«Kitab oxumağın vaxtı yetişdi!» devizi altında təqdim olunan kitabın mövzusu real həyat hadisələrindən bəhs edir.
Romanda bəhs edilən hadisələrin bir hissəsi 1990-cü illərin sonlarında yazarın nəşr etdiyi «168 saat» qəzetində işıq üzü görüb. İndi isə müəllif oxucuları dramatik hadisələr, macəralarla zənginləşdirilmiş sevgi hekayəti qəhrəmanlarının sonrakı taleləri ilə tanış edir.
Varis Yolçiyev 7 iyun 1966-cı ildə Sumqayıt şəhərində anadan olub. 1990-cı ildə Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib.
1991-ci ildə "168 saat" qəzetinə baş redaktorluq, 1993-cü ildə "7 gün" qəzetinə redaktorluq edib. 1995-ci ildə Azərbaycan Dövlət Televiziyasının "Gecə kanalı" proqramının yaradıcılarından olub.
2004-cü ildə Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin "Azərbaycan" nəşriyyatına baş redaktor təyin edilib. 2007-ci ildə "Azərbaycan Televiziya və Radio Verilişləri" QSC-də (AzTV) Dövri Nəşrlər və Sosioloji Araşdırmalar Departamentinin direktoru təyin edilib. O, həmçinin Azərbaycanda ilk "TV plyus" milli teleradio jurnalının baş redaktorudur.
Azərbaycanda və xarici ölkə mətbuatlarında yüzlərlə məqaləsi çıxıb, 2001-2005-ci illərdə dalbadal 5 dəfə müxtəlif beynəlxalq qurumlar tərəfindən ("European Market Research Center", "Editorial Ofice" və s.) media mükafatlarına layiq görülüb. Müxtəlif illərdə "Dan ulduzu" ali jurnalistika mükafatına, "İlin ən yaxşı redaktoru" adına layiq görülüb. 18 kitabın ("Əsl insan haqqında", "Azərbaycan prezidenti", "Azərbaycan gəncliyi - Azərbaycanın gələcəyi" və s.) redaktoru olub. Xalq yazıçısı İsmayıl Şıxlının təqdimatı ilə ilk hekayələri "Ulduz" jurnalında dərc edilib. 1990-cı illərdən başlayaraq isə onun ədəbi mətbuatda digər hekayələri ("Bir ovuc torpaq", "Tənha yalquzağın nağılı", "Əbədi məhəbbət dastanı", "Səhər heç vaxt açılmayacaq", "Sənə inanıram", "Yol ayrıcında azıb qalanlar") işıq üzü görüb. İlk bədii kitabı ("Sonuncu ölən ümidlərdir") 2008-ci ilin noyabrında çap olunub. 2009-cu ildə yazıçının "Bir ovuc torpaq", 2010-cu ildə "Sənə inanıram", 2011-ci ildə "Yetmiş yeddinci gün" adlı növbəti kitabları işıq üzü görüb.
Ağ vərəqim oldu açılan səhər, Ona göz yaşımla adını yazdım. Eşqimlə bacara bilsəydim əgər, Heç səni bu qədər arzulamazdım. Y.Nəğməkar
Səndən ayrı düşmək könül ağrısı Səndəm ayrı düşmək sinə dağıymış. Görünür beləymiş bəxtin yazısı Ürək dəli kimi bağırmalıymış. V.Əziz
Neçə-neçə uşağı zorlayıb qanını içən Çikatilo soyadlı şəxs də insandır. Neçə-neçə uşağı uşaq bağçasında yanğından xilas edən dog cinsli it isə heyvandır. Deməli,insan canlıların ən alisi deyil
Biz şərlə mübarizə aparmaq qabiliyyətinə malik deyilik. Biz şərə sadəcə təəssüflənirik.
Döyüşə yalnız qalib gəlmək üçün gedirlər,məğlub olmaq üçün yox.Ancaq biz nəticəsi əvvəlcədən bəlli olan döyüşlərə getməkdən usanmırıq.
Qanunlar iki yerə bölünür. Universal və Statik qanunlar Birincilər bütün zamanlarda bütün şəraitlərdə və məkanlarda istisnasız qüvvədə olur. İkincilər isə yalnız müəyyən hallara aid edilir. -->Gündüzdən sonra gecə düşür universal qanundur. Gceə ulduzlu və aylı olur statik qanundur.
Bu əsərin məzmun xətti çox axıcı ido, oxuduqca, oxumaq istiyirdim sanki o kitabın içində idim, qəhrəmanlarla birgə yaşayırdım o həyatı. Sanki Nailə,İlqar,Səidə hər biri mənim öz doğmamdır. Bundan əlavə kitabda çox zaman hər şey öz çılpaqlığı ilə yazılmışdı, bu məni azca narahat etdi. Amma Nailə hər zaman intiqamı daha üstün tutdu, kaş belə olmazdı.