"Üçüncü Addım"-ı bu gün oxuyub bitirdim. Yazdıqlarıma baxdım və başa düşdüm ki, bu qarışıq, ağır və inanılmaz kitabdan heç nə anlamaq olmur. Kvant fizikasını, Kemantika, Rasionalizm fəlsəfəsi, Astrofizika, Etologiya və Neyrofiziologiyanı, Dzen məktəbini bir araya sıxışdırmaq, 200 səhifədə tam anlatmaq mümkün olmadı. Bu kitab Üçüncü Addım deyil, Üçüncü Addıma doğru bir işarədir. Onu atmaq üçün isə siz özünüz daha dərindən və hər bir mövzunu ayrılıqda incələməlisiniz. Ümid edirəm ki, Rəqəmsal meşəyə bu alleqorik səyahət sizin yadınızda xoş bir xatirə olaraq qalacaq."
P.S Kitabı bitirdikdən sonra "Üç Addım" trilogiyasını yenidən oxuyun. Yalnız belə dolğun bir nəticəyə gələ biləcəksiniz.
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım. Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur. 2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.
2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.
15 yaşlı normal düşüncə sahibi olan birisinin oxuya biləcəyi məsləhətli trilogiya. Yaşım artdıqca, tam vaxtında oxuduğumu düşünürəm. Oxuduğum zaman verdiyim dəyərləndirmə 5 ulduz olduğu üçün, elə 5 ulduz verirəm.