What do you think?

Notes from Underground
In 1864, just prior to the years in which he wrote his greatest novels — Crime and Punishment, The Idiot, The Possessed and The Brothers Karamazov — Fyodor Dostoyevsky (1821–1881) penned the darkly fascinating Notes from the Underground. Its nameless hero is a profoundly alienated individual in whose brooding self-analysis there is a search for the true and the good in a world of relative values and few absolutes. Moreover, the novel introduces themes — moral, religious, political and social — that dominated Dostoyevsky's later works. Notes from the Underground, then, aside from its own compelling qualities, offers readers an ideal introduction to the creative imagination, profundity and uncanny psychological penetration of one of the most influential novelists of the nineteenth century. Constance Garnett's authoritative translation is reprinted here, with a new introduction.
136 pages, Paperback
First published January 1, 1864
About the author
Fyodor Dostoevsky
3,522 books79.7k followers
Фёдор Михайлович Достоевский
(Russian)
Works, such as the novels Crime and Punishment (1866), The Idiot (1869), and The Brothers Karamazov (1880), of Russian writer Feodor Mikhailovich Dostoyevsky or Dostoevski combine religious mysticism with profound psychological insight.
Very influential writings of Mikhail Mikhailovich Bakhtin included Problems of Dostoyevsky's Works (1929),
Fyodor Mikhailovich Dostoevsky composed short stories, essays, and journals. His literature explores humans in the troubled political, social, and spiritual atmospheres of 19th-century and engages with a variety of philosophies and themes. People most acclaimed his Demons(1872) .
Many literary critics rate him among the greatest authors of world literature and consider multiple books written by him to be highly influential masterpieces. They consider his Notes from Underground of the first existentialist literature. He is also well regarded as a philosopher and theologian.
See also:
Russian → Фёдор Михайлович Достоевский
French → Fédor Dostoïevski
French → Fiodor Dostoïevski
Spanish → Fiódor Dostoyevski
Portuguese → Fiódor Dostoiévski

Ratings & Reviews
Friends & Following
Create a free account to discover what your friends think of this book!
Community Reviews
Displaying 1 - 15 of 15 reviews
July 22, 2021
NOTES FROM UNDERGROUND
Fyodor Dostoyevsky
Adsız qəhrəman 1860-cı illər Peterburqunda yaşayan, 40 yaşında, kiçik bir miras qaldığı üçün məmurluqdan ayrılmış, tənha bir kişidir. Dostoyevskinin bir çox əsərində 40 yaşı seçməsi təsadüfi xarakter daşımır. Onun fikrincə bu yaş mərhələsi kamilləşmə və insanın özünü daha çox tanıdığı, özü ilə üzləşdiyi zamandır. Roman obrazın xatirələri əsasında qələmə aldığı qırıq-qırıq, məntiqi ardıcıllığı olmayan, reallıqdan çox onun öz fikirlərini əks etdirən, və tez-tez təkrara əsaslanan qeydlərdən ibarətdir. Əsər boyu baş obrazın müasir cəmiyyətdən uzaqlaşmasının, və maarifli, savadlı hər bir kəsin bu bəlaya düçar olacağı düşüncəsi ilə rastlaşırıq.
Əsər iki hissədən ibarətdir. `Underground` yəni `yeraltı` adlanan birinci hissə qısa və baş obraz haqqında məlumat xarakterini daşıyır. İkinci hissə isə 1840-ci illərdə, yəni obrazın 24 yaşına təsadüf etditi günlərdə qarşılaşdığı xüsusi hadisələrdən bəhs edir. Bu hissədə obrazın romantizm cərəyanından, gözəllik vurğunu olduğu illərdən necə dəyişilərək yetkinləşdiyinin, cəmiyyətin müxtəlif simaları olan, əsgərlər, köhnə sinif yoldaşları, fahişələrlə olan münasibətinin, alınmayan dostluğunun, onlara qarşı duyduğu nifrət, tiksinmə və hissləri ilə tanış oluruq.
“Yeraltındakı adam”ın ən sevdiyi filosof məhz #immanuelkant -dır. Tez-tez onun fəlsəfəsindən çıxış edir. 18-ci əsrin 60-cı illərində məşhurlaşan Kant, insanın təbiətən rasional varlıq olduğuna inanırdı. Fransa burjua inqilabı vətəndaş anlayışı, konstitusiya, respublika və insan hüquqları anlayışının formalaşması ilə nəticələndi.
Yeraltından qeydlər Dostoyevskinin ikinci romanıdır, cəmiyyətə olan nifrətinin təcəssümüdür və fəlsəfi monoloq- roman xarakteri daşıyır. Baş obrazı anti-qəhrəman olan bu roman Dostoyevskinin ən çox yarımçıq qoyulan əsəridir.
Amma Dostoyevski, insanın rasional olduğuna və özü üçün nəyin yaxşı olacağına bilmədiyinə inanırdı. Onun fikrincə, rasional eqoizm alturizmin və sosial rifahın məhv olmasına, yalnız xaosa gətirib çıxara bilər. Çünki, insanlar məntiqli olmaqdan daha çox ağlı qarışmış haldadır.
Maraqlısı odur ki, şəxsiyyətindəki ikiləşmə elə sağlam şəxsiyyətin olmaması, fundamental dəyərlərin yoxluğundan irəli gəlir. Odur ki, protoqonist özü-özlüyündə bu qədər dillema ilə üzləşir. Rahatlıqla onu #overthinker adlandırmaq olar və hər şeyi sorğulayır.
Dostoyevski nə istədiyimizi bilmədiyimiz, daim onu dəyişdiyimiz və yalnız arzularımızı həyata keçirmək üçün yaşadığımız halda insanın rasionallığını sorğulayır.
Quotes:
• “The pleasure of despair. But then, it is in despair that we find the most acute pleasure, especially when we are aware of the hopelessness of the situation...
...everything is a mess in which it is impossible to tell what's what, but that despite this impossibility and deception it still hurts you, and the less you can understand, the more it hurts.”
• “you do not need free will to determine that twice two is four. That’s not what I call free will.”

August 30, 2016
Mən xəstə bir adamam... Göstərişsiz, daxili əzabla dolu olan biriyəm. Deyəsən, qaraciyərimdən xəstəyəm. Düzünü bilmək istəsəniz, nə xəstəliyimdən anladığım var, nə də haramın ağrıdığından.
February 1, 2022
Bu günə qədər oxuduğum heç bir kitabda özümü bu cürə tapmamışdım. İlk dəfədi oxuyurdum, buna baxmayaraq qəribə bir yaxınlıq sezirdim. Sanki öz həyatıma, düşüncələrimə kimsə güzgü tutmuşdu. İnsan psixologiyasına bu qədər bələd olmaq doğurdan böyük şansdır. Dəfələrlə oxuyacağım bir əsər olduğuna indidən əminəm. Görüm nə zaman bu günkü kimi özümü tək, çəlimsiz hiss edirəm, yəqin ki o zaman üz tutacağım kitab olacaq.
September 9, 2019
Bir nəfəsə oxuyub qurtadım, çünki sanki öz gündəliyimi oxuyurdum. Amma xoşbəxtlikdən mənim gündəliyim yoxdur və gündəlik tutmaq üçün kifayət qədər qocayam. Şanslısan Dostoyevski, gündəliyim olsaydı səni rahatlıqla plagiatda ittiham edərdim. "Cənablar zarafat edirəm və yaxşı zarafat eləməyi bacarmadığımı da bilirəm." Hansı cənablar deyə öz özümə sual verirəm hal-hazırda. Məndən başqa bunu heç kim oxumayacaq axı. Heç mən də oxumayacam, çünki nə qədər uzuçuluq və boşboğazlıq edəcəyim mənə əvvəlcədən məlumdur. "Ağıllı adamların bacardığı da məhz boşboğazlıqdır." Yox yox bunu mən demirəm. Ümumiyyətlə dırnaq içində olanlar yoldaş Dostoyevskinin sözləridir. Bunu əslində axırda qeyd edəcəkdim amma istəmirəm məni özündənrazı kimi qiymətləndirəsiz. Ya da ümumiyyətlə vecimə deyil, özünüz bilin.
Əsərdə bir fikir təkrar-təkrar vurğulanır və hər şey bu fikrin ətrafında fırlanır. "Hər şeyi başa düşmək xəstəlikdir". " Şüur xəstəlikdir". Bu fikirlə o qədər çox razıyam ki. Və mənə elə gəlir ki, bu fikri həddindən artıq çox eşitmişəm, açığı xatırlamıram haralarda amma çox eşitdiyimə əminəm. Demək çox insan bununla razıdır ki, sorağı gəlib mənə çatıb. Bu nəzərdən özümü tək hiss etmədiyimə sevindim. Yaxşı bu ağ yalan idi.Dürüst olmaq lazımdır. Bu sadəcə olaraq məni sevindirmir. Dediyim kimi kitabın iki hissəsinində əsas mövzusu budu. Əminəm ki, Dostoyevskiyə bu xəstəlikdən azad olma şansı verilsə o bunu sadəcə olaraq rədd edərdi.Nəysə gəlin "bütün ali və gözəl dəyərlərin şərəfinə" bir stəkan su içib davam edək. 26 cı səhifəyə diqqət yetirin və ordakı 19 cu əsr sözünü qaralayıb 21 ci əsr edin. Əmin olun heç nə dəyişməyəcək, sadəcə kitab daha modern olacaq. Bizim dövrdə də Bokllar var eləcədə Napoleonlar və ondanda betərləri kifayət qədər çoxdu. " Sivilizasiya ancaq insanın hissiyatını şaxələndirir- başqa heç nə. İnsansa bu çoxşaxəlikdən ağlını itirib, hətta qan tökməkdən də həzz ala bilər." Mən əvvəllər, çox-çox əvvəllər elə fikirləşirdim ki, keçmişdə insanlar heç nəyə baxmayaraq daha xoşbəxt olublar ya da daha səmimi daha xeyirxah və başqa pozitiv sifətlər. Lakin oxuduğum əsərlər xüsusən də Qoqolun "Ölü canlar"-ı mənə bunun tam əksini göstərdi. Tam əksi demək əslində yanlış oldu. Siz yaxşısı budur məsələyə 90° altında baxın. İllər ərzində insanların yalnız əşyaları dəyişir və insanların həmin əşyalardan istifadə etmək üçün müəyyən biliklərə yiyələndikləri və əşyaların miqdarının artdığını nəzərə alaraq buna uyğun biliklərin də dəyişib artdığı aydın məsələdir. İnsanda yalnız bunlar dəyişib və bunlar nə xarakterdi nə də ki, insan ruhuna aid parça. Bunlar sadəcə heç nədi. Bir sözlə 300 əvvəl nəidiksə indidə oyuq. Sivilizasiyasının isə canı cəhənnəmə. Bilirəm mənə indi gülürsüz, yaxşıda eliyirsiz. Mən də gülürəm.
Mənim üçün bütünlükdə kitabın ən dəyərli hissəsi 30- cu səhifədəki birinci abzasdan 35 ci səhifəyə kimidir. Hə birdə qəhrəmanın tost dediyi hissə. Bu hissə məni o qədər güldürmüşdü ki, masadakıların sifət ifadəsini şəxsən görmək istəyərdim. Və sonluğu unutmaq olmaz. O sonluq məni o qədər çox rahatladıb ki, bunu ifadə edə bilmirəm. Yox gözləyin edə bilərəm. Sanki Dostoyevski əlində bir qədəh şərab ilə mənə yaxınlaşıb boş əlini çiynimə qoyub deyir: Well done və sonra şərabından bir qurtum alıb yıxılıb ölür.
Ümumiyyətlə dediyim səhifələrə qısa şəkildə komment bildirmək istəyirəm. Deyəcəksizki guya bayaqdan neynirdinki. Mən də deyəcəm boşbağazlıq.
"İstək həyatın özüdür." İnsan istəksiz yaşaya bilməz. O mütləq nəyisə arzulamalıdır və qarşısına bir məqsəd qoymalıdır. İndi bəlkə də bir çoxunuz etiraz edir ki, mənim məqsədim yoxdur. Onda mən sizin sözünüzü kəsərək deyəcəm ki, sizin məqsədəniz məqsədsiz yaşamaqdır. Siz həyata inanırsız, planlara isə nifrət edirsiz. Çox güman ki, siz ya tənbəlsiz ya da qorxaq. Beləcə məsələ bağlanacaq.
Bizim ağlımız niyə var. Bizi müəyyən mənada özümüzdən və öz istəklərimizdən qorumaq üçün. Misal: siz şokolad yemək istəyirsiz, beyniniz sizi xəbərdar edir ki, bu sizə ziyandı. Beyin sadəcə bu quru məlumatı bilir və tutuquşu kimi onu təkrar edir. Beyin şokaladın dadını bilmir, o necə də bədbəxtdir. Şokaladı yeyəndə ilk növbədə dilimiz bunu hiss edir, göz bəbəklərimiz böyüyür, bəzən dodadığımızın qıraqlarında xoşbəxtliyin nişanəsi olan qırışlar peyda olur, bəzənsə gözlərimizdən yaş axmağa başlayır. Bədənimiz şokaladın gücünü hiss edir və Beynimizə müəyyən bir siqnal göndərir, beyinsə bu məlumatı hiss etmədən özünə təlqin edir. Bilirsiz bu nəyə bənzəyir. Bəzən Yutubda bir sevgi mahnısına qulaq asıb sahib olmadığımız sevginin dərdini çəkməyə. Tibbi cəhətdən üstdə yazdıqlarımın heç bir mənası olmaya bilər, hər şeydə də məntiq axtarmağa nə ehtiyac var axı. Bəs biz zərərli şeyləri niyə istəyirik? Bunun bir cavabı var. Biz insanıq və " ən vacibi, ən dəyərli nəsnəmiz olan mənliyimizi, şəxsiyyətimizi saxlamaqdır". Hansı ki bu istəklər bizim mənliyimizdən irəli gəlir. Ona xəyanət etmək bir çox hallarda ikiüzlülükdür.
Hazır olun, indi Dostoyevskiyə görə insanın iki vacib özəlliyini yazacam. Namuslu ailə həyatı və Nəsimi bazarı. Dedim axı zarafat edə bilmirəm. Bunlar, baxmısızsa Manpası temalırıdı. "İnsanın ən vacib özəlliyi - iki ayaq üstə dayanmağı və naşükürlüyüdür". Necə də düz buyurub. Halbuki şükr etməyi azda olsa bacarsaydıq indi paxıllıq deyə bir söz həyatımızda olmazdı. Deyilənə görə ikinci dünya müharibəsinin bir səbəbi də almanların inglis həyat tərzinə qarşı qısqanclığından qaynaqlanıb.
Gəldik kitabın ən ən sevdiyim hissələrindən birinə, çünki bu aralar mən də bunu çox fikirləşirəm.
"İnsan kəmağıldır, o şahmat oyunçusu kimi qalibiyyəti yox, oyunun özünü sevir. Kim bilir, Bəlkə də bəşəriyyətin məqsədi məqsədin özü deyil, məqsədə doğru can atmaq, irəliləməkdir, məqsəs iki vur ikidir, iki vur iki isə həyat deyil, cənablar, ölümün başlanğıcıdır".
" Tutaq ki, insan bütün ömrü boyu bu iki vur ikini axtarır, ömrünü buna həsr edir, okeanları keçir, amma tapmağa qorxur. Çünki tapsa axtarmalı bir şey olmayacağını bilir. İşçilər işləyib pullarını alacaqlar, sonra da meyxanaya gedəcəklər, bəs, insan hara gedəcək? Ona görə insan həqiqi məqsədinə çatmaq istəmir, bir sözlə insan gülünc varlıqdır"
" Bəlkə, insan tək yaxşılığı sevmir. Bəlkə o, eyni dərəcədə əzabı da sevir. Bəlkə, əzab da yaxşı əməllər qədər vacibdir. "
Bunlarla fikirlərlə o qədər razıyam ki, hər gün qışqıra-qışqıra bunları təkrar edə bilərəm. Bu fikirlər də əslində çox eşitdiklərim silsiləsindədir. Amma nəysə.
Məncə biz gərək xoşbəxt olmağı ya da bədbəxt olmağı ya da bunların bənzərlərini bir kənara qoyub, özümüzə fokslanaq. Unutmaq olmaz ki, bütün hislər sadəcə olaraq keçicidir. Heç kim bütün ömrü boyu xoşbəxt olaraq qala bilməz ya da kədərli. Bu hislər yalnız müəyyən anlarda bizi əhatələyir. Xoşbəxt olmağa çalmayın bu alınmayacaq. Bəs nə edək? Nə istəsək. "Şəxsən mənə qalsa, ancaq yaxşılığı sevmək tərbiyəsizlikdir. Yaxşıdır, pisdir, burası ayrı məsələ, ancaq hərdən nəyisə sındırmaq da çox xoşdur. Burdan nə yaxşılığın, nə də əzabın üstündə dayanmıram. Ancaq öz şıltaqlığımın tərəfindəndəyəm. "
İkinci hissəyə gəldikdə isə qəhrəmanın bəzi davranışları sizə şişirdilmiş gələ bilər. Şəxsən mən bu cür hiss eləmədim, çünki qəhrəmanı müəyyən mənada başa düşürəm. Əminəm ki,həyatda qəhrəmana bənzəyən insanlar çoxdu. Ərgənlik dövründə olanları və cəmiyyətdə özünə yer tapa bilməyən istənilən yaş qrupuna aid insanları misal çəkmək olar. Və sizə də elə gəlmir ki, bu əsər biraz Dostoyevskin digər əsəri olan Cinayət və Cəzaya oxşuyur. Bir ona görə ki, burdakı yazıçının diliylə desək anti-qəhrəman Raskolnikova oxşuyur. Ən azı ikisidə topluma nifrət edir. Bu nifrət eyni dərəcədə və eyni yöndə deyil. İkinci olaraq, hər iki əsərin mələkləri fahişə cildinə girib. Sonya və Liza bir-birlərini çox bənzəyirlər və ikisinin çox gözəl və böyük qəlbi var. Cinayət və Cəzanın sonunda böyük bir xəyalpərəstlik və pozitivlik var, Yeraltından qeydlərdə isə əksinə. Bu haqqda çox danışmayacam. Ümumiyyətlə əllərim yoruldu və bezdim, cənablar. Son olaraq: " Biz yaşamağı yadırğamışıq, hamımız axsayırıq, yaşaya bilmirik, bu söz bizim üçün o qədər yadlaşıb ki, hətta kimsə yanımızda həyat sözünü işlədəndə əsəbləşirik, həyatı əzab kimi, vəzifə kimi təsəvvür edirik və hamınız kitabların həyatdan daha yaxşı olduğunu fikirləşirik. Axı biz nə istəyirik, heç özümüzdə bilmirik. İstəklərimiz yerinə yetsə özümüz üçün pis olacaq. Siz bir yoxlayın, bizə imkan yaradın, əhatə dairəmizi genişləndirin, onda necə geriyə qayıtdığımızı görəcəksiz. Bilirəm, yəqin ki, mənə hirslənəcəksiz, deyəcəksiniz ki, öz adından danış, hamının adından danışmağa cəsarət etmə! İcazə verin, cənablar, bununla özümü təmizə çıxartmaq istəmirəm. Həyatınızda çox şeyi etməyə cəsarətiniz çatmayıb, mənsə hamısını axıracan eləmişəm, üstəlik, siz qorxaqlığınızı xeyirxahlıq kimi qələmə vermisiz, özünüz özünüzü aldatmısınız. Belə baxanda sizdən daha canlıyam. Diqqətlə baxın. Kitablarımızı bizim əlimizdən alsalar biz çaşıb qalarıq, nə edəcəyimizi bilmərik. Çünki həyat, yaşamaq bizim üçün yerini bilmədiyimiz sirrli bir şeydir. Biz hətta insan olduğumuzu da yaddan çıxarmışıq. Biz ölü atlardan doğulan ölü insanlarıq. Ona görə də, sonralar hansısa fikirdən doğulmağa qərar verdik. " Kaş Dostoyevski bu cümlələrdən sonra yazardı ki, "Ok, kip, bay". Yaxşı daha zarafat etməyəcəm. Beləcə göydən üç alma düşüb tap olur.

March 6, 2017
Nə deyim vallah. Bəzi hissələr şəxsən tanışdı. Anti-qəhrəman mənə görə biraz qabadı amma bədbəxtliyin gətirdiyi laqeydliyin nəticəsidir bəlkə də.
January 31, 2023
Psixoloji roman adıyla oxumağa başlamışdım sağolsun bütün psixologiyamla oynadı :)
Əsərdə özünü cəmiyyətdən ayırmış, olduqca ağıllı hesab edən bir insanın qələmindən keçirdiyi hisləri, daha çox cəmiyyətə duyduğu nifrət hislərini görə bilirik. Bu insanı qınamaq, insanlardan uzaqlaşdırmaq hamımız üçün asan olardı lakin onu anlamaq, niyə və necə bu hala gəldiyini başa düşmək, və bəlkə də nə vaxtsa hər birimizin taleyinin bu şəkildə olacağını düşünmək isə hər oxucuya nəsib olmur. Əsərin əsas obrazının daima özünü alçaldılırmış kimi hiss etməsi və bundan əmələ gələn kinli zəhərini ətrafa yaymaq istəyi olduqca aydın təsvir olunub. Onsuz da belə məqamları Dostoyevski kimi dahi yazıçılar təsvir edə bilir ancaq.
Məni oxuyarkən çox düşündürdü çox narahat etdi bu kitab bəlkə də ona görə balım 3.5 olacaqdı əslində 5 üzərindən. Buna görə də psixologiyanızın sağlam olduğu vaxtlarda oxumağınızı tövsiyə edərdim. Xoş mütaliələr artıq nə qədər alınsa :)

July 16, 2026
Dostoyevksidən axırıncı 6-7 il bundan qabaq oxumuşdum. Kitabın birinci hissəsi nə yalan deyim sıxıcı idi, eyni mövzular, eyni sözlər idi. İkinci hissə daha maraqlı idi. Personaj mənə narsistik xüsusiyyətləri olan biri kimi gəldi. Vaxtı ilə dəyərsiz görülmüş, alçadılmış və bunu indi də başqalarına etməyə çalışan biridir... Və bunu da etiraf edir. Nifrət, intiqam hissi, kin zəif personajımızı "güclü" göstərir. Niyə bunları edir? Çünki kitabdakı ifadə ilə desək "canlı həyat"dan qorxur. Öz əzablı yeraltı dünyası ona yaxşı gəlir. Amma bir tərəfdən də bunları edəndə peşmanlıq duyur? Bəlkə də...
İki uc arasında gedib gələn biri... İnsanın qarmaşıq bir canlı olduğunun bariz nümunəsidir.

January 4, 2023
Niyəsə bu adamın repçi olduğunu düşünürəm. Gizlində, işıqsız dünyada yaşayır. Yeraltında. Əsl underground repçi... Yerüstünə can atmır. Buranı nəinki bəyənmir, hətta bu cəh-cəlal, bu işıqlar, bu "marjinellik" ona saxta, uydurma və ikiüzlü görünür. Əsl underground repçi... Etirazlarını gizlindən edir və beyninin ən səmimi künc-bucaqlarından yığıb-toplayaraq.
Bu adam "dişim ağrıyır, amma bundan zövq alıram" deyir. "Axmağam və sizin tanıdığınız hamıdan daha ağıllı". Onun üçün səma zülmət günəşlidir, bütün dünyanı duzlu şəkərlər bürüyüb, qəddar qorxaqlarla mübarizə aparan mülayim cəsurlar var hər yerdə. Dünya böyük bir riyakarlıq bataqlığıdır. Səmimiyyət ta əzəldən olmayıb, tərəqqidən və onun sayəsində dünyanın rifahından söhbət belə gedə bilməz. Çünki durmadan "inkişaf" gedir və insanoğlu içdikcə daha çox susayır qana. Hər dövrdə daha çox qan, daha çox ölüm. Xilas hardadır?
"İdrak sadəcə dərkinə imkan tapdığı şeyləri bilir".
Repçi təzadlardadır. Hərəkətləri təxminolunmazdır. Sevgidən yazdığı romantik bir vörsün arasına birdən-birə gangster və ya battle sətirləri səpələyə bilər. Ritm ona nə deyirsə artıq...
"Hə, cənablar, əlbəttə ki, zarafat edirəm və bunun şit alındığının da fərqindəyəm, hərçənd, hər şeyi də zarafata salmaq olmaz". Mən demirəm, repçi özü deyir.
Onun fikrincə, insanoğlunu xilasa aparacaq yeganə şey "yoxdur". Məhvə məhkumdur "biz". Hər məntiqi addımın arxasında bir mexanikilikmi var, yoxsa hər alqoritmin, öz diliylə desək, "hesablama-cədvəl-düstur-təqvimin" özəyində iradi bir hürriyyətmi?
İki vur iki mütləqmi dörd etməlidir? Repçi gizlindən qulağıma pıçıldayırdı: "İki vur iki bərabərdir ölüm". Mütləqiyyət ölümdür. Həyatsa iki vur ikinin neçə olacağını hesabladığımız zaman kəsiyidir. Dörd olmaya da bilər cavab. Hesabla... Sənə öyrədilən kimi yox, özün istədiyin kimi. Unut bütün ideologiyaları. Dəqiq belə bir cümlə dedi: "Mənim bütün arzularımı məhv edin, bütün ideallarımı silin, təki mənə elə üstün bir hədəf göstərin ki, ardınızca düşüb gedə bilim".
Repçinin "Gizlindən" hissəsindəki ən bəyəndiyin metaforalardan biri isə "BİNA" idi. Lap Pasterin "Bina" albomu yadıma düşdü. Bina inandığımız dəyərlər, qoruduğumuz ideallarımızdır. Bəzən binamız "Büllur Saray" ola bilər, bəzən balaca, kiçik, xudmani mənzillər. Bəzənsə sadəcə yağışdan qorunmaq üçün hansısa bir artırmanın, kiminsə uçuq-sökük alaçığının altına giririk. Bu, əsl qorxaqlıqdır.
Nə deyim... Bir də Liza var idi. Nə umurdu, nə tapdı. Yazıq nə bilsin ki, repçiləri sevmək olar, amma onlara güvənmək əsla. Repçilər hərdəmxəyal olurlar. Bu gün elə, sabah belə deyə bilərlər. Bankirlər ən yaxşı seçimlərdir hər zaman. Baxmayaraq ki, özü fahişəydi... Ruhu yox, özü. Qarışdırmayın.
Əsər məni təəccübləndirdi.
Köhnə bir repçi kimi son olaraq bunu da deyim, yuxarıda yazdıqlarımın heç birindən əmin deyiləm.
P.S. - "Parlaq İmzalara" və gözəl, səliqəli tərcüməyə görə Azad Yaşara dərin təşəkkürlər.

June 22, 2025
Öncəliklə düşünürəm ki, bəzi kitabları müxtəlif yaşlarda təkrar təkrar oxumaq lazımdır. Dostoyevskinin yer altından qeydlər kitabı da bu kitablar icərisindədi. Kitabı oxuyarkən düşündüm ki mən dostoyevski oxumuram dostoyevski məni oxuyur. Əsərdə qəhramanın ic dünyası o qədərrr dərin o qədər icdən yazılıb ki, mütləq ki hər oxucu bu qəhramanda özündən bir parca tapacag.İlk hissəsi oxuyanda çox qarışıq gəldi hətta dedim ki bəlkə oxumayım amma sonra yenidən başdan oxumağa başladım və bu səfər gördüm ki artıq ilk oxuduğumda gözümdən qacan o cümlələri artıq görürəm, başa düşürəm ən əsasıda hiss edirəm.Əslində Dostoyevski düşüncələrimizin nə qədər qarışıq,və çoxşaxəli olduğunu bir daha göstərir. Əsərin ikinci hissəsi daha axıcıdır.Artıq əsəri bitirdikdə bir boşluğa düşürsüz. Amma dediyim kimi 17 yaşında bu kitabı oxumuş Elnarə, 20 li yaşlarında yenə bu kitabı oxuyanda bu səfər daha nələri anlayacag çox maraqlıdı. Belə əsərləri çox sevirəm ona görə mənim üçün 10/10 bir əsərdir. 💕
September 14, 2017
Görəsən, hansı daha yaxşıdır, ucuz sevinc, yoxsa ali əzab?
March 20, 2026
Kitab pis deyildi ama GETMİRDİ. Mən bu kitabın üstündə neçə kitab oxudum yarım qoydum yenidən davam elədim ama sabit hekayəsi olsa da sürükleyici bi tərəfi yox idi sona yaxın marağlı olmuşdu elə məsələ də bu idi. Kişinin həyatı o qədər bezdirici və monoton idi ki həyatına bir qadın girməyənə kimi çox marağsız idi hər şey. Baxmayarağ ki o qadın heç daimi olmadı bu beceriksiz onu belə uzağlaşdırdı özündən ama kitabın sürükleyici olan hissəsi elə ora idi
This entire review has been hidden because of spoilers.
June 18, 2019
Yazarın öz antiqəhrəmanının düşüncələrini həm fikir buludu, həm də bir hekayə şəklində oxuculara təqdim edir. Yer altı dünyasının sakini olan bu şəxs yer üzü insanlarından, onlara xas bir çox mənfi xüsusiyyətlərdən söz açaraq öz monoloqunu davam etdirir. Sevərək oxudum.
July 13, 2026
Dostoyevski'nin bütün xarakterləri səfil həyat yaşıyır,amma evdə hizmətçi əksik olmur.🙂↔️
"Həddindən artıq dərk etmək xəstəlikdir"
Çox pessimist və egolu idi personaj,bəsdir artıq.🙏🏼

July 28, 2026
Dostoyevskinin hansı kitabını almışam heçbirini başa düşmürəm çox pis tərcümə edilir
July 10, 2026
Rasiyonal Egoizm haqqında danışılır: İnsanın bir şeyi etməsi üçün həmişə məntiqə ehtiyac yoxdur, bəzi hallarda insanın sadəcə "istəməsi" kifayətdir.
Bəyəndiyim sitatlar:
1)Həddən artıq bilməyin özü xəstəlikdir
2)
Bəyəndiyim sitatlar:
1)Həddən artıq bilməyin özü xəstəlikdir
2)
Displaying 1 - 15 of 15 reviews