Söyüdlü arx Quotes
Söyüdlü arx
by
İlyas Əfəndiyev122 ratings, 4.41 average rating, 11 reviews
Söyüdlü arx Quotes
Showing 1-6 of 6
“Hətta, bəzən mənə elə gəlmişdir ki, bu dünyada əsl səadət şimşəktək parlayıb qeyb olan anlardan ibarətdir.”
― Söyüdlü arx
― Söyüdlü arx
“- Hər dərdin bir çarəsi var.
- Yalan sözdür. Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!”
― Söyüdlü arx
- Yalan sözdür. Bu dünyada insanların həyatını zəhərləyib məhv edən, onların səbrindən, iradəsindən asılı olmayan o qədər çarəsiz dərdlər var ki!”
― Söyüdlü arx
“Ax, biz insanlar nə üçün beləyik? Nə üçün bir-birimizin qəlbinə girə bilmirik? Birimiz bu qədər dərd içində ikən, nədən digərimiz elə gülür? Ax, biz nə qədər xudpəsəndik!”
― Söyüdlü arx
― Söyüdlü arx
“Əgər, mənim kimi, dünyada bir başqası varsa, qoy məni o mühakimə etsin.”
― Söyüdlü arx
― Söyüdlü arx
“Lakin "Segah" həyatımızın bizə təsəlli olan əbədi ahəngindən danışırdı. "Segah" keçən dəfəki hekayətinə davam edərək, deyirdi ki, bütün insanlar kimi, sənin də öz səadətini istəməyə haqqın var. Lakin sən gecikmisən. O, artıq başqasınındır. İndi sənin öz səadətini geri qaytarmağın üçün bir başqasının ağır iztirabları, göz yaşları lazımdır.”
― Söyüdlü arx
― Söyüdlü arx
“Birdən bu kiçik hadisə nə üçünsə xəyalımı çəkib insanların hələ Yer üzündə yaşamadığı zamanlara apardı. Bu geniş çöllər, bu nəhayətsiz sükut, bu munis aydınlıq onda da var idi, indi də var. Biz insanlar dünyaya nə üçün gəldik? Təbiətin bu əbədi ahənginə nə əlavə etdik? İndi mənim çəkdiyim bu əziyyət, bu iztirab nə üçündür? Əgər, mən olmasaydım, bu gözəl gecə nə itirərdi?”
― Söyüdlü arx
― Söyüdlü arx
