İnsan “beyninin” proqramlaşdırılması: güclü aqressiya nümayiş etdirən müsəlmanlar niyə adətən “Allahu Əkbər” sözlərini işlədirlər?
“Allahu Əkbər” sədaları altında adətən insanların güclü aqressiya nümayiş etdirdiklərinin şahidi oluruq. Çox sakit və gülərüz tərzdə bu kəlməni insanlardan eşitmək çətindir. Özü-özlüyündə bu kəlmədə insanları aqressiyaya təhrik edəcək heç bir şey gizlənmir. Tərcümədə (metafizik anlamda) Allah böyükdür, yəni ən ədalətli, hər şeyi bilən və hər şeyə qadir olan yalnız Allahdır. Bəs nə üçün insanlar aqressiya nümayiş etdirən zaman biz daha çox “Allahu Əkbər” sözlərini eşidirk? Elmi cəhətdən mümkün izahlardan biri belədir: Əgər bir müddət daimi olaraq hər hansı neytral musiqinin sədaları altında sizə xoşladığınız yeməyi təqdim etsələr, bir müddətdən sonra yalnız musiqi səsini eşidən zaman hətta yeməyi görməsəniz belə sizdə həmin şəraitdə adət etdiyiniz proseslər baş qaldıracaq — iştahanız açılacaq, xoş hisslər yaşayacaq, hətta ağız suyu ifraz olunmağa başlayacaq. Əgər həmin musiqinin sədaları altında sizə daim zəhləniz getdiyi yemək təqdim edərlərsə, bu zaman tam əks proseslərin avtomatik olaraq cərəyan etməsi üçün yenə də bir müddətdən sonra musiqinin səsi kifayət edəcək. Bu elmi eksperimentlər vasitəsilə hələ keçən əsrin əvvəllərində təstiq edilib (Ivan Petrovich Pavlov). Oxşar mexanizm din psixologiyasında da işləyir. Dini icmalarda “Allahu Əkbər” sədaları altında adətən dindən xoş məqamlar paylaşmırlar, əksinə gizli məna islamın “düşmələrinin” aqressiv tənqidi və onlara qarşı kəskin mübarizə üzərində cəmləşir. Bir müddətdən sonra artıq insanların düşüncəsində “Allahu Əkbər” frazası metafizik anlamdan çıxıb daha çox aqressiya və mübarizə hissləri ilə assosiasiya olunmağa başlayır. Tamamilə neytral dini şəraitdə kütləvi şəkildə bu sözləri səsləndirən insanlarda artıq hətta real səbəb və düşmən olmasa belə aqressiya və mübarizə hissləri baş qaldırır, belə emosional vəziyyətdə olan kütlə üçün istənilən insanın düşmən obrazını yaratmaq çox asan olur. Sadəcə kimlərinsə ucadan “Allahu Əkbər” qışqırması kütlənin avtomatik olaraq xaotik fəaliyyətə başlaması üçün kifayət edir. Dini icmaların bu və ya digər təsir dairəsində olan təhsil sistemləri də oxşar mexanizmlərlə fəaliyyət göstərir. Çox gözəl təhsil, mükəmməl sistem, amma həssas nöqtələrdə müəyyən istiqamətlərdə insan beyninin “proqramlaşdırılması”.


