixən müxtəlif etnik qrup arasında sıx nigah münasibətləri müşahidə olunubsa, bu gün onlar bir-birlərinə məxsus genetik informasiyanı xeyli dərəcədə özlərində saxlayırlar. Məsələn, yəhudilər ilə ərəblər arasında tarixən nigah münasibətləri demək olar ki, yox səviyyəsində olduğundan yəhudi və ərəb genetik informasiyası bir-birinə qarışmır. Amma hər iki etnik qrup hətta bu gün kəskin siyasi münasibətlər yaşasalar da eyni ümumi genetik informasiyaya (əcdada) malikdirlər. Dini mətnlərə görə hər ikisinin əcdadının İbrahim olması, onun bir oğlu İsmayılın ərəblərə, digər oğlu İshaqın (və ya onun nəvəsi İudanın) yəhudilərə başlanğıc verməsi hardasa təstiqlənir. Ümumən genetik geneologiya çox maraqlı faktları ortaya qoyur, bəzən isə dövlətlərin təbliğ etdikləri rəsmi tarix ilə ziddiyyət təşkil etdiyindən faktlar gizlədilir. Məsələn, qədim yunan sivilizasiyasını yaradan etnik qrupun qədim Misir sivilizasiyasını yaradan insanların genetik varisləri olduğu təstiqlənib. Misir fironu Tutanhomonun qalıqlarının genetik analizi rəsmi açıqlanmır, amma qeyri-rəsmi açıqlamaya görə bu günki avropalılar misir fironlarının genetik varisləridir. Amma fironların da Afrika deyil, Asiya mənşəli olub sonradan oraya köç etdikləri güman edilir. Bu birbaşa olaraq müasir Misirin fəxr və qürur mənbəyi olan qədim Misir ilə tarixi varislik əlaqəsini şübhə altına qoyduğundan bu istiqamətdə genetik analizin nəticələri barədə adətən susmağa üstünlük verirlər. … Genetik genealogiya tarix müxtəlif spekulyasiyalardan uzaqlaşdırıb daha ciddi elm səviyyəsinə yüksəldə biləcək potensiala malikdir.
Genetik Genealogiya: qlobal sivilizasiyanın daha harmonik, mübahisəsiz gələcək yaşam potensialı …

July 15, 2020
Qeyri-səlis məntiq: mütləq “qadın” və mütləq”kişi” düşüncəsi mövcuddurmu?
Qeyri-səlis (çoxqiymətli) məntiqi düşüncədə xalis (mütləq) “qadın” və xalis “kişi” düşüncəsi mövcud deyil: hər bir konkret insanın düşüncəsi zaman-məkan kontiniumunda xalis qadın və xalis kişi düşüncəsi kimi xarakterizə etdiyimiz iki nöqtə arasında dəyişən trayektoriyalar üzrə hərəkət edir. Amma bu kontiniumda daha çox xalis qadın düşüncəsinə yaxın nöqtələrdə qərarlaşan insanın düşüncəsi nisbi olaraq qadın (feminin), əks olan xalis kişi düşüncəsinə yaxın nöqtələrdə daha çox qərarlaşanı nisbi olaraq kişi (maskulin) düşüncəsinin daşıyıcısı kimi qəbul edirik. Nəticə olaraq istənilən insanın düşüncəsini nisbi olaraq qadın düşüncəsi kimi qiymətləndirsək də onun müəyyən nöqtələrdə maskulin düşüncəyə, və əksinə, nisbi olaraq kişi düşüncəsi kimi qiymətləndirsək də müəyyən nöqtələrdə feminin düşüncəyə meyl etdiyini nəzərə almış oluruq. Amma nisbi olaraq qeyri-səlis məntiq müstəvisində kişi və qadın düşüncəsi kimi qəbul etdiymiz fenomenlərin də alt sistem olaraq özlərinin də öz fərqli və xeyli dərəcədə mürəkkəb qiymətləndirmə sistemi mövcuddur. Kişi düşüncəsi daha çox iki qiymətli formal (Aristotel) məntiqi üzrə düşünməyə meyllidir: o, ya sevir, ya da laqeyddir. Bu qiymətləndirmə zaman-məkan kontiniumu üzrə nisbi stabildir, dəyişməzdir. Qadın düşüncəsi isə əksinə alt sistem olaraq öz daxilində də daha çox qeyri-səlis (çox qiymətli) məntiq üzrə düşünməyə meyllidir: onun sevgisi müəyyən nöqtələrdə laqeydliyə meyl edir, əksinə laqeydliyi müəyyən nöqtələrdə sevgiyə meyl edir. (Bunu şərtləndirən bio-psixoloji, nevroloji faktorların içərisinə girməyək.) Kişi və qadın düşüncəsi arasındakı anlaşma zamanı kişi düşüncəsi üçün yaranan əsas çətinlik qeyri-səlis məntiq müstəvisində zaman-məkan kontiniumu üzrə dəyişən trayektoriyalar üzrə sevgi və laqeylik arasında var-gəl edən qadın hisslərini nisbi stabil dəyişilməz ikiqiymətli məntiq müstəvisinə gətirərək onu qiymətləndirməkdir, onun sevgisinin nə dərəcədə laqeydliyə və əksinə laqeydliyinin nə dərəcədə sevgiyə meyl etdiyini müəyyənləşdirməkdir.