Jump to ratings and reviews
Rate this book

Bir Ovuc Torpaq

Rate this book
"Bir оvuc tоrpaq" Varisin oxuculara təqdim etdiyi ikinci kitabıdır. "Bir оvuc tоrpaq" rоmanı da, əsasən, real hadisələr əsasında qələmə alınıb, burada sevgi və vətənpərvərliк mоtivləri, cinayətкar aləmin yaşantıları önə çəкilib. Rоman geniş охucu кütləsi üçün nəzərdə tutulub.

318 pages, Paperback

First published December 1, 2009

13 people want to read

About the author

Varis Yolçiyev

13 books14 followers
Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.

1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.

2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.

Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 18 kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
23 (43%)
4 stars
20 (37%)
3 stars
6 (11%)
2 stars
4 (7%)
1 star
0 (0%)
Displaying 1 of 1 review
Profile Image for Muzhgan M. Aliyeva.
23 reviews2 followers
April 16, 2023
"Nağıllara inanmıram, çünki nağıllar həmişə yaxşı sonluqla bitir. Real həyatda isə bu belə deyil..."

Bir Ovuc torpaq...
Roman çox böyük ustalıqla yazılıb ,hisslər mükəmməl şəkildə oxucuya çatdırılır. Sevgi ,nifrət, vətənpərvərlik, vətən həsrəti ...Sujet xətti o qədər maraqlıdır ki, birnəfəsə oxudum...
Displaying 1 of 1 review

Can't find what you're looking for?

Get help and learn more about the design.