İbrahim dinlərinin şər qüvvəsi: Set-Şetan-Şeytan

İbrahim dinlərinin, xüsusilə yəhudiliyin və islamın qlobal tarixin daha erkən dövrlərində mövcud olmuş Mesopotamiya və Misir sivilizasiyalarının dini-mifoloji dünyagörüş formalarından qaynaqlanması bu dinin əsasında dayanan demək olar ki, bütün anlayışların (hətta Allah Rabb anlayışları belə) “yaranma mənşəyini” analiz edərkən daha aydın şəkildə diqqəti cəlb edir. (Xristianlıq ilə Buddizm arasında müəyyən paralellərin aparılması mümkündür və xristianlığın da buddizm fəlsəfəsinin “təhrif edilmiş” bir variantı olması ehtimalı mövcuddur.)





İndi isə İbrahim dinlərinin mərkəzində duran anlayışlardan biri olan “Şeytan” barəsində. Şeytan anlayışı ənənəvi ərəb dini inanc sisteminə onlarla eyni etnik qrupu (semit) paylaşan yəhudilərin dini inanc sistemindən keçid alıb. Qədim yəhudi dilində bu anlayış “Şatan” kimi oxunur. Xristianlığın təşəkkül tapdığı Roma imperiyasında bu söz “Satana“, daha sonralar ərəblərdə isə “Şeytan” kimi tələffüz edilmişdir.





Yəhudi dini inanc sisteminə isə bu anlayış qədim Misir dini inanc sistemindən daxil olub. Başqa sözlə, Şatan anlayışı qədim Misir allahları arasında şər qüvvəni təmsil edən “Set” allahının yəhudi variantıdır. (Set İbrahim dinlərində təşəkkül tapan Şatan (Şeytan) anlayışının protoobrazıdır.) Sadəcə qədim yəhudi dilinin qanunauyğunluqlarına müvafiq şəkildə “S” hərfinin “Ş” ilə əvəzlənməsi və sözün sonuna “-an” şəkilçisinin artırılması baş verib. Nəticədə “Set” anlayışı “Şetan” (“Şatan”) anlayışına çevrilib.





Eyni əvəzləmə yolu ilə qədim Misir allahları arasında əsas xeyir fövqəlqüvvə hesab olunan günəş allahı “Ra” yəhudi dilində “Ra(h)man” şəklində işlənməyə başlayıb. Qədim Misir politeizmində RaSet (işığı və qaranlığı təmsil edən qüvvərin) qarşıdurması İbrahim dinlərində Rahman (Allah) – Şatan (Şeytan) ziddiyyəti kimi ifadə olunmağa başlayır. (İslamda Rahman Allahın adlarından biridir.)





Bu qanunauyğunluğu İbrahim dinlərinin digər anlayış sistemində də məsələn, Amon-Amen-Amin “üçlüyündə” də izləyə bilərsiniz.





 •  0 comments  •  flag
Share on Twitter
Published on June 10, 2020 09:44
No comments have been added yet.