Jump to ratings and reviews
Rate this book

Geriyə baxma, qoca

Rate this book
İlyas Əfəndiyevin bu əsəri əslində avtobioqrafik sayıla bilər və müəllif bunu tarixə müraciət edərək göstərir.

Çox qısa bir müddətdə dörd hakimiyyətin – çar üsul-idarəsinin, burjua respublikasının, xalq cumhuriyyətinin və bolşevik rejiminin bir-birin əvəz etməsinin xalqın müxtəlif təbəqələrinin həyatında yaratdığı ümid və gözləntilər özünün bədii ifadəsini tapmışdır.

308 pages, Unknown Binding

Published January 1, 2017

53 people want to read

About the author

İlyas Əfəndiyev

46 books19 followers
Əfəndiyev İlyas Məhəmməd oğlu (1914-1996) — nasir, dramaturq, 1940-cı ildən AYB-nin üzvü, Azərbaycanın Əməkdar incəsənət xadimi (1960), Azərbaycan Dövlət Mükafatı laureatı (1972), Azərbaycanın xalq yazıçısı (1979).
Həyatı[redaktə]


Poçt markası (1997).
İlyas Məhəmməd oğlu Əfəndiyev 1914-cü il may ayının 28-də Qaryagində (indiki Füzuli şəhəri) tanınmış və hörmətli tacir ailəsində anadan olmuşdur. Nəsilliklə oxumuş ruhani və varlı tacir ailəsindən çıxmış Məhəmməd kişi 1884-cü ildə anadan olmuşdur. Onun ata-babası bütün Qarabağda tanınan, kasıba, yoxsula əl tutan, xeyirxah və alicənab adamlar idilər. Bu ailənin bir qolu tacir nəslinə mənsub olub alqı-satqı işlərilə məşğul olmuşdur. Digər qolu isə ruhani təhsili almış, savadlı axund və üləmalardan ibarət idi.

Yazıçının atası Məhəmməd Əfəndiyev həmin ailənin ticarətlə məşğul olan qoluna mənsub olmuşdur. O, 7-8 yaşında olarkən atası vəfat etmiş, anası ərə getməyərək bütün ömrünü dörd kiçik oğlu ilə bir qızını boya-başa çatdırmağa sərf etmişdir. Məhəmməd Əfəndiyev kənddə beşillik rus-tatar məktəbini əla qiymətlərlə bitirmiş, rus dilini mükəmməl öyrənmişdir. Məktəbi bitirdikdən sonra Qaryaginə köçərək yeznəsinin yanında kənd təsərrüfatı alətləri satan mağazada işləmişdir. Bir müddət sonra həmin ticarətlə müstəqil məşğul olmuşdur. O, Rusiyanın müxtəlif şəhərlərilə, Təbrizlə, İstanbulla ticarət əlaqələrinə girmiş, bir neçə həmkarı ilə birlikdə mal gətirib satmaqla var-dövlət sahibi olmuş və böyük hörmət qazanmışdır. 1920-ci ildə Azərbaycan bolşeviklər tərəfindən işğal olunduqdan sonra Məhəmməd kişi müxtəlif təsərrüfat idarələrində çalışmışdır.

Onun babası Hacı Axund Tehranda ali ruhani təhsili almış, geniş dünyagörüşlü və savadlı bir adam olub böyük hörmət sahibi idi. Evində çox zəngin kitabxanası varmış. İlyas Əfəndiyev qeyd edir ki, Hacı Axund başqa mollalar kimi acgöz deyildi, kasıblardan pul almaz, camaatı öz halal zəhməti ilə dolanmağa, əyri iş dalınca getməməyə, fəqir-füqəraya əl tutmağa çağırardı. Kasıblar həmişə onun yanına məsləhətə gələrdilər.

Yazıçının babası Bayram bəy Şuşada rus dilində gimnaziyanı bitirib dövlət idarələrində məmur işləmiş, Müsavat hökuməti vaxtında Şuşada qəza rəisi vəzifəsində çalışmışdır.
Əfəndiyevlər ailəsi Sovet hakimiyyəti dövründə, 30-cu illərdə ciddi təqiblərə məruz qalmış, onların ata-baba mülkü əllərindən alınmış, ailənin bəzi üzvləri "xalq düşməni" kimi güllələnmiş, bəziləri həbs edilərək vətəndən uzaqlara sürgün olunmuşdur. Yazıçının atası Məhəmməd Əfəndiyevə "kulak" damğası vurularaq evi, böyük mülkü, bağı zəbt edilmiş, "səs hüququndan" məhrum olunmuşdur. Ağır sıxıntı və ehtiyac içərisində yaşayan Məhəmməd Əfəndiyevin ailəsi mağazadan ərzaq malları, pal-paltar almaq hüququndan belə məhrum edilmişdir. Lakin yazıçının nənə və babaları bolşeviklərin ağalığından əvvəlki illərdə yüzlərlə yoxsul ailələrə əl tutan, kasıblara kömək edən xeyirxah və səxavətli adamlar kimi yadda qaldıqlarından, qohum-qonşu dar ayaqda bu ailəyə gizlin də olsa kömək edirdilər.

Yazıçı bu illərin hadisələrini xatırlayaraq qeyd etmişdir: "Bizim ailəmiz çox ağır vəziyyətdə idi. Atam səs hüququndan məhrum edildiyi üçün uzun illər işsiz qaldı. Yeddi uşağın böyüyü mən idim. Atamın vaxtı ilə tikdirdiyi böyük evimiz əlimizdən alınmışdı. Bizim doqquz adamdan ibarət ailəmizə hökumət tərəfindən zəbt edilmiş evimizin ikinci mərtəbəsində iki balaca otaq vermişdilər. Balaca qardaşlarım yemək stolunun altında, üstündə yatırdılar".

Çoxuşaqlı həmin ailədə ciddi nizam-intizam var idi. Anaya məhəbbət, ataya hörmət ailədə ciddi əməl olunan qaydalardan idi. Ailədə böyük-kiçik seçilirdi, hərənin öz vəzifəsi var idi. Uşaqlar kiçik yaşlarından zəhmətə, əməyə alışmışdılar. Ata çox ciddi və zəhmli olsa da, ana mülayim və rəhmdil idi. Ailə üzvləri arasında qarşılıqlı hörmət hökm sürürdü: təbiətə məhəbbət, mütaliəyə, kitaba maraq ananın təsirindən irəli gəlmişdi. Bütün müsəlman ailələrində olduğu kimi Əfəndiyevlər ailəsində də ata əsas şəxsiyyət idi və bütün problemləri o həll ed

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
21 (44%)
4 stars
15 (31%)
3 stars
7 (14%)
2 stars
3 (6%)
1 star
1 (2%)
Displaying 1 - 3 of 3 reviews
Profile Image for Ismail.
34 reviews3 followers
February 11, 2016
Roman məni keçən əsr Azərbaycanımıza qiyabi səhayət elətdirdi.Qarabağ mühiti,tərəkəmə həyatı,bir-birini əvəzləyən hakimiyyət formaları fonunda baş verən hadisələr,Muradın insan münasibətləri,onların dərininə təhlili,özünün insan kimi həyat şərtlərinə alışma prosesini necə də gözəl şərh edib,İlyas bəy.Oxuduqca sanki o əsrə gedir,danışılan hər bir hadisədə iştirak edirdim ki,bu da hər əsərdə belə olmur.Təbiətin təsviri,insan gözəlliyinin təsviri ruhumu oxşayır və mənə hansısa adı tapa bilmədiyim gözəl hisslər aşılayırdı.Muradın timsalında demək olar ki,insan bütövünün və onun həyat dediyimiz bu yaşamına daxil olan bütün məsələlərə öz yönündən toxunub,İlyas bəy,ta dindən tutmuş,zaman zaman səni sən edən məsələlərə qədər.Səkinə nənə,Xanım nənə,Fatma nənə,Bayram bəy,Abdulla,Yaqut,Xanmurad,Qızılbaşoğlu,Nuru,Qaraca,Kürdoba igidləri,balaca Mahtab,Güllü,İmaj fərqli tiplər olaraq yaddaşımın bir küncünə həkk olundular.Sevgi,saf duyğular,onları bağlayan və yaradan dərin əlaqələrə romanda addımbaşı rast gəlirsən,məncə,əsl yazıçı buna çalışmalıdı.Ülvi gözəlliyi oxucuya çatdıra bilməlidir.Bugün öz şəxsində formaldırdığın hər hansısa aspektə başqa və bəlkə də daha üstün baxış.açmaqla ona yenidən baxmağa sövq eləməlidir,əsər."Geriyə baxma,qoca"mənə həm də öz tariximizə baxmağa kömək elədi.AXC dönəmini,Çar dönəmini,Bolşevik dönəmini canlılığı ilə daha yaxşı dərk elədim,bunlardan çox da danışılmasa da.İlyas bəy,insan formalaşmasını zaman mexanizmi fonunda yox,yaşam və onun dərinliyi mexanizmi fonunda əla şəkildə nümayiş elətdirib.Oxuduğuma nəinki peşiman olmadığım,hətta gec oxuduğuma peşiman olduğum bir əsər!
Profile Image for Muzhgan M. Aliyeva.
23 reviews2 followers
April 25, 2023
İlyas Əfəndiyev ədəbiyyatımızda özünə məxsusluğu, qələminin dərinliyi ilə seçilir. "Geriyə baxma,qoca" avtobioqrafik əsər sayılır, hadisələr şişirdilmədən, olduğu kimi, bütün çılpaqlığı ilə təsvir olunub. İyirminci əsrin əvvəllərindəki Azərbaycan mühitini öz qələminin cazibəsinə salaraq hadisələri axıcı dillə oxucuya çatdırıb nasir. Hadisələr Muradın dilindən danışılır, Murad isə elə yazıçının özüdür, prototipidir. Nə yaxşı ki, bizim ədəbiyyatımızda belə bir yazıçı lövbər saldı. Sevin İlyas Əfəndiyevi və ən əsası sevdirin!
Displaying 1 - 3 of 3 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.