Fenomenologiya Fəlsəfəsi/Metodu (Elm Fəlsəfəsi Kontekstində)

Fəlsəfə mühazirələri: №5





Fenomenologiya 20-ci əsrin əvvəllərində yəhudi mənşəli alman filosofu Edmund Husserl (1859-1838) tərəfindən yaradılmış fəlsəfi düşüncə istiqaməti idi. Fenomenologiyanı intellektual tarixdə adətən fəlsəfə məktəbindən daha çox yeni bir düşüncə forması (a style of thought) adlandırırlar. Amma buna rəğmən 20-ci əsrin sonlarına kimi əgər psixologiya elmini nəzərə almasaq, əsasən fəlsəfi dairələrdə geniş yayılan bir düşüncə istiqaməti olduğundan əsas etibarilə metafizik yükün, abstrakt fəlsəfi kateqoriyalar sisteminin içərisində sıxışıb qalır. Yalnız 1990-cı illərdə eksperimental elmlərə, xüsusilə nevrologiya elminə geniş şəkildə nüfuz etməyə, neyro-psixologiya, davranış nevrologiyası ilə əlaqələndirilməyə başlanılır. Nəticədə, yeni düşüncə istiqaməti — NeyroFenomenologiya yaranır.

 •  0 comments  •  flag
Share on Twitter
Published on April 29, 2020 07:40
No comments have been added yet.