Elmar Hussein's Blog, page 9
May 19, 2020
Rəng psixologiyası: sarı, göy, qara, qırmızı …
Sarı: Bu rəng gələcəyə istiqamətlənmiş optimist, xoşbəxt, ümid ilə dolu kreativ düşüncənin rəmzidir. Yeni ideyalara, təşəbbüslərə, özünəinama bir işarədir. Sarı rəngi sevən insanlar xəyalpərvər deyillər, praktikdirlər, əlaqə yaratmağı, analitik düşünməni, qərar qəbul etməyi sevirlər. Amma daxilən narahat, balansdan çıxmağa meylli impulsiv və səbirsiz insanlardır. Emosionallıq onlara yaddır, empatiya qurmaq onlar üçün çətindir, onlar qərarı ürək ilə deyil, soyuq başla verirlər, özlərini həddindən artıq yüksək qiymətləndirirlər, eqoistdirlər, qorxaqdırlar, yalançıdırlar, kinlidirlər.
Göy (mavi): Bu rəngə üstünlük verən insanlar konservativ insanlardır, amma onlara inanmaq və etibar etmək olar. Onların da başqalarının onlara göstərəcəyi etimada böyük ehtiyacları olur. Onlar impulsiv insanlar deyillər, spontan qərarlar verməyi sevmirlər. Seçim etməzdən əvvəl düşünür, hər şeyi öz zamanında etməyə üstünlük verirlər. Bu rəng müdrikliyi və intellekti simvolizə edir. Səmimi olub məsuliyyət hissini yüksək qiymətləndirirlər. Harmoniya və sülh onlar üçün həyatın mənasıdır, həyatda daha çox özlərini axtarıb tapmağa çalışırlar. Öz hisslərinə nəzarət edir və ən zəif nöqtələri məharətlə gizlədirlər. Diqqəti öz üzərlərində cəmləşdirməyi sevmir, kölgədə qalmağa üstünlük verirlər. Başqalarını məmnun etmək üçün özlərini dəyişdirməyi sevmir, özlərinə məxsus qayda və inancları əsasında həyatlarını nizama salırlar. Bu rəng emosional qeyri-sabitliyi və soyuqqanlılğı simvolizə edir, inanmaq və bağışlamaq onlar üçün çox çətindir.
Qara: Bu rəngə üstünlük verənlər üçün prestij və güc çox mühümdür. Bir qədər mühafizəkardırlar, adətlərə üstünlük verirlər, emosional təhlükəsizliklərini təmin etmək üçün insanları müəyyən məsafədə saxlamağı sevirlər. Xüsusən qadınlar eleqantlığı, seksuallığı, incəliyi və özünə inamı ifadə etmək üçün qara rəngi seçirlər. Belə ki, bu rəng bir qədər pessimizmi və depressiyanı simvolizə etsə də özündə əsrarəngiz sirrləri gizlətməklə, dərin hiss və duyğuları biruzə verməməklə qarşı tərəfin diqqətini daha çox çəkmiş olur.
Qırmızı: Bu rəngə üstünlük verən insanlar optimist və cəsarətli olub özlərini cəmiyyətdə təstiq etməyə çalışırlar. Özlərinə həddindən artıq inanırlar, diqqət mərkəzində olmağı və təəssürat oyadıb insanları məftun etməyi sevirlər. Adətən maksimalist olurlar, ya hər şey, ya da heç bir şey; ikinci olmaq onlar üçün qəbuledilməz şərtdir. İnsanları idarə etməyi sevirlər, xəyallar qurur və onların ardınca getməyi sevirlər. Qırmızı rəng həm də seksuallıq və ehtiras simvoludur, belə rəngə üstünlük verən qadınlar dərhal əks cinsin diqqətini cəlb edirlər, özlərinə məftun edirlər. Amma qırmızı rəng həm də gizli qıcıq və qısqanslığı, soyuqqanlılığı və üsyankar təbiəti, qorxu və qəzəbi simvolizə edir, qan və şeytan rəngidir.
May 14, 2020
Platonun “Dövlət” (“Republic”) əsəri: Qərb Siyasi Fəlsəfəsinin və Psixologiyasının formalaşması
Fəlsəfə mühazirələri: №10
Platon antik fəlsəfənin (yunan-roma sivilizasiyasının) qlobal intellektual tarixə bəxş etdiyi ən görkəmli üç fiqurdan (Sokrat və Aristotel ilə birlikdə) biridir. “Dövlət” əsərinin təqribən e.ə. 375-ci ildə yazıldığı güman edilir. Bu qərb siyasi nəzəriyyəsinin və siyasi psixologiyasının formalaşması baxımından yazılmış ilk fundamental əsər (və ya əsərlərdən biri) kimi qiymətləndirilir. Əsərin özü 10 kitabdan ibarətdir, qısa şəkildə desək, 1-5-ci kitablarda sosial sistemdə ədalətin bərqərar olması, ideal sosial sistemin (cəmiyyətin qurulması) və həmin sistemi idarə edən təbəqənin təhsili kimi məsələlər müzakirə edilir; 6-7-ci kitablar ideal sosial sistemi idarə etməli olan filosofların təbiətinin, 8-10-cu kitablar isə praktik hökumət formalarının analiz edilməsinə həsr edilib.
May 13, 2020
Azad İradə və Determinizm
Fəlsəfə mühazirələri: №9
Video-mühazirədə bizim intuitiv olaraq qəbul etdiyimiz azadlıq fenomeninin, “azad insan” inamının elm fəlsəfəsi kontekstində əsaslandırılmasının, elmi düşüncə ilə uzlaşdırılmasının nə dərəcədə mümkün olub olmaması müzakirə edilir. Diqqət mərkəzində olan əsas fəlsəfi problem spekulyativ xarakterli mistik-dini, siyasi və bu qəbildən olan digər fəlsəfi sistemləri, “sadə xalq psixologiyası”nı (folk psychology) bir kənara buraxaraq və elmi-fəlsəfi, rasional-məntiqi yanaşmadan çıxış edərək, özümüzü necə və hansı şərtlər altında “azad insan” adlandıra biləcəyimiz (və ya bilməyəcəyimiz) sualı üzərində qurulub.
May 11, 2020
“Koronavirus Pandemiya və Epidemiyaları: Bioloji və Sosial-Psixoloji Aspektlər” (Virtual Konfrans)
“Koronavirus Pandemiya və Epidemiyaları: Bioloji və Sosial-Psixoloji Aspektlər” adlı virtual beynəlxalq elmi konfrans Bakı Dövlət Universitetinin təşkilatçılığı ilə 5-6 May, 2020-ci il tarixində baş tutmuşdur. Konfransın gedişində məruzəçi olaraq bizə ayrılmış qısa vaxt çərçivəsində ümumi şəkildə əsasən post-koronavirus mərhələsinin mümkün fəlsəfi-ideoloji qiymətləndirilməsini həyata keçirməyə çalışmışıq:
May 9, 2020
You are a thinker. I am a thinker. We think that all human beings are thinkers …
You are a thinker. I am a thinker. We think that all human beings are thinkers. The amazing fact is that we tend to think against artificial intelligence — that various kinds of computers or artificial robots can think, but most of us never cast doubt on human thinking potential in general. If during natural conservation with a person, a computer or artificial robot can generate human-like responses using its own ‘brain’, but not a ready-form programming language, which is antecedently written and which is included in the brain design, and which consequently determine its function and response, then this computer or artificial robot will unquestionably be acknowledged as the thinker as we are. But is it absolutely true that all humans are capable of using their own brains, while interpreting various signals and responding them? Indeed, religion or any other ideology is a mental program, which is written by others and which determines our vision, mind and behavior models, depriving us of a clear and logical thinking. This makes us see the world through the eyes of religion, construct our mind the way it says and control our behavior the way it wants. There can be no freedom, no alternative possibilities. You don’t need to understand its claims, you need only believe them. Whatever is unthinkable and unimaginable for you, is said higher for your understanding, you cannot even criticize what seems to be illogical and absurd for you. The unwritten golden rule of religion and its Holy Scripture is that — no matter what you think, you cannot contradict what is written there. You can reconcile what is illogical and absurd in religion, with logic and common sense, if it is possible, if not, you should confine your thinking to that illogicality and absurdity, which, in turn, will make you an increasingly confused thinker. For example, if it says that you should cut the head or legs of anyone who dares to criticize your religion and your prophet, you should undoubtedly believe that this is a fair and proper punishment for him. You can argue in favor of softening this cruel image of your religion by saying that this ‘fair and proper punishment’ is considered in the religious community, but not in secular society. However, the absurdity of your vision still persists, because as a supporter of your religion, you dream of spreading it around the world, where the cruel and insane demands of your religion will be the norm and standard for all. If it says that you can sexually exploit a slave woman (girl), especially someone who doesn’t hold your religious faith, you should support this sexual violence without any question. In the end, you would like to be called a thinker. In my mind, you are a thinker, but a thinker who has got a psychological disorder. It is logical to ask whether all those ‘thinkers’ represent a potential danger for the humanity. I think, yes. However, we are lucky that not all believers would like to penetrate into the deeper layers of religion.Many of them believe in God, meditate and balance their spiritual state, not knowing what is written in the Holy Scriptures, keeping very vague ideas about their content. Many believers live a secular life, using their own brains for this. A person can love someone if he thinks it is reasonable to love him; if he loves someone because of God or religious beliefs, he can easily kill him once because of God or religious beliefs. I think that serious danger is the last motive that religion causes.
May 8, 2020
Fəlsəfədə Şüurun Mürəkkəb Problemi (The Hard Problem of Consciousness): Neyro-Fəlsəfi yanaşma
Fəlsəfə mühazirələri: №8
Müasir fəlsəfənin ən mürəkkəb problemlərindən biri Şüur fenomeninin mahiyyətinin dərk edilməsini özündə əks etdirir. Məsələni qəlizləşdirən daha bir səbəb şüurun eksperimental elmlər çərçivəsində də izahının hələ ki, çətin olması, bir sıra mühüm sualların cavabsız, açıq qalmasıdır. İzlədiyiniz bu video-mühazirə problemə yalnız bir istiqamətdən — neyro-fəlsəfədən çıxış edərək ümumi yanaşmanı əhatə edir. Məqsəd Şüur probleminə Marksist fəlsəfənin (və bu fəlsəfənin təsiri altında yazılmış olan tədris proqramlarının) çərçivəsində yanaşmanın müasir qərb fəlsəfəsi, eksperimental elmləri ilə müqayisədə nə qədər “bəsit”, qeyri-effektiv, mücərrəd olması barəsində sadəcə müəyyən təsəvvür formalaşdırmaqdır.
May 7, 2020
BDU-da 2 gün davam edən beynəlxalq virtual elmi konfrans işini yekunlaşdırıb
Mayın 6-da Bakı Dövlət Universitetinin (BDU) Biologiya və Sosial elmlər və psixologiya fakültələrinin birgə təşkilatçılığı ilə “Koronavirus pandemiya və epidemiyaları: bioloji və sosial-psixoloji aspektlər” mövzusunda Beynəlxalq virtual elmi konfrans öz işini davam etdirib.
Konfransda Biologiya fakültəsinin Bitki fiziologiyası kafedrasının dosenti Sevda Tahirli “Koronavirusun yayılmasında region amillərinin rolu”, magistrant-tələbələr “Koronaviruslarla mübarizədə dərman preparatlarının əhəmiyyəti və nanomateriallardan hazırlanmış vasitələrin istifadə edilməsinin perspektivləri” və “Sahib hüceyrə genomunun SARS-Cov-2 virusuna qarşı həssaslığa və SARS-Cov-2 virusunun immun sisteminin hüceyrələrinə təsiri” haqqında məruzə ilə çıxış ediblər.
Beynəlxalq konfransda Türkiyə Respublikasının Bozok Universitetinin Tibb fakültəsinin dosenti, toksikoloji analizlər və koronovirusla mübarizə məqsədilə yaradılmış laboratoriyanın müdiri Vüqar Türksoy koronavirus pandemiyasına qarşı müxtəlif ölkələrdə aparılan təxirəsalınmaz müdaxilə tədbirləri haqqında geniş məlumat verib, beynəlxalq standartlara cavab verən laboratoriyanın texniki imkanlarından söz açıb. Konfransda universitetlərarası ikitərəfli əməkdaşlığın və birgə layihələrin həyata keçirilməsinin perspektivləri müzakirə olunub.
Konfransda Pakistan Respublikasının vətəndaşı, BDU-nun Biologiya fakültəsinin doktorantı Məhəmməd Şoaib virusun inkişafı, yayılması, virus əleyhinə profilaktik tədbirlər kimi məsələlərə aydınlıq gətirib.
“Dünyanın ən böyük psixoloji təcrübələrindən biri: Koronavirus pandemiyası”na dair Psixologiya kafedrasının müəllimi Kazımova Kamilə və tələbə Abdullayeva Ləman “Koronavirus pandemiyasının yaratdığı psixoloji problemlər və virusa yoluxmuş psixika haqqında”, Fəlsəfə kafedrasının müəllimi Hüseynov Elmar “Viruslar və fəlsəfə” təqdimat nümayiş etdiriblər.
“Microsoft Teams” platforması üzərindən təşkil olunmuş Beynəlxalq konfrans sualların cavablandırılması ilə öz işini yekunlaşdırıb.


AzərTac. Azərbaycan Dövlət İnformasiya Agentliyi 07.05.2020
Avropa.İnfo. Onlayın Xəbər Portalı 07.05.2020
Məktəb Guşəsi Jurnalı 07.05.2020
“Palitra” Qəzeti 07.05.2020
May 5, 2020
Dekart fəlsəfəsinin (Cogito, ergo sum) Müasir İnterpretasiyası: Virtual Simulyasiya Reallığı
Fəlsəfə mühazirələri: №7
Bir düşüncə və məşğuliyyət sahəsi olaraq Dekart fəlsəfəsinin dilini ənənəvi metafizik yükün ağırlığından xilas edərək “müasirləşdirsək”, müasir eksperimental, empirik elmin dilinə uyğunlaşdırsaq, Dekart fəlsəfəsi ilə virtual simulyasiya gerçəkliyinə dair hipotetik mülahizələr arasında əlaqə yaratmaq mümkündür. Əsas sual belədir: “Reallıq hesab etdiyinizin real olduğunu necə sübut edə bilərsiniz və ya əslində virtual simulyasiya gerçəkliyinin bir hissəsi olmadığınızı necə inkar edə bilərsiniz?”
May 3, 2020
Şərab, Gözəllik və Seksuallıq (Qavrayış Sistemin Subyektivliyi)
İnsan öz mental (psixi) dünyasını idarə edə, ona nəzarət edə bilərmi? İntuitiv olaraq, əksər insanlar bu qəbildən olan sualları pozitiv cavablandırır. Amma belə cavablandırmanın özü maksimal minimal hədlər çərçivəsində bütün insanların beynində bioloji növ Homo Sapiens olaraq çox oxşar neyro-dinamik aktivliyin, bio-kimyəvi proseslərin müşahidə edilməsidir. Əgər səbəblər sistemi eynidirsə, nəticə(lər) də eyni olacaq. Əgər səbəb(lər)də dəyişiklik reallaşarsa, nəticənin də dəyişilməsi ehtimalı mövcuddur və bu ehtimal bütün Homo Sapiens‘də maksimal minimal hədlər çərçivəsində çox oxşardır. Həmçinin bu neyro-dinamik aktivlik, bio-kimyəvi proseslər ətraf aləmin mənzərəsinin formalaşmasında “aktiv” iştirak edir və alınan mənzərəni xeyli dərəcədə “subyektivləşdirir”.
Bu konteksdə psixologiya sahəsində keçirilmiş olan maraqlı eksperimentlərin birində yaşı 21-dən yuxarı olan insanları təsadüfi şəkildə iki qrupa ayırıblar. Birinci qrupdan sadəcə portağal şirəsi, digərindən isə müəyyən miqdarda araq əlavə edilmiş portağal şirəsi içməyi xahiş ediblər. Məqsəd alkoqolun təsiri altında olan insan beynində əks cinsə məxsus olan insanın obrazının dəyişib — dəyişməməsini öyrənməkdir. Etik kodeksi pozmamaq və əvvəlcədən araq içdiyini bilib yalandan informasiya verə bilmə ehtimalının qarşısını almaq üçün hər iki qrupa əvvəlcədən portağal şirəsinə müəyyən miqdarda araq qatıldığı barədə xəbərdarlıq edilib, amma əslində yalnız bir qrup həqiqətən arağın “ləzzətini” dada bilib. Arağın özünəməxsus dadı zəif olduğundan ikinci qrupda heç kim əslində araq içmədiyindən xəbəri olmayıb. Nəticədə məlum olub ki, alkoqolun təsiri altında olan beyində bio-kimyəvi proseslər daha fərqli istiqamətdə cərəyan etdiyindən, neyro-dinamik dəyişiklikdə müvafiq dəyişiklik qeydə alındığından insanın qavrayış sistemi dərhal dəyişməyə başlayıb. Bu eksperimentdə belə qavrayış sistemi qismində əks cinsdən olan insanların qeyd etdiyimiz neyro-dinamik dəyişikliyin nəticəsi olaraq nə dərəcədə gözəl və seksual insan kimi qavranılması diqqət mərkəzində idi. Eksperiment nəticəsində müəyyən edilib ki, əks cinsə mənsub olan insanın alkoqolun təsiri altında olan beyində yaranan obrazı onun normal vəziyyətdə olan beyində yaranan obrazı ilə müqayisədə qat-qat daha gözəl və seksualdır. Belə ki, eyni insanlar sadəcə portağal şirəsi içən əks cinsdən olan insanlar tərəfindən adi və qeyri-seksual kimi qavranılsa da, portağal şirəsi ilə birlikdə həm də alkoqol qəbul edən digər qrupda həmin insanlar əks cinslərinin qavrayış sistemindəki gözəllik və seksuallıq standardları üzrə dəfələrlər yüksək pillələri əldə ediblər. Eyni effekt əks cinslərinin qavranılması baxından eksperimentdə iştirak edən həm qadınlarda, həm də kişilərdə qeydə alınıb.
May 1, 2020
Kartezian Dualizmin Elmi Tənqidi: Konseptual (Fizika) və Empirik (Nevrologiya)
Fəlsəfə mühazirələri: №6
Video-mühazirədə maddi (bio-sistem) ilə qeyri-maddi (mental sistem) arasındakı qarşılıqlı səbəbiyyət/əlaqə modelinə (interactionist model) əsaslanan Kartezian Dualizmin müasir elmi biliklər ilə ziddiyyət nöqtələri ümumi şəkildə müzakirə edilib.