Bu povestdə əxlaqi problemlər qaldırılır, insanın həyatda öz yerini tapa bilməsi, məzmunlu və dolğun ömür sürməsi, insanlar arasında ünsiyyət, ülfət məsələlərindən bəhs olunur. Mənəvi boşluq damğalanır.
Anar — Azərbaycan yazıçısı, şair, tərcüməçi, ssenarist, Azərbaycan Yazıçılar Birliyinin sədri (1987-ci ildən), 1991, 1997, 2004, 2014-cü illərdə təkrarən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. I (1995) və II (2000) çağırış Azərbaycan Republikası Milli Məclisinin deputatı olmuşdur. Anarın atası şair Rəsul Rza, anası şairə Nigar Rəfibəylidir. Anar anası tərəfdən Azərbaycanın məşhur ictimai və dövlət xadimi, Azərbaycan Demokratik Respublikasının ilk səhiyyə naziri və Gəncə şəhərinin general-qubernatoru olan Xudadat bəy Rəfibəylinin nəvəsidir. Atası tərəfdən isə Məmmədxanlılar nəslindəndir. Soy adları ulu babası, Çiyni və bir para kəndlərin mülkədarı Məmmədyar oğlu Məmməd xanla bağlıdır. Bayat boyundan, Şahsevən tayfasından olan Məmməd xan XIX əsrin ortalarında rus əsgərləriylə toqquşmadan sonra zindana atılır və orda zəhərlənərək öldürülür. Məmmədxanın nəticəsi, Rəsulun atası İbrahim Məmmədxanlı Göyçayda mirzəlik edər və ticarətlə məşğul olarmış. 1915-ci ildə Bakı-da vəfat etmiş və Çəmbərəkənddə dəfn edilmişdir.
1913-cü il iyunun 29-da Gəncədə anadan olmuş Nigar xanım Rəfibəyli məşhur Rəfibəylilər nəslindəndir. Ata tərəfdən babası Ələkbər bəy Rəfibəyli – el ağsaqqalı, maarifçi, Azərbaycanda ilk siyası partiya olan "Difai" partiyasının yaradıcılarındandır.
Ələkbər bəyin yeganə oğlu, Nigar xanımın atası Xudadat bəy ilk ali təhsilli cərrahlardandır. Xarkov Tibb Universitetini bitirdikdən sonra 17 il Gəncə xəstəxanasının baş həkimi və həkimlər cəmiyyətinin sədri kimi çalışmışdır.
1918-ci ildə Gəncədə müstəqil Azərbaycan Cümhuriyyəti qurulan zaman Xudadat bəy Rəfibəyli Fətəli xan Xoyskinin hökümətində ilk səhiyyə naziri olmuş, bir il sonra isə Gəncə general-qubernatoru vəzifəsinə təyin edilmişdir. 1920-ci il aprel bolşevik çevrilişindən sonra həbs edilmiş, Gəncə üsyanının təşkilində ittihamlandırılaraq güllələnmişdir. Anar 1945-ci ildə 10 illik musiqi məktəbinə (indiki Bülbül adına məktəb) daxil olmuş və 1955-ci ildə həmin məktəbi gümüş medalla bitirmişdir. Birinci sinifdən onuncu sinifə qədər Zemfira Səfərovayla bir yerdə oxumuşlar.
1955-ci ildə Anar Azərbaycan Dövlət Universitetinin filologiya fakultəsinə, Zemfira konservatoriyaya daxil olsa da, yolları ayrılmamış, nişanlanmış, evlənmişlər. Toyları 1962-ci il yanvarın 27-də olmuşdur.
Anar və Zemfira xanımın iki övladları var. Böyük oğulları Tural ərəbşünas və diplomatdır, Xarici İşlər Nazirliyinin əməkdaşı, Azərbaycanın Rumıniyadakı səfirliyinin işçisidir. Qızları Günel isə Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirib.Anar 1991-ci ilin martında Yazıçıların IX Qurultayında yekdilliklə Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir. 1997-ci il oktyabrın 30-da Yazıçıların X Qurultayında yekdilliklə yenidən Azərbaycan Yazıçılar Birliyinin sədri seçilmişdir.
1991-ci ildə Azərbaycan Republikası Ali Soveti Milli Şurasının ilk iclasını Anar aparmışdır. Anar 1995-ci və 2000-ci illərdə Azərbaycan Republikası Milli Məclisin deputatı seçilmişdir. O, Milli Məclisin mədəniyyət komissiyasının sədri olmuşdur. Bu komissiyanın mədəniyyət haqqında, tarix və memarlıq abidələrinin qorunması, kinematoqrafiya haqqında və s. tərtib etdiyi qanunları parlament tərəfindən qəbul edilmişdır.
1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü olmuşdur.
Anar 2014-cü ildə Türkiyənin Əskişəhər şəhərində keçirilən VI Türk Dünyası Ədəbiyyat Dərgiləri Konqresinin qərarı ilə Türk Dilində Danışan Ölkələrin Yazarlar Birliyinin ilk başqanı seçilib.
Anar bir sıra dövlət və beynəlxalq mükafatların sahibidir. 1998-ci il martın 14-də Prezident Heydər Əliyev 60 yaşı münasibəti ilə ölkənin ona ən yüksək dövlət mükafatı – İstiqlal ordeni ilə təltif etmişdir.
`Beş mərtəbəli evin altıncı mərtəbəsi` əsərindəki qara saçlı Təhminə ilk dəfə oxuculara məhz `Ağ liman` əsərində təqdim olunur. Firəngizin və Spartakın ailəsini, onların qohumlarını, nəşriyyatın işçilərini- Neməti, Məhhəmməd Nasiri, Dadaşı daha yaxından tanıyırıq. Anarın bu əsərlə nəsrə yeni nəfəs gətirdiyi hesab olunur və psixologizm xüsusi diqqət çəkir.
Belə bənzətmə etmək istəyirəm. Necə ki, Corc Oruelin Heyvanıstan əsəri 1984`ün cızma qarası xarakterini daşıyır, Ağ liman da `Təhminə və Zaur`un ilkin süjet xətti hesab oluna bilər. Anar bu əsərdə əxlaq normalarını sorğulamaqdan çox, insanın cəmiyyətdə öz yerini tapması, dünyaya nə üçün gəldiyini sorğulaması kimi mövzuları daha dərindən analiz edib.
Əsərdə qeyd olunur ki, yaxşı yaxud pis insan yoxdur. Kiminsə yaxşı yaxud pis biri olduğu haqqında fikir bildirmək üçün gərək onu tanıyasan. Amma həyat buna rəy bildirəcək qədər uzun deyil.
Kitabdan (hər hansı) sevdiyiniz yaxud ağlınızda yer edən hissəni mənimlə bölüşün!
Bu kitabı "Beş mərtəbəli evin altıncı mərtəbəsi" əsərindən əvvəl oxusaydım, yəqin ki, o qədər də maraqlı gəlməzdi. Kitabda Təhminə və Zaurun ilk tanışlıq vaxtlari təsvir olunur, paralel olaraq nəşriyyatda işləyən digər obrazların da güzəranlarından, keçmişlərindən və düşüncələrindən bəhs edilir. Bəzi obrazların həyat hekayələri və düşüncələri maraqlı olsa da, digərləri mənə o qədər də cəlbedici gəlmədi. Təhminə obrazını isə o qədər sevmişəm və o qədər təsir altında qalmışam ki, "Ağ liman" əsərində hər dəfə onun adı çəkiləndə və ya onunla bağlı səhnələr olanda sevinirdim! Ümumilikdə, əsərin yazı tərzi və üslubu əladır. Xüsusilə Bakının və Bakı əhlinin Sovet vaxtında yaşayışlarını oxumaq olduqca maraqlıdır.
Azərbaycanca kitab oxumağın zərifliyini və incəliyini mənə xatırlatdın, əziz Anar!:) dostumla dialoqumuz: -nə oxuyursan? +Ağ liman, Anar. Anarı tanıyırsan? beşmərtəbəli evin altıncı mərtəbəsi? -hə, tanıyıram. +bu, mənim ən sevdiyim ikinci kitabdır. birinci kitabı təxmin etmək çətin deyil, yəqin ki? -(gülümsəyərək üzümə baxır) +Beşmərtəbəli evin altıncı mərtəbəsi. :) 17.09.25. Bonn-Bakı
I love buying and reading these types of books. Boats, yachts, historical events and books about the sea are generally excellent. If there are sequels in your series, I would love to read them.
The beauties of owning the books of important authors cannot be discussed. I'm looking forward to your new books.
For friends who want to read this book, I leave the importance of reading a book here. I wish good luck to the sellers and customers...
Top 10 benefits of reading for all ages:
1. Reading Exercises the Brain
As we read, we need to remember the different characters and settings of a particular story. Even if you enjoy reading a book in one sitting, you need to remember the details during the time you devote to reading the book. Therefore, reading is an exercise for your brain that improves memory function.
2. Reading Is a (free) Form of Entertainment
Did you know that most of the popular TV series and movies are based on books? So why not indulge in the original form of entertainment by immersing yourself in reading? Most importantly, it's free with your Markham Public Library card.
3. Reading Improves Concentration and Focus
We all agree that there can be no reading without focus, and we need to concentrate on every page we read to fully understand the story. In a world where gadgets only speed up and shorten our attention span, we must constantly practice concentration and focus. Reading is one of the few activities that requires your undivided attention, so it improves your ability to concentrate.
4. Reading Improves Literacy
Have you ever read a book where you come across a word you don't know? Books have the power to improve your vocabulary by introducing you to new words. The more you read, the more your vocabulary will improve as well as your ability to communicate effectively. Also, reading improves writing skills by helping the reader understand and learn different writing styles.
5. Reading Improves Sleep
By creating a bedtime routine that includes reading, you can signal to your body that it's time to sleep. Now more than ever, we rely on increased screen time to get through the day. That's why you put your phone away and pick up a book and tell your brain it's time to calm down. Also, since reading helps you relieve stress, reading right before bed helps calm your mind and anxiety and improve your sleep quality.
6. Reading Increases General Knowledge
Books are always full of fun and interesting facts. Whether we read fiction or non-fiction, books have the ability to provide us with information we might not otherwise know. Reading various topics can make you a more knowledgeable person and therefore improve your speaking skills.
7. Reading Is Motivating
By reading books about heroes overcoming adversity, we are often encouraged to do the same. Whether it's a romance novel or a self-help book, the right book can motivate you to never give up and stay positive.
Uzun müddət sonra azərbaycanca oxuduğum kitablardandır. Kitabın müasir ədəbi yox, “loru” dildə yazılması başda narahat etsə də, fikirləşirəm, kitabı axıcı edən faktorlardan biri idi.
Kitabdan sonra ilk dəfə Təhminə və Zaura baxdım, kitabda tanış olduğum obrazları süfrə arxasında təsəvvür etmək isə ləzzət elədi!
Əslində, hekayənin hamıya aid olması, amma Nemətin 33 yaşlı birinin öz həyatını sonda sorğulaması, nə funksiyaya yaradığına cavab tapmaması, hələ də özümü axtarması acı həqiqətdir. Kitabın yazılmasında 60 il keçir, 30+ yaş sindromunu Anarın belə gözəl təsvir etməsini çox bəyəndim.
Kitabdan bəyəndiyim digər nüans isə bu quote-da idi:
- yəni, sənin pəncərən özü tərpənməyəcək, ancaq oradan görünən mənzərə, həyat dəyişir, dəyişəcək, başqalaşacaq. Pəncərədən diqqətlə baxsan, görərsən ki, həyat necə qaynayır, dəyişir. Uzun müddət kor-koranə yaşayan biriləri üçün (Nemət kimi) Təhminənin olduqca gözaçıcı analizləridir.
“…Ancaq adam gərək iki dəfə doğulsun. Bir dəfə onu ata-anası dünyaya gətirir. İkinci dəfə o özü-özünü dünyaya gətirir, özü-özünə dünyada bir yer qazanır…”
Təhminə və Zaur obrazı əsər boyunca fərqli yerlərdə dolayı və bilavasitə olaraq bizim qarşımıza çıxır. Hər iki obrazın düşüncələri adi insanların əxlaq qanunları ilə uyuşmur. Onlar üçün olduqları yerdə sadəcə bir-biriləri var idi. Eyni zamanda yazar insanların öz istəkləri ilə düşüncələrinin nə qədər fərqli olduğunu da bizə göstərir. Düşünürəm ki, bu əsər "Beşmərtəbəli evin altıncı mərtəbəsi"(Təhminə və Zaur) romanından öncə oxunmalıdır.
Bu kitab bir neçə il öncə çox əziz bir dost tərəfindən mənə verilmişdi. Yazıçı Anarın oxucularla görüş günündə bir sıra səbəblərdən iştirak edə bilməmişdim. Həmin dost mənim üçün tədbirdən bu kitabı Anarın imzası ilə gətirmişdi. Kitabın yarısını az-az bu illər ərzində, digər yarısını isə bir dəfəyə bu gecə oxuyub bitirdim. Azərbaycan dilində kitab oxumağı niyə sevdiyimi bir daha xatırladım.
Kağız israfı olduğu üçün və bir dəfə oxuyandan sonra rəfdə tozlanıb qalır deyə fiziki kitab almırdım, amma, deyəsən, fikrim dəyişəcək.