3,5
Nejat İşler hörmət bəslədiyim və bəzi serial və filmlərini izləmiş olduğum biridir uşaqlığımdan bəri. Buna görə də onun biografiyasını oxumaq istədim.
Kitabda maraqlı məqamlar və duyğusal xatirələr də var idi. Ən çox onları bəyəndim. Bəziləri isə ümumiyyətlə niyə yazıldığını anlamadığım, və ya adi bir hadisə olmasına baxmayaraq sanki altında nəsə varmış kimi hiss etdirirdi, lakin elə deyildilər. Əlbəttə bu bir xatirə kitabıdır, amma insan xatirə yazarkən bədiiliyə çox qaçmaz, Nejat İşler isə buna çox qaçırdı, bəzi yerlərdə bilə-istəyə təsiri artırmağa çalışılmış kimi gəlirdi buna görə də.
Əslində kitabda onun həyatının hər məqamına deyil, qarışıq şəkildə onunçün özəl olan xatirələrinə yer verilmişdir. Bu baxımdan da kitabdan istədiyimi tam ala bilmədim. Lakin yenə də aktyoru tanımaq çox gözəl idi və onu ən çox məşhur edən Behzat Ç., Kaybedenler külübü kimi işlərdən də bəhs edilərək, onların necə ərsəyə gəldiyini danışması olduqca maraqlı oldu.
Ümumilikdə, yazarın düşüncə və yaşayış tərzini, biraz ailəsi, biraz dostlarını, yaşadığı bəzi məqamları anlamaq üçün oxunulmalı bir kitabdır. Xüsusən də, Nejat İşler'i sevən oxucular üçün📚
"Birini kaybetmeye alıştırırsan, artık hiçbir şeyden korkmaz. Senden hiç..."
"Gerçekten isdeğim şeyleri yapmak, gerçekten istediğim yerde, gerçekten istediklerimle zamanımı değerlendirmek tek istediğim ve halihazırda yaptığım şey bu."
"Bu memlekette kadın olmak bizatihi devrimci bir durum".