Nəhayət ikinci kitabı da oxumaq nəsib oldu.
Birinci kitabı daha çox sevdiyimi deyərdim, çox güman ki, son vaxtlar kitab oxumağa marağımın azalması ilə bağlıdır. Ümid edirəm, kitablara qarşı olan sevgimə yenidən geri qayıdacağam.
Eçsonun xarakteri bu kitabda çox dəyişilmişdi, hətta daha çox Etraka bənzədiyini deyərdim. Ondan fərqli olaraq Aqrenin xarakterini burada daha çox bəyəndim, bəlkə də bu onun daha çox azad olması və öz düşüncələri ilə hərəkət etməsi ilə bağlıdır. Selley maraqlı obraz idi, lakin heyif ki, onu az gördük.
Hekayə daha dinamik idi, hətta burada dəniz səyahəti də var idi. Döyüş səhnələri bol idi, lakin belə səhnələri filmlərdə sevsəm də, kitablarda onları sürətlə keçmək kimi bir xasiyyətim var. Düzünü desəm kitablarda obrazların daxili düşüncə və hissləri, bir-biri ilə münasibətləri mənə daha maraqlı gəlir.
Sonluğu məni təəccübləndirdi, düzü belə bitməsi məni bir az məyus etdi. 3-cü kitabı gözləmək lazımdır. 3.5 ulduz