The novel describes lifestory and personality of young poet Ilyas. His pen-name was Nizami Ganjavi, as he was born in Ganja town situated in Azerbaijan, which used to be a Persian territory at that time. Being Azerbaijani by origin, he used Persian language as his primary one, therefore this famous 12th-century poet played a great role in cultural heritage both of Azerbaijan and Persia (present Iran).
12-13-cü əsr Azərbaycan tarixinin Atabəy hakimiyyəti hissəsi barədə dolğun təsəvvür yaradır. Yazıçı öz qələminin gücü ilə süjet xəttini tarixi faktlara uyğun quraraq, bədiilik qatır və əsərin darıxdırıcı olmağına imkan vermir. Romanda insani hisslərin və onların tarixin axınına təsirini müşahidə edə bilərik. Kitabın böyük hissəsi yazıçının təxəyyülünün məhsuludur. Məsələn, əsas qəhrəmanlardan biri olan Fəxrəddin haqqında heç bir tarixi məlumat tapmadım. Məncə yazıçının gözəl bir əsər yazmaqdan başqa motivi olmuşdu. Orada Cənubi və Şimali Azərbaycanın vahid bir məmləkət olduğuna çoxlu vurğular edir. Həmçinin yazıçı milliyyətçi duyğuları oxucuya aşılayır. Ümumilikdə bəyəndim. Əgər tarixi romanlara marağınız varsa, mütləq oxuyun!
Ordubadinin oxuduğum ilk əsəri, özünün isə yazdığı sonuncu tarixi romandır. Qılınc və qələm simvolik olaraq sərkərdənin timsalında Fəxrəddinin (Qılınc) və şair Nizami Gəncəvinin (Qələm) yaşadığı mühitdə birgə mübarizələrindən bəhs edir. Qılıncsız qələmin, qələmsiz qılıncın bacara bilmədiyini, gücün hər ikisinin birgə mübarizəsində mövcud olmasını oxuyuruq. Tarixi roman olsa da, fonda baş verən hadisələrin əksəriyyəti yazıçının öz təxəyyülünün məhsuludur, həqiqəti əks etdirmir. Bununla belə yazıçının möhtəşəm iş çıxardığını düşünürəm. Azərbaycan ədəbiyyatından tarixi əsərlər oxumağı sevməməyimə baxmayaraq buna səbəb olan ifrat dərəcədə pafoslu cümlələr və mübaliğəli təsvirlər bu romanda cüzi deyiləcək qədər az idi və oxucu kimi məni yormurdu. Əsərin yazıldığı mühitin yazıçıya təsirlərini də oxuduqca rahat duymaq olur. 1946-1948-ci illərdə İkinci Dünya müharibəsindən çıxmış Azərbaycan qarşısında o zamanlar Cənubi Azərbaycanla birləşmə meyilləri yaranmışdı və bunun üçün real imkan var idi, bu imkan reallaşmasa da, Ordubadinin yazdığı bəzi hissələrdə Şimali Azərbaycanı Cənubi Azərbaycana birləşməyə təşviq edən sovet qəzet işçisinin şüarlarını oxuyurmuş kimi hiss etdiyim oldu. Azərbaycan dili haqqında obrazların dilindən verilmiş dialoqlarda isə həm Nizami Gəncəvinin yaradıcılığının niyə fars dilində olduğuna öz-özülüyündə cavab tapmağa çalışır, həm də keçmiş pərdəsi altında əslində Sovet Azərbaycanında ana dilimizin rus dili qarşısında əzilməyə çalışılmasına etiraz edir.
Əsərin dialoqlarını bəzi hissələrdə dəfələrlə oxuduğum oldu. Ordubadi çatdırmaq istədiyi fikirlərini süni olmayan, diqqətlə işlənmiş şəkildə obrazların dilindən vermişdi. Buna hər tarixi əsərdə rast gəlmək olmur, adətən pafoslu dialoqların arasında fəlsəfi fikirlər də əriyib gedir. Əsərin yazıldığı 40-cı illərdə tarixi abidələrə aid mövcud olan, hazırda isə olmayan bəzi nüanslara fikri verdim. Ordubadi Möminə Xatun türbəsində məzarların olduğunu yazır, ilk öncə bunun yazıçının təxəllüyü olduğunu düşünsəm də, daha sonra oxuduğum elmi məqalələrdə 50-ci illərdə ruslar tərəfindən türbədə aparılan tədqiqatlar zamanı məzarlar aşkar edilərək sümüklərin çıxarılıb Rusiyaya aparıldığı yazılıb və onların sonrakı talehi haqqında təəssüf ki, məlumat yoxdur.
Ümumilikdə isə fikrimcə Azərbaycan ədəbiyyatının mütləq oxunmalı əsərlərindən biridir.
An amazing book! Enjoyed every page and comma of it. Very much recommend this to all who are interested in history of East and Azerbaijan, in love with the literature and palace games. I wish they made a movie out of it. Pretty sure it would be rated among the best.
Şanlı tariximizin en qüdretli dönemlerimden birini canlandıran bu kitabı her kese meslehet görürem. Bir kitabınki baş qehremanı Nizami Gencevidir. Atabey Mehemmed, Qızıl Arslan kimi qüdretli hökmdarlarımızı canlandırıblar. Bu tarixi romanı her bir Azerbaycanlı oxumalıdır.
Tarixi roman janrında yazılmış gözəl bir əsər olduğunu düşünürəm. Əsərdə baş verən hadisələr tam olaraq tarixi reallığı əks etdirməsə də, saray intriqaları, taxt müharibələri və bunların nəticəsində dövlətə dəyən zərərlər düzgün təsvir edilmişdir. Əsərin Sovet dövründə yazıldığını nəzərə alaraq, kitabda kommunist həyat tərzinin və əsasən Babəkin timsalında anti-islamist ideyaların vurğulanmasını normal hesab edirəm. Yekun olaraq, tarixlə maraqlanan şəxslərin bu kitabı həvəslə oxuyacağına şübhə yoxdur.
Bu kitab mənə ədəbiyyat müəlliməm tərəfindən tövsiyyə edilmişdi.Mən də oxumağa qərar verdim.760 səhifəlik olan bu kitabın 150ci səhifəsində artıq oxumamağa qərar verdim.Çünki çox maraqsız idi.Bilmirəm bu bəlkə də mənim XII əsr Azərbaycan tarixiylə maraqlanmamağımdan qaynaqlanır.
Very disappointing that this book ("Sword and the Pen" by Ordubadi) does not have an english version. The book is about the life of fighting azerbaijani people, their fight for their independence, the intriguing secrets of royal life, adventures in harem, battle of the harem women. The main character of the book is famous azerbaijani poet Nizami, who uses his pen for the sake of its country's prosperity.
Müqayisəlik deyil əlbəttə amma, əgər bu əsərin filmi çəkilsə, tarixi roman tipində çəkilmiş, məsələn Tudorlar, Möhtəşəm yüz ili kölgədə qoya biləcək qədər güclü, insanı daim maraqda saxlayan, intriqalı saray həyatını, Azərbaycanın demək olar ki bu günkü vəziyyətini, xalqdan ayrı düşmüş hakimiyyəti təsviri şəklində yazılmış bir zəngin, Möhtəşəm bir əsərdir.