Jump to ratings and reviews
Rate this book

Three Steps Book Trilogy #1

Birinci Addım: Beş Anonim Milyonçu

Rate this book
"Üç Addım" trilogiyası ən vacib üç suala cavab axtarır: Biz kimik? Bura niyə gəlmişik? Hara gedirik? Əsərdə həmçinin insanların dəyər verdiyi şeylər və cəmiyyətin qanunları, dinlər və əqidələrin kəsişməsindən yaranan tarix və onun bizə təsiri, pul və siyasət, elm və ruh, mədəniyyət və doqmalar arasındakı ziddiyyətlər araşdırılır.

"Birinci Addım" - Qaraqanın öz dilindən danışılan bu kitab dünyəvi dəyərləri araşdırır və Azərbaycan cəmiyyətində uğur qazanmış insanların sirrini açır. Pul, Uğur və Xoşbəxtlik arasında daha nələr var? Və doğrudanmı bunlar üçün mübarizə aparmaq lazımdır?

255 pages, Paperback

First published January 1, 2013

127 people are currently reading
1171 people want to read

About the author

Qaraqan

14 books320 followers
Zeynallı Elxan Aqşin oğlu (QaraQan) - Azərbaycan musiqiçisi, yazıçı, jurnalist, Azərbaycan Yazıçılar Birliyinin üzvü, "Milli Kitab" mükafatı müsabiqəsinin ilk qalibi.Hal-hazırda 6 romanın müəllifidir.A,Bir milyon dollarım olsaydı,Mələk,Evakuasiya,Исповедь одного извращенца,Birinci addım.
Elxan Zeynallı 3 aprel 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 7 yaşında məktəbə gedib. 2005-ci ildə Bakı Türk Liseyini bitirmişdir. Həmin il Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olmuşdur.
2007-ci ildə yaranan H.O.S.T. qrupunun solistidir. Qrup üzvləri 2012-ci ildən etibarən solo ifa edirlər. 2007-ci ilin sonlarından yazıçılıq fəaliyyətinə başlayıb. 5 romanın və maraqlı hekayələrin müəllifidir. Əsərlərində ədalət hissi təbliğ olunur. 2007-ci ildə AYB-nin ən gənc üzvü seçilir. 2007-ci ildə "A" romanı Azərbaycanda bestsellərə çevrilir. 2008-ci ildə bir müddət Amerikada yaşayır. 2008-ci ildə Azərbaycan səviyyəsində "İlin Gənci" adına layiq görülür. 2009-cu ildə Prezident təqaüdü ilə təltif olunur. 2009-cu ildə "Bir milyon dollarım olsaydı" romanı ən çox satılan kitab olur. 2010-cu ildə hərbi xidmətdə olur. Rus dilində yazdığı "Исповедъ Одного Извpaшeнцa" romanı rusdilli kütlə üçün nəzərdə tutulur. 2011-ci ildə "Qısa qapanma" adlı solo konserti baş tutur. 2011-ci ildə "Uşaq yardım" kampaniyasında iştirak edir və "Bir" trekinə klip çəkilir. 2012-ci ildə "Dəniz vağzalı"nda "Beşikdən Məzara" adlı konserti keçirilir. 2012-ci ildə Ankara və İstanbul konsertləri baş tutur. 2012-ci ildə "A" romanı ABŞ-da çap olan ilk azərbaycanlı yazıçıların kitabı olur. 2012-ci ildə fantastik-dram-faciə üslubunda yazılan "Mələk" romanı MDB ölkələrində bestsellerə çevrilir. 2013-cü ildə "Коpоткое Зaмыкaние" adı altında Moskva konserti baş tutur. 2013-сü ildə "Evakuasiya" adlı romanı maraqla qarşılanır.2013-cü ilin Noyabr ayında trilogiyanın birinci hissəsi "Birinci addım Beş anonim milyonçu" təqdim edilir.

2014-cü ilin sonlarında "İkinci addım" adlı kitabının təqdimatı keçirildi. Təqdimat həm də seminar xarakteri daşıyırdı. Seminarın sonunda oxucular Qaraqana olan suallarını verdilər.

Ratings & Reviews

What do you think?
Rate this book

Friends & Following

Create a free account to discover what your friends think of this book!

Community Reviews

5 stars
293 (58%)
4 stars
89 (17%)
3 stars
59 (11%)
2 stars
32 (6%)
1 star
32 (6%)
Displaying 1 - 25 of 25 reviews
Profile Image for Mahammad Valiyev.
14 reviews5 followers
October 28, 2019
Oxuduqlarim shexsi inkishaf kitablari arasinda en yaxshisi ,umumiyyetle oxudgum kitablar icinde de en yaxshilardan oldugunu deye bilerem bu kitab haqqda.Qaraqanin yaradilicigina olan hormetim bu kitabi oxuduqdan sonra daha da artdi.Heqiqetende ,menim fikrimce O genclerin inkishafina,ozlerini tanimaga ,olkelerini tanimaga,dunyani tanimaga cox komek edib ve edir de.Bu kitabi da cox semimi ve sade dilde yazilsa da cox ciddi meseleler haqqda danishir. Qaraqani sevmiyenlerin bele bu kitabdan cox shey gotureceklerinden eminem.
Profile Image for Huseyn.
36 reviews2 followers
June 12, 2017
Hospitalda oxuduğum ilk kitab. Çox maraqlı başlanğıcı var idi, amma sonra gicliyir biraz. Sıxıcı olur yəni. Yenə də dəstək olmağa dəyər.
3 reviews
Want to read
July 13, 2015
nece oxuya bilerem?deye bilersiz zehmet olmasa
Profile Image for Hediqe Hacizade.
66 reviews11 followers
September 20, 2015
Çooox təsirləndiyim bir kitab oldu,yaxşıkı oxumuşam dediklərimdəndir.Bu adam tamda bizim istədiklərimizi yazır
Profile Image for Elman Dadashov.
1 review
Want to read
June 9, 2016
Salam.
This entire review has been hidden because of spoilers.
1 review
Read
August 29, 2016
ouioyoy9
This entire review has been hidden because of spoilers.
Profile Image for Orxan Ismayılov.
7 reviews2 followers
January 8, 2017
Çox axıcı həyat dolu bir kitab. Hər adam özünü tapa bilər bu kitabın içində. Çox gözəl faktlarla dolu.
3 reviews
January 1, 2024
15 yaşlı normal düşüncə sahibi olan birisinin oxuya biləcəyi məsləhətli trilogiya. Yaşım artdıqca, tam vaxtında oxuduğumu düşünürəm. Oxuduğum zaman verdiyim dəyərləndirmə 5 ulduz olduğu üçün, elə 5 ulduz verirəm.
Profile Image for Hasrat Guliyev.
2 reviews1 follower
March 3, 2019
Dünya insanlarının yaşam tərzlərini, onların fikirlərini, eləcə də Azərbaycan cəmiyyətinin bütün həqiqətlərini ortaya qoyan yaşam tərzi kitab. Tamamilə dəstəkləyirəm.
1 review
April 8, 2020
Qaraqan kimi insanlara ehtiyacı bar Azərbaycanın
1 review
Read
June 20, 2020
9p
This entire review has been hidden because of spoilers.
Displaying 1 - 25 of 25 reviews

Can't find what you're looking for?

Get help and learn more about the design.