37MM Quotes
37MM
by
Farid Huseynli28 ratings, 4.54 average rating, 12 reviews
37MM Quotes
Showing 1-13 of 13
“dərk etdim ki, əslində dünyaya yeni nəfəs gətirməyi də, insanların şərəfsizliyini də daha sülh dolu vasitələrlə nümayiş etdirmək olar. Kimisə öldürmək, xəbər manşetlərində olmaq lazım deyil. Dünyanı başqa cür də dəyişmək olar. Bunun mənə görə ən təhlükəsiz yolu ideyaları lentə almaqdır, boss. Nə kimisə öldürmək, nə də kimisə hansısa ideyaya görə öldürtmək. Sadəcə lentə almaq. Fikrini sonsuzluğa qədər lentə həkk etmək.”
― 37MM
― 37MM
“Amma hər şeyin səbəbini bilmək də bir şey deyil. Hər şeyin səbəbini bilsək, yəqin ki, səbəb anlayışı da artıq məna kəsb etməzdi. Axı hər bir təsir, elə səbəbdən yaranır.”
― 37MM
― 37MM
“Bəzən olur, söhbəti, mövzunu tam anlayırıq, ancaq qulağın ötürdüklərini beyin qəbul etmək istəmir. Biz bu an ancaq inkarı istəyir, anlamamağı arzulayırıq. İstəyirik ki, eşitdiyimizin bütün gücümüzlə beynimizə daxil olmasının qarşısını alaq. İstəyirik ki, həqiqətdən qaçaq. Həqiqətin bizi harada olsaq, harada gizləsənsək, yenə də tapacağını bilə-bilə.”
― 37MM
― 37MM
“– Uşaqlar, başa düşmürsünüz, o, mənim xoşbəxtlik quyum idi. Mənim üçün xoşbəxtlik yolumun dibində o var idi.
...
– Bilirsən, niyə onunla dibə vurdun ? – Nil Corca bir şillə ilişdirdi, – çünki xoşbəxtliyi dibdə axtarırsan. Üfüqi yox, şaquli istiqamətdə. Özü də ki üzü aşağı. Sən quyunun dibində son görürsənsə, onda deməli, üfüqə baxmaq istəmirsən. Problemlər də buradan başlayır, əziz dostum.”
― 37MM
...
– Bilirsən, niyə onunla dibə vurdun ? – Nil Corca bir şillə ilişdirdi, – çünki xoşbəxtliyi dibdə axtarırsan. Üfüqi yox, şaquli istiqamətdə. Özü də ki üzü aşağı. Sən quyunun dibində son görürsənsə, onda deməli, üfüqə baxmaq istəmirsən. Problemlər də buradan başlayır, əziz dostum.”
― 37MM
“Hazırda qəhvə və o, eyni statusu daşıyırdılar. Yarımçıq. Hansı tərəfdən baxırsan bax, - yarı dolu və yaxud yarı boş - yenə də yarımçıq.”
― 37MM
― 37MM
“Hər bir insanın gözünün çəkdiyi filmlər əslində ən möhtəşəm ilkin material işləridir. Onları montaj edən isə həmin gözlərin gördüyünü insan beyninə yazmış xatirələrdir. Səslər o xatirələrin sauntrekidir. Filmin keyfiyyətini illər uzunu saxlayansa, bizim yaddaşımızdır. Buna görə də insan həyatı heç bir rejissorun təsvir edə bilməyəcəyi qrandioz nailiyyətdir. Təkrarolunmaz nailiyyət. Hər bir rejissorun, hər bir incəsənət xadiminin bir şedevri, bir Maqnum Opusu olur. Hər birimizin də bir Maqnum Opusu var. Həyat!”
― 37MM
― 37MM
“Həyatda heç bir şey 100 faizlik olmur. Təbiətdə ən təmiz maye spirtdir, o da 96 faizdən o tərəfə keçmir.”
― 37MM
― 37MM
“– nə gördüyümü soruşmayacaqsan ?
– Yox. İllərdir, orada nə olduğunu təxmin etməyə çalışıram, indi başqa şey çıxsa, çox məyus olaram.”
― 37MM
– Yox. İllərdir, orada nə olduğunu təxmin etməyə çalışıram, indi başqa şey çıxsa, çox məyus olaram.”
― 37MM
“O ki məşhur olmağın xəyallarını çoxdan qururdu. Kim məşhur olmaq istəməz ki ? Əslində, hər birimiz bircə dəfə də olsa, əsas xəbər başlığı olmağı arzulayırıq. Diqqət. Sosial statusundan asılı olmayaraq, hər kəs aktuallaşmağı sevir. Kristina da Maslov iyerarxiyasının tam dəstəkçisiydi.”
― 37MM
― 37MM
“Demək olar ki, ancaq Kristina danışdı.
Danışdılar, güldülər, Kristina ağladı, göz yaşlarını silən olmadı.”
― 37MM
Danışdılar, güldülər, Kristina ağladı, göz yaşlarını silən olmadı.”
― 37MM
“Qəhvə zibil dadırdı. Bu içkinin fəlsəfəsini hələ də anlaya bilməmişdi. Bəlkə də, bu içkinin, ümumiyyətlə, fəlsəfəsi yox idi, ancaq yaxın dostu həmişə deyərdi: Qəhvə içki sayılacaq qədər aciz deyil, qəhvə ətirdir, qəhvə məşuqədir. Kimləsə qarşılıqlı qəhvə içəndə sən içkinə “xəyanət” edirsən, çünki ən azı bir nəfər sənlə qəhvənin arasına girir, sizin ikili münasibətinizi üçbucağa çevirir. Ölümcül üçbucağa. Ona görə də, əgər rastınıza qəhvə həvəskarı olub Starbucks görəndə məşuqəsini xatırlayan adamlar çıxsa, onlardan uzaq qaçın. Axı onlar məşuqələrinə də xəyanət edirlər.”
― 37MM
― 37MM