Söz və Azad İradə İlluziyası (Eksperimental Təcrübə)

Sözlər adətən bizə sadəcə hərflərin bir yerə toplandığı mexaniki toplum təsiri bağışlayır, amma daşıdığı məna ilə bizim şüurumuzu təsir altında saxladığından xəbərsiz qalırıq. 2008-ci ildə keçirilmiş maraqlı bir tədqiqatın nəticələri ilə sizi tanış edirəm. Deməli, tədqiqatda iştirak edənlərdən komputerin ekranında çox sürətlə hərəkət edən kvadrat formasında olan fiquru idarə etmək xahiş edilir. Əslində kvadratın hərəkət trayektoriyası avtomatik olaraq komputer tərəfindən tənzimlənir və iştirakçılardan heç kimin ona praktik olaraq təsir imkanı yoxdur. Amma iştirakçıların bundan xəbəri yoxdur və onlar təlimata uyğun olaraq bu fiqurun hərəkətini nəzarət altına almağa çalışırlar. Qısa müddət sonra fiqurun ekranda hərəkəti dayanır və fiqur avtomatik olaraq hər hansı söz ilə əvəzlənir. Tədqiqatın maraqlı cəhəti ondadır ki, bu söz “mən” və ya “özüm” olarsa, iştirakçıların əksəriyyəti fiqurun hərəkətini tam tənzimləyə bildiyinə və məhz onların sayəsində fiqurun ekranda dayandığına inanır, amma bu söz “Allah”və ya “komputer” olarsa, onların əksəriyyəti hər şeyin onların iradəsi xaricində olduğuna inanır. Əslində hər şey avtomatik eyni mexanizm ilə kənardan idarə olunur, sadəcə müxtəlif sözlərin daşıdığı müxtəlif “enerjinin” insan şüuruna təsiri sayəsində insanın özünün də xəbəri olmadan inam və düşüncələri dəyişir və yenidən formalaşır. Bu kontekstdə qeyd etmək mümkündür ki, gerçəklikdə əslində azad iradə və seçim azadlığı mövcud deyil, sadəcə müxtəlif sözlərin təsir dinamikası və “enerjisi” ilə bəzən bu qəbildən olan illuziya insanın mental proqram sistemində təzahür edir, insanın gerçəkdən öz azad iradəsi və azad seçimi əsasında müəyyən aktı icra etdiyinə inanır, bəzən isə yenə də müxtəlif sözlərin təsir dinamikası və “enerjisi” ilə (amma bu dəfə başqa kontekstdə işlənən başqa sözlərin) insan mental proqram sistemində ümumiyyətlə bu qəbildən olan illuziyalar təzahür etmir.









 •  0 comments  •  flag
Share on Twitter
Published on April 23, 2020 09:22
No comments have been added yet.