Jump to ratings and reviews
Rate this book

İrqlərin hökmranlığı #1

İrqlərin hökmranlığı və Arçibald sərhədləri

Rate this book
Semiqon sürünə-sürünə yaxınlaşdı çarpayının küncünə və uzun fəsillər sonra gözündən yaş damcısı ayrıldı. Damcı süzülərək Luzinin cansız bədənin yanında yerə dəydi. Əlində Semiqonun ona hədiyyə verdiyi, taxtadan düzəldilmiş at oyuncaq var idi. Balaca qızcığaz oyuncağı sinəsinə sıxmış, eləcə də öldürülmüşdü. Boğazı kəsilmişdi iti silahla. Ya xəncər, ya da başqa hər hansısa kəsici silahla.Luzinin cansız bədənini qucağına aldı. Çölə, ölü atasının yanına addımlayırdı. Ona sonuncu görüşündə uğurlar arzulayan balaca Luzinin - Vayzonun gülərüz mələyinin əlləri yerə doğru sallanaraq sağa-sola yellənirdi Semiqonun qucağında.

284 pages, Paperback

First published June 9, 2021

5 people want to read

About the author

Tural İsmayılzadə

1 book5 followers

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
22 (91%)
4 stars
1 (4%)
3 stars
1 (4%)
2 stars
0 (0%)
1 star
0 (0%)
Displaying 1 - 9 of 9 reviews
Profile Image for Zaur Pənahov.
Author 3 books29 followers
January 12, 2023
Kitaba təzə başlayanda bəyənmişdim (dialoq qurluşu xaric) hətta ik 50 səh. sevincim alovlanmışdı lakin, bu çox çəkmədi.
Kitabın heç üçdə biri olmamış 3 fərqli sujet, 10dan çox personaj və nə işə yaradığı bilinməyən irqlər adamın başını fırladır. Ümumiyyətlə sujetin qurluşu bir çox yerdə yanlışdı, bəlkə yaxşı edilsə bir az orijnallıq qatardı amma hazırkı vəziyyətlə amatörlük qatır sadəcə. Əsasən də sonlara doğru ideyaların bitdiyi və əsərin süni uzadıldığı təsüratı yaradır insanda. Son olaraq onu deyim ki, ilk kitab olmağına baxmayaraq əsər elə təsürat yaradırdı ki, sanki çox seryalı kitabın 2 ya 3cü hissəsini oxuyursan.
Personajlar başlarda normal idi, lakin sonralar... belə deyim: sanki müəllif tərəfindən steroid alıb öz tanrılarının arzularını yerinə yetirmək üçün çapalayırdılar. Daha pafossuz cümlə ilə desək, öz iradələri əllərindən alınmış, müəllifin əlində bir oyuncaq kimi yaşlarına və (və ya) həyat tərcübələrinə və (və ya) xasiyətlərinə uyğun olmayan hərəkətlər edib, qərarlar verib, danışırdılar.
Bir də bu dialoq qurluşu adamı tamam qoparırdı əsərdən. Bilirəm yazıçının öz üslubudu (klasik üslub) amma fentezi janrında tamam bezdirici olurmuş. Deyərdim ki, hər şeydən çox məni bu narahat etdi.
Bir az da pozitiv...
Əsərin əvvəlləri həqiqətən yaxşı idi. Bilmirəm kitaba başlayanda gözlənti az idi yoxsa müəllif girişə daha çox diqqət ayırmışdı. Kitab başdan sona doğru sabit bir qradiyentdə keyfiyyət düşüşü yaşayırdı. (indi bunun harası pozitiv oldu?!) Bəlkə də mən yanılıram, əmin eyiləm, adətən belə olmur.
Qurulan dünyanı da bəyəndim. İlk kitab üçün kifayət qədər detal verilmişdi. Dünyanın dili və tarixi də kifayət qədər keyfiyyətli idi.
Sonda onu deyim ki, kitab özünü sona kimi oxutmağı bacarır və kitaba aşağı bal verdirən səbəbləri (bəlkə də 2ci nəşrində) aradan qaldırmaq mümkündür. Mən şəxsən bu seryanın 2ci kitabını oxumağı səbrlə gözləyirəm.
Yazdıqlarım, tamamı ilə öz zövqlərimə uyğun olaraq formalaşmış şəxsi fikirlərimdir və ümid edirəm növəti layihələrdə müəllif tərəfindən diqqətə alınar.
Bu janrda daha çox əsər görmək ümidi ilə, müəllifə uğurlar arzulayırm.
Profile Image for Elnoor Mammadli.
2 reviews7 followers
August 25, 2021
Kitabi dunen almisam bugun oxumaga baslamisam. Deyesen sehere bitirecem... Maraqli gedir... Helelik oxudugum hissede adlar ve yerleri qarisdiriram. Xerite olsaydi kitabda, sheherlerin harda yerlesmesini gosteren ela olardi. Muellife tesekkurler ki, bu janrda edebiyyatimizi genislendirir bele gozel eserle.
1 review
June 10, 2021
maraqlı kitaba oxşuyur. Amma satışda yoxdur deyəsən
Profile Image for Woasif Sardarov.
1 review
January 9, 2022
Yeni bitirdim kitabi ve qr kodla bura yonlendirdiyi ucun sad oldum ki, fikirlerimi boluse bilecem. Orta esrlere aid caglarda bas verdiyine gore hadiseler diqqetimi celb etmeye kifayet etdi. Kicik bir xerite olsa lap ela olardi. Seherler ve olke boyukdu deye yerleri qatisdirirdim. En xosuma gelen doyus sehneleriydi.
1 review
June 11, 2021
Kitabin yazari tanismidir ve ona gore oxudum eslinde. Kitab oxumaqla aram yoxdur, daha cox filmlere ustunluk verirem. Maraqli geldi kitab, film kimi baxdim. Ola bilsinki birinci kitabdir deye bele maraqlidir. Esas odur ki ardi gelsin 👍🏻👍🏻👍🏻
1 review
December 28, 2024
Çox gözəl kitabdır. Oxumağa dəyər, hətta bəzi yerlərində kitabın necə gözəl yazıldığına təəccüb etmişdim. Ancaq sonluğu elə bitir ki, sanki davam kitabı gələcək kimi bir sonluq qoyur. Davamı gəlsə çox gözəl seria alınar. Azi 5 kitablıq bir seria.
1 review
June 10, 2021
1 günə bitirdim. Çox axıcıdır. Üstü açılmayan çox hadisə qaldı. Neylanın yoxa çıxması ən maraqlı gələn hissə oldu. Bir az qadın personajları çoxaltmaq olar növbəti hissələrdə.
1 review
June 9, 2021
Bu janrda yenilik olsa da, cox maraqlidir. Bu janra hevesim olmayib, amma bu kitab maraqli geldi. Tovsiyyem gelecek hisselerde irqlerin muxtelifiyi olsa daha yaxsi olar
Displaying 1 - 9 of 9 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.