Bookworms from Azerbaijan discussion

159 views
Dünya ədəbiyyatı Azərbaycan dilində: bəyəndiyiniz və bəyənmədiyiniz tərcümələr

Comments Showing 1-16 of 16 (16 new)    post a comment »
dateDown arrow    newest »

message 1: by Maryam (new)

Maryam  (joliebromelia) | 14 comments Qonşu mövzuda müzakirə məni həvəsləndirdi, təəssüflər olsun ki öz dilimizdə o qədər də çox kitab oxumamışam (məktəb programını nəzərə almıram, məcburi bir şey idi)

dünya ədəbiyyatından maraqlı tərcümələrə rast gəlmisinizsə, yazın. Bildiyimə görə sovet dövründən qalan bir sıra tərcümələr var (o dövrdə populyar olar Drayzer , fransız klassikası və s. mən bilən tərcümə edilib). Təzələrdən o qədər də xəbərim yoxdur, amma bir dəfə saytların birində Pelevinin tərcümə edildiyini görmüşdüm, keyfiyyətini deyə bilmərəm, oxumadım, amma yenə də tərcümədə bir tərpənişin olması məni sevindirdi.

təcrübənizlə burda paylaşa bilərsiz.


Jesus of Suburbia (jesusofsuburbia) | 16 comments Meselen biri var idi. Marquezin "of love and other demons" kitabinin tercumesi. Onu oxuyandan sonra bir de marquezden hec bir shey oxumayacagima qeti qerar verdim. :))


message 3: by Nermin (new)

Nermin  (narminstaley) | 28 comments Mod
Axırıncı dəfə tərcümədən məktəb vaxtında oxumuşam. Selincerin catcher in the rye (çovdarlıqda uçurumdan qoruyan) əsərini. əla tərcümə idi. amma daha tərcümə kitablar oxumuram, çünki originalı olan terdə neynirəm tərcüməni, həm də dediyim kimi xoşuma gəlmir bizimkilərin tərcüməsi.


message 4: by Nermin (new)

Nermin  (narminstaley) | 28 comments Mod
O biri topicdən götürdüm bu sitatı

umumiyyetle classicleri siradan insanlara tercume eletdirmey edebiyyata tehqirdi :)) ingilis dilini bilmek, "I go to school"u "men mektebe gedirem" deye tercume elemek bashqadi, butov bir romani tercume etmek bashqa. Edebiyyati tercume elemekcun hansisa dili bilmek kifayet deyil.

Bununla tamamilə razıyam. Bədii tərcümə heç asan iş deyil. 9-cu sinifdən ingilis dilindən original əsərlər oxuyuram amma qısa mətni azərbaycan dilinə gözəl bədii tərcümə edə bilmərəm. hər işin öz biləni, mütəxəssisi var. valla, o boyda məşhur kitabları götürüb çerez hansısa dildən yarı yarımçıq tərcümə eləməklə ədəbiyyat olmaz. bunlar adamın ədəbiyyata olan eşqini öldürərlər:D

bir də ki, görürsən necə yaxşı əsərlər qalıb qıraqda, götürüb nə var bestsellerdi deyə tuxta əsərləri tərcümə edirlər, o gün görmüşəm kitab mağazalarında fifty shades of gray tələm tələsik Azərbaycan dilinə tərcümə edib satırlar. kül başınıza. o "roman" ədəbiyyat adına ləkədi, ondansa oturun adam kimi bir şey tərcümə edin, satın. nəisə bu mövzuda içim doludu, başınızı ağrıtmayım:D


Jesus of Suburbia (jesusofsuburbia) | 16 comments bu arada, men de oxumusham catcher in the rye-i azerbaycanca, dogurdan ela tercume olunmushdu.


message 6: by Maryam (new)

Maryam  (joliebromelia) | 14 comments eslinde bashqa dilden tercume mence o qeder de pis shey deyil,yuxarida qeyd edildiyi kimi,tercumeni esl yazichi /shair etmelidir,bu gunumuzde ingilis dilini hilen choxdur,amma emeli yazar yoxdur axi.
p s. men bilen shekspirin sonetleri de rus dilinden tercume olunub ,hele sovet vaxtinda,facievi bir shey deyil
p. p .s. bestsellerin tercumesi de normaldir,butun dunyada satilirsa,bizde de satilar, her kesin maddi maraghi var bu cur ishlerde


message 7: by Nermin (new)

Nermin  (narminstaley) | 28 comments Mod
Məryəm, razıyam bestsellerin tərcüməsinin normal olmasıyla. amma bizimkilər də seçirlər harda crappy nə var onu tərcümə edirlər:D ondansa götürsünlər məsələn ASOİAF eləsinlər, hunger gamesi eləsinlər və a.


message 8: by Maryam (new)

Maryam  (joliebromelia) | 14 comments tecrube gosterir ki,oz dilimizde erotika yaxshi satilir,ele oz yazarlarimuz da bundan faydalanir, vavshe 50 shades nan ishin olmasin,gelen kimu onun tercumesini alacagham)))))


message 9: by Nermin (new)

Nermin  (narminstaley) | 28 comments Mod
Erotikanın burda necə satıldığını bilmirəm amma məncə sən 50 shadesə pul sərf eləmə, o dərəcədə pisdi yəni) düzdü tərcüməsini görməmişəm amma tərcüməsinin originalından daha yaxşı olmasını ağlım kəsmir nəsə)


message 10: by Maryam (new)

Maryam  (joliebromelia) | 14 comments Mirta almaq isteyirem,dostlarima da oxuyacagham))))
Orijinal tanishlarimda var, butun reviewlardan sonra maraqsizdir artiq.


message 11: by Nermin (new)

Nermin  (narminstaley) | 28 comments Mod
Siz hansı tərcüməni oxumusuz? Sovet vaxtı edilən tərcüməyə söz ola bilməz. Bunu catcher in the rye-ı hər iki dildə oxuyan adam kimi deyirəm.


message 12: by Zaur (last edited Sep 23, 2013 09:55AM) (new)

Zaur Valizada (zaur_valizada) | 1 comments Ümumiyyətlə Azərbaycan dilinə tərcümədə çox böyük problemlər var. məsələn, elə götürək yenicə oxuyub qurtardığım "Paris Notr-Dam Kilsəsi"ni. Tərcümədə əsərin qolunu qanadını elə sındırıblar ki, Victor Hüqo oxusa intihar edərdi. Heç özlərini əziyyətə salıb fransız dilindən də tərcümə eləməyiblər; gözləyiblər ruslar tərcümə eləsin sonra ruscadan tərcümə eləsinlər. Bizdə problem budur məncə. Tərcümədə yazıçının demək istədiyi fikri təhrif edirlər. Sırf bədii alınsın deyə cümlələri uzadırlar. "Paris Notr-Dam kilsəsi"ndəki avaralar elə ədəbi dillə danışır ki, adam görəndə mən də avara olacam deyir. Tərcümədə canlı danışıq dilini nəzərə almırlar. Obrazlar ölü dildə danışır.


message 13: by Nermin (new)

Nermin  (narminstaley) | 28 comments Mod
Elə indi də ingilisdilli kitabların çoxunu rus dilindən tərcümə edirlər. Güya bir ingilis dili bilən adam tapmaq belə çətin iş olub. Biabırçılıqdı.


message 14: by Chinara (new)

Chinara Ahmadova (chinaraahmadova) | 2 comments Çünki Sovet dövründə tərcümələr sensuzaradan keçirilirdi, əsl yazıçılar, ədəbiyyatçılar tərəfindən redaktə olunurdu və nəşrə buraxılırdı. O vaxtdan qalan qüsursuz tərcümələri mən də heç nəyə dəyişmərəm, həqiqətən, orijinal kimi səslənirdilər.

İndi isə yerindən duran elə Azərbaycan dilində roman yazdığından, tərcümə etdiyindən və pulu (sponsoru) hesabına nəşr etdirdiyindən, bu dəqiqə çox kitab it günündədi sözün əsl mənasında.

Bakalavr təhsilim tərcümədi, 4 il bu təhsili almışam və itin zülmünü çəkmişəm :D 2 il UNESCO bədii tərcümə dərnəyinin üzvü olmuşam və universitet çərçivəsində bir sıra hekayələri (!) tərcümə edirdik müəllifdən icazə alaraq. İnanın, səhifə yarım əsəri tərcümə etmək məqsədilə, düz ay yarım üstündə işləyirdik, mənanı çatdırmaq üçün Azərbaycan dilində ekvivalentlər axtarırdıq, keçmiş bədii əsərləri oxuyurduq ki, söz ehtiyatımız artsın ki, ortaya nəticə qoya bilək. Gözüm qorxub, bədii tərcüməyə əl atmaram da :D

İndi isə, Xalid Hüseyninin son kitabı ingilis dilində nəşr olunan kimi, 1 aydan tez müddətdə Azərbaycan dilində çıxdı! Tərcümə də nə tərcümə! Allah, özün saxla...


message 15: by Jalala (new)

Jalala (jenniehj) | 2 comments Eva, " Və dağlardan əks-səda gəldi" romanını deyirsinizsə, bildiyimə görə onu tərcümə edən peşəkar tərcüməçidir. Romanı oxumamışam yaxşı olub-olmaması haqqında fikir deməyə haqqım yoxdur. Amma həmin tərcüməçinin blog yazısından oxumuşdum ki, özü də o qədər razı qalmayıb, redaktədən də xoşu gəlməyib, nəşriyyatla son işi olacağını yazmışdı hətta)


message 16: by Agharza (new)

Agharza | 1 comments Eva wrote: "Çünki Sovet dövründə tərcümələr sensuzaradan keçirilirdi, əsl yazıçılar, ədəbiyyatçılar tərəfindən redaktə olunurdu və nəşrə buraxılırdı. O vaxtdan qalan qüsursuz tərcümələri mən də heç nəyə dəyişm..."


Eva, səhifə yarım üçün bir ay yarım sərf edilməsi məncə həddən artıqdır :) Aydındır ki, mümkün qədər keyfiyyətli etməyə çalışırdınız amma təcrübə yığdıqca sürət artmalıdır.

Bədii tərcüməyə məsuliyyətli yanaşmanız təqdirəlayiqdir. Buna görə də bir yüngülvari bədii əsəri Azərbaycan dilinə tərcümə etməyi cəhd edin. Azərbaycan auditoriyasının buna böyük ehtiyacı var. Koelyo kimi yazıçıdan başlaya bilərsiniz, məsələn.


back to top