Bu kitab Səfəvilər tarixinə yeni, tam fərqli bir baxışdır. Bu günə qədər tarix üzərinə bir tərəfli yanaşmalar və ona mədhiyyələr yağdırmalar yalnız ziyan vermiş və insanların tarix üzərinə düşünmə imkanlarını dondurmuşdur. Bu əsərdə Azərbaycan tarix elmi üçün bilinməyən “şüubiyyə” kimi yeni anlayışlar ortaya qoyulmuş və Səfəvilərlə şüubiyyə hərəkatının əlaqələri geniş ölçüdə araşdırılmışdır. Kitabda Səfəvi kimliyinin doğuşu və iqtidara yüksəlişi fərqli bir bucaqdan incələnib dəyərləndirilmişdir.