Roman, o dövrün mərd, nüfuzlu və köhnə kişilərindən olan Cahandar ağanın Allahyarın arvadı Mələyi götürüb qaçması ilə başlayır. Əsərin süjet xətti də bu hadisədən sonra cərəyan edir. Cahandar ağanın bu hərəkətinə görə oğlu Şamxal evi tərk edir, kiçik oğlu Əşrəf isə atasının israrına baxmayaraq, Qori seminariyasına oxumağa gedir…
Əsərdə mövhumatçıların at oynatması, maarifçilərin isə bunun qarşısını almaq cəhdləri və yorulmaz fəaliyyətləri təsvir olunur.
Sovet dövrü Azərbaycan ədəbiyyatında həqiqi milli xarakterin, realist zadəgan-kübar (mülkədar) obrazının ilk dolğun, tutumlu örnəyi məhz “Dəli Kür” romanının qəhrəmanı Cahandar ağadır. “Dəli Kür” XIX əsrdə tarixi qanunauyğunluqların Azərbaycan xalqının həyatına daxil olma prosesini, adamların yaşayışında, mənəviyyatında əmələ gətirdiyi köklü dəyişiklikləri realist inandırıcılıqla göstərən bir əsərdir.
İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olmuşdur. Kosalar kəndində ibtidai məktəbi bitirib Qazax pedaqoji məktəbində təhsil almışdır (1933-1936). Bir il Kosalar kənd orta məktəbində baş dəstə rəhbəri və müəllim işləmişdir. Sonra Azərbaycan Pedaqoji İnstitunun dil və ədəbiyyat fakültəsində təhsil almışdır (1937-1941). Qazax rayonunun Kosalar kənd orta məktəbində dərs hissə müdiri işləmişdir (1941-1942). İkinci Dünya müharibəsi dövründə sovet ordusu tərkibində ön cəbhələrdə (Şimali Qafqaz, Krım, III Belorusiya cəbhəsi və Şərqi Prussiya istiqamətində döyüşən orduda sıravi əsgər) olmuşdur. Tərxis edildikdən sonra altı ay Kosalar kənd məktəbində tədris hissə müdiri işləmişdir (1946). Azərbaycan Pedaqoji İnstitunun filologiya fakültəsində aspirant (1946-1949), müəllim, baş müəllim olmuş, xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, bir müddət Azərbaycan Yazıçılar İttifaqının katibi (1965-1968) kimi çalışmısdır. "Azərbaycan" jurnalında baş redaktor (1976-1978), Azərbaycan Yazıçılar İttifaqının birinci katibi (1981-1987), SSRİ Yazıçılar İttifaqının katibi (1981-1987) olmuşdur. Azərbaycan Yazıçılar Birliyinin Ağsaqqallar Şurasının sədri seçilmişdir (1991). 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir. İlk mətbu əsəri "Quşlar" şeiri 1938-ci ildə "Ədəbiyyat" qəzetində dərc olunmuşdur. Ədəbi yaradıcılığa 1947-ci ildə "İnqilab və mədəniyyət" jurnalında çap etdirdiyi "Həkimin nağılı" hekayəsi ilə başlamışdır. Bundan sonra dövri mətbuatda müntəzəm çıxış etmişdir. Əsərləri keçmiş SSRİ və xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. İctimai işlərdə fəal çalışmışdır. Bakı zəhmətkeş deputatları Sovetinin deputatı (1967-1969, 1983-cü ildən bəri), Azərbaycan KP Bakı şəhər komitəsinin üzvü (1968-1970), Azərbaycan Həmkarlar Şurası rəyasət heyətinin üzvü, SSRİ Yazıçılar İttifaqı idarə heyətinin üzvü seçilmişdir. Xarici ölkələrlə dostluq və mədəni əlaqələr cəmiyyəti xəttilə Almaniya Demokratik Respublikasına (1976) və Almaniya Federativ Respublikasına (1982) göndərilən Sovet nümayəndə heyətinin tərkibində olmuşdur.
1995-ci il iyulun 26-da Bakıda vəfat etmiş, Fəxri xiyabanda dəfn olunmuşdur.
YouTube kitap kanalımdaki Azerbaycan edebiyatı videosunda bu muhteşem kitabı önerdim: youtu.be/FM7RoOXGSok
Son zamanlarda okuduğum en iyi kitaplardan biriyle tanıştırmak istiyorum sizi bugün. Çünkü bu kitabın içinde neredeyse her şey var. O halde neden Deli Kür daha fazla okunmasın?
Şimdiye kadar Azerbaycan edebiyatında Anar Rızayev kitaplarıyla birlikte gerçek ve saf sevgiyi, Celil Memmedguluzade kitaplarıyla körü körüne birilerinin peşinden giden insanları ve cehaleti, Hüseyn Cavid kitaplarıyla madde ve mana arasında kalan insanları ve Mirze Elekber Sabir kitaplarıyla da ironinin edebiyatta ustaca kullanımını görmüştüm. Deli Kür kitabının yeri ise çok başka oldu bende...
Bugüne kadar okuduğum hiçbir kitapta karşılaşmadığım bir şey gördüm bu kitapta. Kitaba ismini veren Azerbaycan'daki Kür Nehri, kitabın psikolojisini yönetiyor. Evet, yanlış duymadınız. Kitaptaki karakterler arasında bir tutku varsa Kür Nehri kendisine yansıyan ışıktan dolayı kırmızıya dönüşüyor, öfke varsa gürlüyor, hüzün varsa sakinleşiyor, belirsizlik hakimse suyu bulanıklaşıyor... Gerçekten muhteşem bir düşünce!
Üstelik kitabı okuduğum süreç boyunca aklıma bir zamanlar ülkemizde bulunan köy enstitülerinin ve Hasan Ali Yücel'in gelmesi de bir tesadüf değil. Biz genelde Türkiye İş Bankası Hasan Ali Yücel klasiklerini biliriz. Fakat bu ismin değerini, neler yapmaya çalıştığını ve köy enstitülerini neden kurduğunu hep göz ardı ederiz.
Zamanında ülkemizde kitap yazmış değerli yazarlar olan Fakir Baykurt, Mahmut Makal, Talip Apaydın, Adnan Binyazar ve daha nicesinin bu kurumlardan çıktığını biliyoruz. Bu yüzden Deli Kür kitabının bize anlatmaya çalıştıklarıyla bu yazarların kitaplarındaki mesajlar arasında büyük paralellikler yakalanabileceğini düşünüyorum.
Bu kitapta herkes kendisinden bir şeyler bulabilir. Umutsuz olduğunuz bir dönemde bu kitabı okuyup Aleksey Osipoviç adlı karakterle tanıştıktan sonra umudunuzu tazeleyebilirsiniz. Tutkularınızın peşinden gittiğiniz bir dönemde Şamhal ve Eşref gibi karakterler size yakın gelebilir. Yeri geldiğinde bir atın ölümüne üzülebilir, bir insanın pişmanlıklarına ortak olabilirsiniz...
Kitabın içinde özgür düşüncenin susturulmaya çalışılmasına dair bizim de ülke olarak çok iyi bildiğimiz kısımlar var aslında. Mesela:
"Onlar bizi konuşmayan adama çevirmek istiyorlar. Onlara boyun eğmeyenleri ise, Sibirya'ya gönderiyor ya da halkından uzaklaştırıyorlar. Sen de bunlara katlanalım diyorsun." [s. 314]
Bizim de durumumuz böyle değil mi? Sosyal medyada içimizden gelen bir cümleyi yazarken bile onlarca defa düşünmüyor muyuz? Sırf onlara boyun eğmiyoruz diye bir yerlere gönderilme tehdidi altında olmuyor muyuz sürekli? İşte Yaşar Kemal, İsmail Şıhlı, Puşkin, Miguel de Unamuno ve Emile Zola gibi pek çok yazar boyun eğmedi ve bu tür iktidarlara karşı yazdıklarıyla direndiler.
Her şeyden öte, Deli Kür kitabının mesajı evrensel aslında: Çocuklar okumalı! Köy halkı, cehalet ya da toplum baskısı gibi engellerin önüne geçerek okumalı hem de. Köy enstitülerindeki öğretmenler de bunu amaçlamıştı. Hayatının son dönemlerinde çocuklara bizzat eğitim veren ve hepimizin tanıdığı Lev Tolstoy da öyle yapmıştı mesela. O yüzden eğer Azerbaycan edebiyatından tek kitap okuma şansım olsaydı ben oyumu bu kitaptan yana kullanırdım.
Bu değerli kitabın daha çok kişi tarafından keşfedilip okunmasını isterseniz incelemeyi paylaşabilirsiniz. Takipte kalın!
Azərbaycan ədəbiyyatından oxuduğum ən gözəl əsərlərdən biri.
Görəsən, Şıxlının bu əsərini antiutopiya janrında əsər saymaq olar?! Tənqidçilərin bu məsələ ilə bağlı fikirləri maraqlı olardı. Mənə elə gəldi ki, bu əsər antiutopik əsərdir.
Qısa yazdım, amma ümid edirəm ki, tezliklə fikrimi cəmləyib əsər barədə düşüncələrimi aydın, uzun bir şəkildə yazaram.
Hər kəsə "Dəli Kür"ü oxumağı məsləhət görürəm. Çox axıcı və hər birimizə yaxın ola bilən bir əsərdir.
İsmayıl Şıxlının “Dəli Kür” romanı Azərbaycan ədəbiyyatında özünəməxsus yeri olan fundamental əsərlərdən biridir. Roman həm bədii təsvir baxımından, həm də ideya və süjet dərinliyi ilə oxucunu kitabı bitirdikdən sonra da təsir altında saxlayır.
Hadisələrin mərkəzində duran XIX əsr Azərbaycan əyalət kəndində baş verən sosial və məişət prosesləri müəllif tərəfindən böyük ustalıqla təsvir olunub. Cəmiyyətdəki dini mövhumat, kütləvi cahillik, maariflənməyə və çağdaşlığa qarşı sərt müqavimət – bütün bunlar əsərdə ziddiyyətli mentalitetin əsiri olan insan xarakterləri, onların qarşılıqlı münasibətləri və verdikləri qərarlar fonunda xüsusi diqqət çəkir.
Digər tərəfdən də, mərkəzi imperiya hakimiyyətinin bu “status-quo”nu qoruyub saxlamaq və mütərəqqi fikirli insanları daim nəzarətdə saxlamaq siyasəti vəziyyətin çıxılmazlığını labüd edir. Maraqlıdır ki, Sovet dövründə yazılmasına baxmayaraq, müəllif əsərdə “şablon” sinfi mübarizə ideyasını önə çəkmir, əvəzində milli zadəgan obrazının təsvirinə daha geniş yer verir.
Əsər əsasında çəkilmiş eyni adlı ağ-qara film milli kinematoqrafiyamızın incilərindən biri olmaqla bərabər, müəllifin elə özü tərəfindən yazılmış ssenarisi kitabdan xeyli fərqlənir. Filmdə bəzi hadisələr fərqli təqdim olunsa da, məsələn, Novruz bayramının təsviri kimi səhnələr olduqca canlı şəkildə əks olunub. Filmin giriş və epiloqunda Gülağa Məmmədovun ifa etdiyi "Ana Kür" mahnısı da Kürün havadan çəkilişi fonunda çox möhtəşəm və təsirli alınıb..
Əminəm ki, bu kitab “oxunmalı olan on Azərbaycan romanı” siyahısında ilk sıralarda yer almalıdır. Filmə baxıb kitabı oxumayanlara isə əsərlə mütləq tanış olmağı tövsiyə edirəm.
After almost 30 years, I have read this book one more time. Definitely a read to get a grasp on the history, culture, custom and tradition, Novruz Holiday, and of-course discrimination against the Turkic muslims by Czar power, etc.
The book started by describing life in Goytepe village whereby Cahandar aga has brought a new wife to his house which rendered her real wife to be envious and his son Shamkhal left home immediately. Afterwards, Shamkhal decided to bring out Gulasar and started a new life with her which was criticised by his friend and brother Gulasar - Charkaz. Brother of Shamkhal was in Goru Pedagogy Seminarium where he was well-educated and then he started activism by reviving the nationalist ideas in the university. This enabled him to be expelled from the university by Charist Russian regime rulers and then he decided to return. His father - Cahanda aga was already killed by regime rulers during the shooting and the book ended with two brothers speaking about different ways they followed up in their lives
This entire review has been hidden because of spoilers.
Bu roman Azərbaycan ədəbiyyatında önəmli yerə sahibdir. Ümumiyyətlə əsər çox güclü və təsirli yazılıb, obrazların xarakterləri, daxili konfliktlər diqqət çəkəndir. İsmayıl Şıxlının qələminə söz ola bilməz. Amma xüsusilə baş qəhrəman Cahandar ağa üzərindən verilən “namus”, qadınların cəmiyyətdəki yeri və kişi üstünlüyü kimi anlayışlar indi oxuyanda mənə bir qədər ağır və yad gəldi. Təbii ki də bu da normaldır. ⭐️