Eden Stanislav Lemin 1959- cu ildə yazdığı və sosial cəhəti ilə önə çıxan elmi- fantastik romandır. Kitab qalaktikamızda fərqli bir günəş sistemindəki planetə (Eden), qəzalı vəziyyətdə enmiş bir gəmidən və onun heyətinin həm gəminin təmiri ilə məşğul olması, həm də onların bu yad dünyanı
kəşf etmə cəhdlərindən bəhs edir. Bir zamanlar planet atmosfer sərhəddində araşdırılmış olsa da, lakin ilk dəfə məlum gəmimizin qəzası ilə bu dünyaya insan ayağı dəyir. Eden, Yerdən radius olaraq kiçik, atmosferi tənəffüs etməyə əlverişli və bəşəriyyətə tamamilə yad bir planetdir. Gəmi 6 fərqli ixtisaslı (gəmi kapitanı, mühəndis, fizik, kimya mütəxəssisi, həkim, kibernetik) heyətdən ibarətdir. Yalnız mühəndisin adını (Henry) kitabın bəzi yerlərində görürük, digərlərini sadəcə ixtisasları ilə tanıyırıq. Hər biri öz işini görən, hadisələrə öz sahəsi üzrə qazandığı bilik və təcrübə aspektindən yanaşan insandır.
Lem macəralarla dolu, sistemdən- sistemə uzun səyahətlər edən və qarşılaşdıqları çətinlikləri "hollivudvari" qəhrəmanlıqlarla aşan bir ekipajın irihəcmli hekayəsindən bəhs etmir bu kitabda. Əksinə həcmcə kiçik olmaqla yazar ortaya qoyduğu məsələlər barədə uzun müddət oxucunu düşündürən, hətta bəzi yerlərdə oxucunun doqmatik düşüncələrini yıxacaq dialoqlarla qarşımıza çıxır.
Kitab boyunca yad dünya olan Edeni, yazar hər bir xırdalığına qədər təsvir etməyə çalışır; bu təsvirlərin ötəri oxunulub keçiləcək olmadığını, yeri gəldiyində daha yaxşı qavramaq üçün 2- 3 dəfə oxunulmalı olduğunu düşünürəm. Eden yaşadığımız dünyadan təkcə astronomik vəziyyət olaraq deyil, həmçinin, canlı həyat, coğrafi quruluş, oradakı şüurlu həyatın öyrəşdiklərimizdən tamamilə fərqli bir dünyadır və yazar bunu böyük səylə təsvir edir. Ekipaj üzvlərinin bu naməlum dünyanı araşdırarkən və hər dəfə gördükləri yeni bir ağlasığmazlıqla qarşılaşarkən yaşadıqları hisləri eynilə oxucuya çatdırır.
Yazarın ortaya qoyduğu məsələlərdən birisi ünsiyyətdir. Tamamilə naməlum bir sivilizasiya ilə qarşılaşdıqda, onlarla hansı yolla sağlam ünsiyyət qurulacağı, min illər ərzində hər iki tərəfin toplanmış bilik və qazandıqları təfəkkür baxımından bir- birini anlamaqda çəkəcəyi çətinliklər romanda müxtəlif yerlərdə vurğulanır. Həmçinin sivilizasiya olaraq qazandığımız əxlaqi davranış tərzimiz, hadisələrə olan fəlsəfi və psixoloji yanaşma formamız və "bizim həqiqətlərimiz" qarşılaşdığımız sivilizasiya üçün də eyni dərəcədə əhəmiyyətlidirmi? Və biz bu kodekslərə uyğun olaraq onlara qarşı fəaliyyətə keçsək, bu doğrudurmu? Əgər atəşin şəkildə düşüncəniz "bəli" dirsə, bizə yad olan mədəniyyətin eyni dərəcədə tamamilə yad öz davranış kodekslərinə görə hərəkət etməsinin nəticələrinə də özünüzü hazırlamalısınız. Bu da Lemin toxunduğu digər məsələlərdən birisidir və romanda əvvəlcə həkimin düşüncələri, daha sonra bəzi yerlərdə digər heyət üzvlərinin də toxunduğu və onları narahat edən məsələdir.
Həkimin bir müzakirədə dilə gətirdiyi kimi:
"İnsan olarak, tabii ki insanca bağlantılar kurup, yine öyle yorumlar yapıyoruz. Dünya' dan getirdiğimiz insan kurallarını uygulayıp, gerçekleri de insani kalıplara sokuyoruz..."
Yaxud da ikinci məsələylə bağlı kapitanın söylədikləri:
"Pekala. Farzet ki yüksek uygarlık düzeyindeki bir nesil, yüzlerce yıl önceki dinsel savaşlar sırasında Dünya' ya iniyor ve kavgaya karışıp güçsüzün yanında yer almaya karar veriyor. Gücünü kullanarak, doktrinlere karşı gelenlerin yakılmasını, farklı görüşte olanlara eziyet edilmesini yasaklıyor, vesaire. Bana dürüstçe, insancı rasyonalizmi bütün gezegende kabul ettirmenin mümkün olabileceğini söyleyebilir misin? Hatırla: İnsanlığın hemen hemen hepsi inananlardan oluşuyordu. Yabancılar, en son insana kadar hepimizi ezmek zorunda kalacaklardı; böylece geriye onların idealizminden faydalanacak kimse kalmayacaktı!"
Eləcə də romanda növümüzü təmsil edən insanların yad sivilizasiyanın elm nümayəndəsi ilə apardığı hökumət və idaredici sinif barədəki sarsıcıdı dialoqları da olduqca maraqlıdır (spoiler vermədən izah edə bilməyəcəyim üçün bundan bəhs etmirəm).