Od adamların nəğməsi Quotes
Od adamların nəğməsi
by
Fuad Isayev19 ratings, 4.47 average rating, 10 reviews
Od adamların nəğməsi Quotes
Showing 1-20 of 20
“Gecikənlər həmişə mövcud vəziyyətlə razılaşmalıdı.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Xalça sıx vurulmuş ilmələrdən ibarət olur.
Zaman da xalçaya bənzərdir, yalnız bu xalçaya salınmış ilmələr illərdən əmələ gəlib. Onun adi xalçalardan digər bir fərqi də nəhayətsizliyidir; ilmələri harada başlayır, harada bitir, bilən bir kəs tapılmaz.”
― Od adamların nəğməsi
Zaman da xalçaya bənzərdir, yalnız bu xalçaya salınmış ilmələr illərdən əmələ gəlib. Onun adi xalçalardan digər bir fərqi də nəhayətsizliyidir; ilmələri harada başlayır, harada bitir, bilən bir kəs tapılmaz.”
― Od adamların nəğməsi
“Külək hələ də addımlığındadı. Mümkündü ki, o da sığınmağa yer axtarır, yaxud sənin dalınca düşərək nəsə deməyə çalışır. Sən isə onu nə dinləyir, nə görmək istəyirsən, çöldə qoyub qapını bərk bağlayırsan. O da üşüyə-üşüyə elə hey qapını döyür.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Qış çıxan kimi özünü yetirən bahar savaşdan yorulmuş ağaclara parlaq, qara yarpaqlar tikmişdi. Bəziləri elə yanmışdı ki, bahar onlara nəzər yetirəndə köməyə gecikdiyini başa düşüb süstləşmişdi.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Belə bir zülmətdə həm təskinlik, həm iztirab axtarışına çıxmaq olardı.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“İnsanların ömrü bənzərdir – hər biri öz solğunluğunu gizlətməyə çalışır.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“...Bu cür axşamların sayı artanda kədər adiləşir, kədər adiləşəndə isə yetkinlər əmələ gəlir.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Şüşəni salıb soyuğu udmağa başlayırsan. Lap ləzzət eləyir. Fikirlər gözlərinə gəldikcə küləyi də görmək istəyirsən və bir an bir mətləb sənə aydın olur:
Gündəlik duyduğun bu kədər sənin üçün adiləşib.”
― Od adamların nəğməsi
Gündəlik duyduğun bu kədər sənin üçün adiləşib.”
― Od adamların nəğməsi
“...pəncərələri açdı ki, yağışın səsi evi dolaşsın, özünü tək hiss eləməsin.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“İnsanların ömrü soyuq binalarda dəyişməz şəkildə ötür.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Günahlandırmaq və inandırmaq asandır.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Yağış əbədiyyətə qədər yağmaq istəyirdi: Hər kəs canını təhvil verəndən sonrakı vaxtlarda da yağacaqdı. O nə vaxtsa bu taksini və digər bütün boş taksiləri şəhərin bir bucağında dayanan yerdə tutub nəm barmaqları ilə boyasını soyacaq, metal gövdəsini deşib salonunu dağıdacaq.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Hər kəs özüylə məşğul, hamı dinməzliyə vurğun idi.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Elə bil hansısa əlamətdar hadisəni qeyd etmək üçün süfrə salırdılar və guya dünyanın axırı deyildi.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“İllər adamı ya elə hala salır ki, daha heç nəyi duymursan, ya da ki öldürür.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“...arxanca gələn bu külək də bir vaxtlar isti imiş, qaçdıqca soyuyub və indi qızışa bilməyir və onu başa düşən heç kimi tapmadan bu şəhəri dolanır.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Adam çox yaşayanda qorxağa çevrilir, gülməyə də qorxursan ki, əlindən alarlar.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Bu oğlanı müharibə yedirib böyüdərək bir daha boya-başa çatdırıb və təzə bir adam qayırıb. Onun valideynləri müharibədir.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
“Yağış yolu eşib dağıdırdı. Ola bilsin, torpaqda nəyisə axtarır, yaxud kimisə basdırmaq üçün çuxur qazırdı.”
― Od adamların nəğməsi
― Od adamların nəğməsi
