"İctimai müqavilə" əsəri "əxlaq tərəfdarlarının sivil qurumlara müdaxiləsi" kimi qiymətləndirilmişdir. "Cəmiyyəti insanlara, insanları isə cəmiyyətə görə araşdırmaq daha faydalıdır" prinsipi məhz Russoya aiddir. O, sofist Hobbsun iddia etdiyi kimi, şərin insanın təbiətində olması düşüncəsinə və ya Avqustinin yaydığı "ilk günah" təliminə qarşıdır. "Bütün yazılarımda üzərində durduğum əsas prinsip, insanın təbiətən yaxşı olması, ədaləti və sabitliyi sevməsi, qəlbində anadangəlmə pisliyin olmaması, təbiətdəki ilk hərəkətlərin hər zaman doğru olduğu düşüncəsidir" (Ch.De Beaumonta Məktub). Bu prinsip ortaya qoyulduqdan sonra, önəmli bir düşüncənin isbatına ehtiyac var: "Əgər insan yaxşıdırsa, bəs onda şər haradan yaranır?" Bu iddia isbat olunmasa, yuxarıdakı prinsipin özünün müzakirə təhlükəsi yaranar. Belə bir isbata girişmək, "insanları cəmiyyət vasitəsilə araşdırmaq və sosial həyatı məhkum etmək deməkdir. Cəmiyyət insanları pozur və yoldan çıxarır. İnsanlar bir yerə toplandıqca pozulurlar". Russo düşüncəsinin ilk mövzusu budur. "İctimai müqavilə", təkcə, müasir insanlara qədim dövlət qurumlarının xatırladılması deyil, Russo, bu əsərlərində həm də qanunvericilik prinsiplərini də ifadə etmişdir. Russoya görə, qanun ümumi iradənin ifadəsidir. "İctimai müqavilə"də ifadə edilən prinsipləri dünyanın bütün xalqlarına şamil etmək düzgün deyil.