4,2
Öncəliklə qeyd etməliyəm ki, həyatımda oxuduğum ən fərqli əsərlərdən biri idi. Bu oxuduqlarım həm olduqca real görünür, həm də sanki bu dünyada belə şeylər mümkün deyilmiş kimi😕🙄
Əsər 4 hissəyə bölünüb və yazar bu hissələrin adını intibah dövründə rəssamlıqda istifadə olunan latınca sözlərlə ifadə edib və hər bir termin həmin hissədə nələr olacağına işarə edir.
Əsərdə miqrant qaçaqçılığı ilə məşğul olan Əhəd adlı bir adam var və o, oğlu Qəza'nı 9 yaşından bəri öz işlərinə alət edir. Burada biz hadisələri Qəza'nın dilindən oxuyuruq. Qəza'nın "atam qatil olmasaydı" deyə başlayan cümlələri ilə dolu ilk bir neçə səhifə ürəyimi sıxmışdı. Aşırı dramatikləşdirilmiş bir əsər oxuyacağım fikrinə qapılmışdım(həmin hissəni oxuyanda niyə belə dediyimi anlayacaqsız). Amma yanıldım. Qəza'nın yaşadıqları, çəkdiyi acılar, o uşaq gözləri ilə gördükləri, başına gələnlər, atasının münasibəti, eləcə də insanların ona münasibəti... hər şey o qədər dəhşətli idi ki. Ən dəhşətlisi isə onun dönüşdüyü insan oldu.
Uşaqlıq insanın elə bir dövrüdür ki, bu dövrdə yaşadıqları hər zaman onda iz buraxır, şəxsiyyətinin formalaşması, insanlara qarşı ilkin təssüratları, həyat haqqında düşüncələri bu dövrdə formalaşır. Qəza kimi bir mühitdə böyüyən və bu qədər dəhşətli şeylər görən uşağı həqiqətən yaxşı şeylər gözləyərdimi?! O qədər qəzəbləndirir və dəhşətə gətirir ki bu əsər məni.
Əsərdə o qədər də bəyənmədiyim bir neçə məqam da oldu. Daha doğrusu altının doldurulmadığını düşündüyüm yerlər. Məsələn sonluğun belə bitməsi. Tam olaraq pis sonluq deyildi, əksinə gözlənilən bir sonluq idi. Sadəcə olaraq, ən azından o sonluğa qədər Qəza'nın xarakterində daha bir çox şeyin irəli aparılmasının lazım olduğunu düşünürəm. Bir neçə səhnə oxudum məsələn; onlarda da necə olur ki, belə olur deyərək məntiqsiz gördüm(spoiler səbəbindən deyə bilməyəcəm hansı səhnələr).
Qəza belə bir mühitdə yaşamasına baxmayaraq yenə də cəhd göstərirdi. Özünü irəli aparmağa çalışırdı. Bir də əsər boyu onun çox kitab oxuduğu anlışılırdı. Durmadan adını çəkdiyi mövzuları görəndə necə də çox məlumatlı biridir deyə qəribə görsəm də, yenə də onun onsuzda kitab oxumağı sevən, daha doğrusu öz yaşadıqları ilə beynində təkbətək qalmamaq üçün durmadan kitablar oxumağa çalışan biri olması qeyd olunur bir neçə yerdə. Ona görə də hardasa anlaşılandı. Həm də o öz yaşıdlarından daha çox şey yaşamış və daha erkən bir yaşda böyümək məcburiyyətində buraxılmışdı(yenə də bir çox fikirlər var idi ki, onları bu yaşda birinin düşünüb dərk etməsi qəribə idi).
Kaş ki, dünyada belə şeylər olmasa... Uşaqların o məsumluğu əllərindən alınmasa... Ata və anasından lazımi sevgini görə biləsələr kaş ki...
Əsərdə yazarın obraz vasitəsilə düşüncəsini qeyd etdiyi bir çox məqam var idi. Altını xəttlədiyim yerlər çox oldu. Hətta xüsusilə bir fikri ilə çox razıyam yazarın. Yaşamaq uğrunda hər şeyin hər şeyi yeməsi ilə bağlı bir məqam var idi ki, mən də həmişə bu cür düşünürəm.
Qısacası, əsəri oxumağınızı tövsiyə edirəm.(Əgər 18 yaşdan yuxarısınızsa, çünki istər baş verən hadisələrlə, istərsə də məzmunu ilə əsər sizə təsir edəcək). Kitabın filmi də var, bu yaxınlarda onu da izləməyi düşünürəm. Türkiyədə çəkilən ən yaxşı filmlərdən biri olduğunu deyirlər👍📚
İllər əvvəl oxuduğum lazımsız bir kitabdakı bircə lazımlı cümlə bu idi: "İnsanın istifadə etdiyi ilk alət başqa bir insan olub"